Giriş Hicrət və əhəmiyyəti


E. Zülmün Hədəfi Həzrəti Peyğəmbər



Yüklə 376,45 Kb.
səhifə3/6
tarix17.11.2017
ölçüsü376,45 Kb.
#11001
1   2   3   4   5   6

E. Zülmün Hədəfi Həzrəti Peyğəmbər.

Qureyş İslamın yayılmasına qarşı yürütdüyü mübarizənin üçüncü hissəsi birbaşa Həzrəti Peyğəmbəri hədəf almışdı. Müsəlmanların Həbəşistana hicrət etmələri müşriklərin Həzrəti Peyğəmbərə qarşı düşmənçiliyini daha da artırmışdı. Çünki müsəlmanların hicrəti Qureyşi narahat etmişdi. Hər şeydən öncə müxtəlif bölgələrə dağılan müsəlmanların dinlərini yayaraq Həzrəti Məhəmmədin hicrətinə zəmin hazırlamalarından və beləcə İslamın bütpərəstliyə qalib gəlməsindən son dərəcə narahat olurdular.

Bunun üçün də Qureyş hərəkatın başçısı olaraq Həzrəti Məhəmmədə təzyiqləri artırmış, İslama dəvətdən vaz keçmək üçün bəzən ona parlaq vədlər vermişdilər.

Qureyş Rəsulullaha dəvətindən vaz keçməsi üçün öncə ona çoxlu mal və rəislik təklif etdilər. Peyğəbərimiz təkliflərə bu cavabı verdi; Vallahi günəşi sağ əlimə, ayı da sol əlimə qoysalar, Allah dinini üstün edincəyə və ya onun uğrunda ölüncəyə qədər bu mübarizədən vaz keçməyəcəyəm48.

Bundan sonra təzyiq və əziyyətlər başladı. Onu susturmada israrlı idilər. Fəqət bunun doğura biləcəyi nəticələrdən qorxur, özləri üçün zərərli olacağını düşünürdülər. Həzrəti Peyğəmbəri əmisi Əbu Talib himayə edirdi. Əbu Talib isə ərəblər arasında yüksək bir mövqeyə sahib idi.49

Əbu Ləhəb xaric bütün Haşimioğulları, Həzrəti Peyğəmbərin ətrafında idi. Bu səbəbə görə Qureyşin müqaviməti dəyişik şəkillərdə olurdu. Bir qismi müsəlmanlara qarşı boykot elan etməyi təklif etmişdilər. Bir qismi isə Rəsulallaha əziyyət etməkdən belə çəkinmirdilər. Qureyş Həzrəti Peyğəmbərə daha çox pislik edə bilərdi lakin Əbu Talibin himayəsi buna əngəl olurdu.

Qureyş Əbu Taliblə danışığa getməyi qərara aldı. Öncə onu himayədən vaz keçməsini və ya Onu susturmasını istədilər. Bu istəkləri nəticə verməyincə bir addım daha atıb şiddətə və hədəyə əl atdılar.
F. Haşimioğullarına qarşı baykot.

Əbu Taliblə danışıqlar baş tutmayınca müşriklər düşməeçiliklərində yeni bir üsula əl atdılar. Qureyşə görə Həzrəti Məhəmmədin qüvvət qaynağı onun ailəsi idi. Əbu Ləhəb xaric bütün qohumları Həzrəti Məhəmmədin dininə tabe olsun, olmasın onu himayə edirdilər. Bu səbəbə görə Qureyş Haşimioğulları ilə mübarizəyə qərar verdi. Fəqət hərbi və onun gətirəcəyi mənfi nəticələri istəmirdilər. Onun üçün Haşimioğullarına qarşı bir boykot qərarı verdilər. Yığışıb qərara aldılar ki, Haşimioğulları ilə bütün əlaqələri kəsəcək qız alıb verməyəcək, alış veriş etməyəcək, görüşüb danışmayacaqdılar50.Bu müqaviləni yazıb Kəbənin divarından asdılar. Beləliklə də ona müqəddəs bir məna vermiş oldular. Müqaviləni Mənsur İbni İkrimə yazmışdır.51 (616 m.)

Qureyş hər cür münasibətləri kəsməklə çox ağır bir işə başlamış və Haşimioğullarını ac buraxaraq onları öldürməyi nəzərdə tutmuşdu. Haşimoğulları bu mühasirədə üç il qaldılar çox müşgül anlar, ağır günlər yaşadılar. Elə gün olurdu ki, müsəlmanlar ağac yarpağı yeyirdilər.

Aclıqdan uşaqların fəryadları ərşə yüksəlirdi.52 Ürəyi parçalayan bu vəziyyət Qureyşin mərhəmətsiz qəlbini fərəhləndirirdi. Belə bir siyasətlə münasibətləri kəsmək, ac buraxmaq üsulunu tətbiq etməklə müsəlmanları məğlub etməyəi qərara aldılar. Bu üsulun işgəncə və təzyiqdən daha təsirli olacağına ümid edirdilər. Hərçənd ki, müsəlmanlara əzab-əziyyət verməkdən də əl çəkmirdilər.

Bu ərəfədə Qureyş qəbiləsinin bir qismi, vəziyyətin belə davam etdiyini görüb Haşimioğullarına qarşı tətbiq edilən bu boykotun ləğv edilməsini qərara aldılar. Yazılan müqavilyə baxmayaraq yenidən Haşimioğulları ilə münasibətə başladılar.53

Bəzi rəvayətlərdə deyilir ki, Qureyşdən olan Mutim müqaviləni cırmaq üçün getdi. Ancaq böcəklərin onun «Allah adı ilə» yazıldığı yerdən başqa hər yerini yediyini gördü. Beləliklə Haşimioğulları mühasirədən çıxaraq Məkkəyə qayıtdılar və camaatın arasına qarışdılar. Bu hadisə bisətin onuncu ilində baş verdi.54


G. Həzrəti Xədicə Və Əbu Talibin vəfatı.

Müsəlmanların mühasirəsi götürüldükdən sonra Həzrəti Peyğəmbər yenə xalqla görüşməyə başlamışdı. İslamiyyətin ərəblər arasında yayılmasına və müsəlmanların sayının gündən-günə artmasına baxmayaraq, müsəlmanlar əzab-əziyyətlərdən heç cürə xilas ola bilmirdilər. Boykotun aradan qaldırılmısından cəmi iki ay keçdikdən sonra Həzrəti Peyğəmbər iki böyük kədərlə qarşılaşdı. Bir neçə gün ara ilə hamisi Əbu Taliblə ən böyük təsəlli qaynağı olan arvadı Həzrəti Xədicə vəfat etdi. Bu iki ölüm Həzrəti Peyğəmbərə çox böyük hüzn və kədər verdi. Əbu Talib nübüvvətin onuncu ilində (414) Peyğəmbərimizin Mədinəyə hicrətindən üç il öncə şəvval ayının ortasında vəfat etdi.55 Peyğəmbərimiz nübüvvətin onuncu ilinə hüzn ili adı verdi.56

Həzrəti Xədicənin ölümü Həzrəti Peyğəmbərə çox ağır təsir etdi. Çünki Xədicə sevgisi, qəlbinin riqqəti, vəfası, qadınlıq şəfqəti, iman gücü, sədaqət və fəzilətləri ilə Həzrəti Məhəmmədin ən böyük köməyi və təsəllisi idi.57Həzrəti Peyğəmbəri ilk təsdiq edən də o olmuşdu. Ən böhranlı vaxtlarında Ona təsəlli verirdi. Doğrudan da, Həzrəti Xədicə bir fədakarlıq mələyi kimi Həzrəti Məhəmmədin ümidi idi. Həzrəti Məhəmməd həyatındı heç kimi onun qədər sevməmişdi. Ancaq indi O, qara torpaqlara qarışmışdı. Hamisi Əbu Talib və sadiq xanımı Xədicə! Onların hər ikisini dalbadal itirmək çox ağır idi.! O iki acı ruhunda dərin izlər buraxdı.

Həzrəti Məhəmməd həyatda ən böyük köməyi olan bu iki insanı itirdikdən sonra Qureyş Ona əzab-əziyyətini daha da artırdı. Ən ağır günlər başladı. Əbu Talib Həzrəti Məhəmmədi öz övladı kimi sevər və qoruyardı. İndi Qureyşin hücumlarını sovuşduran, onun yerini əvəz edən adam yox idi. Əbu Təlib qüvvət və gücü ilə Rəsulullahı qoruyan bir zireh idi. Onun sağlığında heç kim Həzrəti Məhəmmədə toxuna bilmirdi.

Əbu Talib öldüyündə səksən yeddi yaşında idi58. Tarixçilərin çoxunun qənaətinə görə müsəlman olmadan öncə ölmüşdür. Fəqət Həzrəti Abbas, Əbu Talibin ölüm döşəyində ikən söylədiyi bu sözü qeyd etmişdir;

«Mən qəti olaraq bildim ki, Həzrəti Məhəmmədin dini yer üzərindəki dinlərin ən xeyirlisidir.59»

Bəzi islam tədqiqatçıları bu və bənzəri sözlərinə baxaraq Əbu Talibin açıqca söyləməsə də İslamı qəbul etdiyinə inanırlar.

Qureyş içərisində Peyğəmbərimizə ən çox düşmənçilik edənlər əmisi Əbu Ləhəb, Hakim b. Əl-As, Ukbə b. Muayt idi. Çünki bunlar Rəsulullaha qonşu idilər və Onun üzərinə namaz qılarkən, yemək yeyərkən zibil atırdılar.

Bir dəfə müşriklərdən biri Rəsulullahı boğmağa cəhd etmişdi. Əbu Bəkr köməyə gəlməsəydi bəlkədə buna nail ola bilərdi. Əbu Bəkr onlara; Rəbbim Allahdır deyən bir adamı öldürəcəkmisiniz? Deyə Həzrəti Peyğəmbəri qurtardı.60

Bu olanlar qarşısında Həzrəti Məhəmməd hər zamankı kimi bütün qəlbi ilə Allahına döndü, Allahın köməyinə güvəndi. O an hamisi Əbu Talibi xatırladı.


H. Taif Yolçuluğu.

İslam tarixinin ən ağrılı hadisələrindən, ürək dağlayan əhvalatlarından biri Taif səfəridir. Həzrəti Peyğəmbərin bu dini yaymaq uğrunda nələrə sinə gərdiyini, nələrə məruz qaldığını bilirik. Ancaq bu səfərdə məruz qaldığı hadisə çox ağırdır. Həzrəti Məhəmməd əmisi Əbu Talibin ölümündən sonra Qureyşin ləyaqətsiz hücumlarına uğramağa başladı. Bir dəfə hərəmdə namaz qıldığı vaxt kürəyinə dəvə qarnı qoymuşdular. O bu haldan çox mütəəssir olmuş;

Ey Məkkəlilər, biz necə danışmışdıq? Belə hərəkətlər yaraşarmı, demişdi.

O Qureyşin bu hərəkətlərindən bezar olmuşdu. Ona görə də Taifin əhalisini irşad etməyi fikirləşdi. Ona ilk inananlardan olan sadiq köləsi Zeyd ibni Harisi də yanına alaraq Taifə yola düşdü. 61Taifdə bir xeyli nüfuzlu başçılar və mötəbər ailələr var idi. Onların içində Umeyr qəbiləsi o tərəflərin başçısı hesab olunurdu.

O qəbilənin üç başçısı var idi. Onlar Əbdi Yalil, Məsud və Həbib adında üç qardaş idilər. Həzrəti Peyğəmbər onlarla görüşərək islamiyyəti izah etdi.62 Onların verəcəyi cavab digər sayılanlara, sözü keçənlərə də təsir edəcəkdi. Onlar isə çox sərt cavab verdilər. İslam davasının əhatə və mənasını başa düşmədilər. Onların cavablarının axmaqlığına baxın! Onlardan birincisi «Allah səni Peyğəmbər olaraq göndərdisə, niyə Kəbənin örtüklərini yırtır 63? « dedi. Digəri «Allah peyğəmbər olaraq göndərməyə başqasını tapmadımı? deyə söyləndi64. Üçüncüsü də «Mənim sənə söyləyəcək bir sözüm yoxdur, çünki haqq Peybəmbərisənsə sənə bir şey deyə bilmərəm, yalançısansa sənə söz deməyi özümə sığışdıra bilmərəm! cavabını verdi.

Taiflilər, yalnız bu sözlərlə kifayətlənmədilər. Onlara qonaq gəlmiş bin insana, insanlıq qayda qanununu ayaqlayaraq həqarət etdilər. Adamlarını toplayaraq Peyğəmbərə hücüm etdilər. Onlar yolun hər iki tərəfini tutaraq Peyğəmbəri daşa tutdular.65O qədər vurdular ki, atılan daşların ayaqlarında açdığı yaralardan sızan qanlar ayaqqabılarına dolmuş, Peyğəmbərimiz taqətsiz qalaraq yerə oturduqca, zorla qaldıraraq daşlamağa davam etmişdilər. İnsanlıq tarixində bir mürşidin bu qədər əzaba, bu cür həqarətə məruz qaldığı görülmüşdürmü? Onlara nur gətirən, hidayət vermək istəyən Haqq peyğəmbərinə qarşı Taiflilərin etdiyi bu hərəkət iyrənc idi.

Rəsuli Əkrəm bu hücumdan yorğun düşərək, orada yol kənarında yerləşən, Utbə və Şeybə adında iki qardaşın bağına girib ora sığınmışdı. Bir üzüm ağacının altında oturaraq nəfəs aldı. Bu bağa sığınmaqla təqibədən yaxasını qurtarmışdı.

Rəbiə oğulları Ona diqqətlə baxırdılar. Daxillərində bir mərhəmət hissi qımıldandı. Ona göstərilən pis münasibətdən narahat oldular. Xristian kölələri Addasla Ona bir salxım üzüm göndərdilər. Həzrəti Məhəmməd üzümü əlinə alaraq: «Bismillah-Allhın adı ilə», deyrək yeməyə başladı. Addas təəcübləndi və:



Həzrəti Peyğəmbər ondan haralı olduğunu və hansı dinə mənsub olduğunu soruşdu. Ninevalı bir xristian olduğunu bildiyi zaman:

  • Demək sən saleh bir adam olan Mətta oğlu Yunus peyğəmbərin diyarındansan? dedi. 66

Addas: - Sən Yunusu haradan tanıyırsan? Dedi. Həzrəti Məhəmməd də:

O mənim qardaşım hesab olunur. O Peyğəmbərdir, Mən də Peyğəmbərəm, dedi. Bu sözlərdən sonra Addas o dəqiqə Həzrəti Peyğəmbərin əlinə ayağına sarılıb onu öpdü. Rəsulullah onu İslama dəvət etdi. Addas da İslamı qəbul etdi.67Həzrəti Peyğəmbər ən çətin anlarında belə insanları İslama dəvət edirdi.


I. Həzrəti Məhəmməd qəbilələr arasında.

Taiflilər Həzrəti Peyğəmbəri yaxşı qarşılamadıqlarından, Qureyşin Ona qarşı olan münasibəti təmamilə pisləşdi. Ancaq bu Həzrəti Peyğəmbəri vəhy təbliğatından, haqqa dəvətdən qətiyyən ayıra bilməzdi. O Allahın əmri ilə təbliğ vəzifəsini yerinə yetirmək üçün göndərilmişdi. Məkkəyə gələn qəbilələrlə görüşür, müxtəlif böyük bazarlara gedir, oarda təsadüf etdiyi adamları islamiyyətə dəvətedirdi. Ukaz, Məcənnə, Zül-Məcaz bazarlarını ziyarət etməyi də unutmazdı. 68Bu bazarlar iyirmi gün davam edirdi.69 Orada ərəblərin bir çox qəbilələri iləgörüşmək mümkün idi. Həzrəti Peyğəmbər bu yerlərdə rast gəldiyi adamlara Quran oxuyub onları dinə dəvət etdikcə, əmisi Əbu Ləhəb onun ardınca gəzərək, « Məhəmməd atalarının dinindən döndü, yalanlar uyduru, Ona aldanmayın», deyirdi.

Həzrəti Peyğəmbər dini yaymaq üçün, yalnız Həcc mövsümündə Məkkəyə gələnlərlə görüşməklə, bazar yerlərinə gedib oradakı xalqla görüşməklə kifayətlənmədi. Birbaşa qəbilələrin yaşadıqları yerlərə gedib onlarla öz mühitlərində də görüşdü. Kində və Kəlb qəbilələri, Hanifə oğulları, Amir oğulları qəbilələrinin ayağıına getdi. Bu qəbilələr içində Həzrəti Peyğəmbəri ən pis şəkildə qarşılayan Yəmamadə yaşayan Hənifə oğulları olmuşdur.

Peyğəmbərimiz Züheyl qəbiləsini ziyarət etdiyi zaman Həzrəti Əbu Bəkir də onunla bərabər idi. Həzrəti Peyğəmbər onları İslama dəvət etdikdə Züheyl qəbiləsi başçıları nəticədə belə cavab vermişdilər: «Atalarımızın dinini birdən birə tərk etmək, bizi onlara etiqad etmirik kimi göstərir. Bundan əlavə, biz İran şahının himayəsinə girmiş olduğumuz üçün, başqa bir adamın himayəsini qəbul edə bilmərik70

Həzrəti Peyğəmbər açıq danışan bu adamlara hirslənmədi və sadəcə:


  • Allah əlbəttə, dininə kömək edər cavabını verdi.

  • Daha sonra Həzrəti Peyğəmbər Əmir oğulları ilə görüşmüş, bu qəbilə Ona qulaq asandan sonra içlərindən biri belə demişdi:

  • Mən bu adamın köməyəini təmin edə bilsəm, bütün Ərəbistanı fəth edərəm.

Amir oğulları daha çox maddi bir mənfəət qazanmaq həvəsində idilər.

Həzrəti Peyğəmbərə:

- Sənə yardım və düşmənlərini məğlub edərsək, bizə özündən sonra yerini verər, vəzifənə seçdirərsənmi? deyə təklif etmişdilər71. Ancaq Həzrəti Peyğəmbər bu təklifi qəbul etməyərək, bu Allahın biləcəyəi bir şeydir, hər iş onun əlindədir, kimə istəsə O verir, demiş, onlar da:


  • O zaman biz səninlə necə birləşərik, biz sənə kömək edək və o sayədə də sən müvəffəqiyyət qazanasan, işlər də başqasına qalsın eləmi? cavabını vermişdilər.

Bu qəbilələr niyə belə inada göstərir, ayaqlarına gələn ne'məti geriyə itələyirdilər? Görəsən onları inada sürükləyən səbəblə Qureyşi inada sürükləyən səbəb eyni idimi? Qəbilələrin verlikləri cavablardan bunları başa düşmək mümkündür.

Həzrəti Peyğəmbər, qəbilələrin belə etiraz cavablarından dilxor olaraq dini yaymaqdan, haqqa dəvətdən əl çəkən deyildi. O, müqəddəs vəzifəsini yerinə yetirir, risalətini təbliğ edirdi. Bu yolda hər şeyə dözürdü. Artıq insanlar Həzrəti Məhəmmədin görüşlərinə dəvətinə qulaq asmış və Onu sevmişdilər.



İkinci Bölüm.

Akabə Beyətləri.
Həzrəti Peyğəmbər Məkkə xalqını illərcə İslamiyyətə dəvət etmişdi. Ancaq müşriklərin küfr və inadı islamiyyəti qəbul etmələrinə mane olurdu. Həzrəti Peyğəmbər qəbilələr arasına gedərək onları da islama dəvət etdi. Taif xalqı, Kində və Kəlb qəbilələri, Əmir və Hənif oğulları islam peyğəmbərinin dəvətini qəbul etmədilər. Onların islamiyyətə qarşı mənfi münasibətləri islam peyğəmbərini, Haqqın əmrini xalqa təbliğatdan uzaqlaşdıra bilməzdi. İslam günəşinin bütün şəfəq və gücü ilə parlayacağı yeni üfüqlər var idi. Onsuz da ilahi əsrarın peyğəmbərə ərz edildiyi hər yerdə göylərdə və onların ənginliklərində seyran edərək qeybdən xəbərdar olduğu Me'racında hicrətə işarələr verilirdi.72Həzrəti Peyğəmbərə yeni dini inkişaf üçün, yeni bir mühüt hazırlanırdı.Mədinə üfüqlərində zəfər müjdələyən nurlar görsənirdi.Mədinə ona qucaq açırdı.

Həzrəc qəbiləsinə mənsub bəzi adamlar Həcc münasibəti ilə Məkkəyə getmişdi. Adəti üzrə Həzrəti Peyğəmbərlə görüşdülər. Həzrəti Peyğəmbər onlarla söhbət etdiyi zaman islam dinindən bəhs etdi. Yəhudilər ilə Mədinəlilərin arası açıq olduğundan, yəhudilər tez-tez onlara, Allah tərəfindən bir peyğəmbər göndərilmək üzrə olduğunu və o Peyğəmbərin onlarla bərabər olaraq bütpərəstliyə qarşı çıxacağını söyləyirdilər, ərəblərin o zaman Ad və İrəm kimi həlak olacaqlarıını anladırdılar. Bir peyğəmbərin gələcəyini yaşlılardan eşidirdilər. Ona görə də bu adamların son Peyğəmbərin gələcəyəi, vəhy və Peyğəmbərlikbarəsində bir fikirləri var idi. Bu dəfə Həzrəti Peyğəmbər onları islama dəvət edərək yeni dindən söz açan kimi bir-birlərinə baxdılar və «yəhudilərin hey xəbər verdikləri yaşlıların söylədiyi Peyğəmbər bu olacaq, Ona uyub inanmaqda gecikməyək» deyərək islamiyyəti qəbul etdilər. Həzrəti Peyğəmbərə bunları söylədilər:



  • Biz qövmümüzü ən pis vəziyyətdə buraxdıq, aralarındakı düşmənçiliyin həddi hüdudu yoxdur. Cənabı Haqq, bəlkə sənin sayəndə onları andlaşdırıb birləşdirər. Çünki səndən daha yaxşısını tapa bilməzlər. Beləliklə, Mədinədən bir qrup islam dinini qəbul etdi.

Mədinəlilərdən ilk müsəlman olanlar:

Əsəd ibni Zürarə, Rafi ibni Malik, Avf ibni Haris, Kutbə ibni Əmir, Ukbə ibni Əmir, Haris ibni Abdullah.

Bunlar eyni zamanda Mədinədə islamın yayıcısı oldular. Çünki onlar Mədinəyə qayıdandan sonra hər evə müsəlmanlığın xəbəri yayıldı.
A. Birinci Akabə beyəti

İçlərində Evs və Həcrəc qəbilələrinə mənsub adamlar olan ilk Mədinəli müsəlmanlar Mədinəyə qayıtdılar. Aralarında Həzrəti Peyğəmbərin dayıları Nəccar obullarından da iki nəfər var idi. Onlar müsəlman olduqlarını gizləməyi lazım bilmədilər. İslam olduqlarını elan etdtlər.

Bir il sonra, yəni bisətin 12-ci ilində, Həcc müvsümündə Məkkəyə Evs və Həzrəc qəbilələrinə mənsub bəzi adamlar gəldi. Onların içində bir iləvvəl gəlib müsəlman olanlardan da beş nəfər var idi. Başçıları Həzrəc ağsaqqallarından Əsəd ibni Zürarə idi 73.Onlardan on iki nəfərdən ibarət mürəkkəb bir zümrə Məkkə kənarında, Akabə deyilən yerdə Həzrəti Peyğəmbərlə gizli bir görüş keçirdilər və müsəlman olaraq ona beyət etdilər. (And içdilər)

Beyətin əsasları; «Allaha şirk qoşmamaq, oğurluq etməmək, zina ilə namusa toxunmamaq, uşaqları öldürməmək, böhtan və iftira atmamaq, doğru bir işdə peyğəmbərə qarşı çıxmamaq.

Bunlara əməl edənlər cənnətə gedəcək. Bunlardan birinə belə əməl etməyənlərə Allah cəza verəcəkdir.

Beyət edilərkən Həzrəti Peyğəmbərə və İslam əsaslarına sadiq hərəkət edəcəkləri barədə and içdilər. Qadınlar da beyətdə həmin andı içdilər. Beyətdə içilən andda «uşaqları öldürməməklə» bağlı sözlərin olması çox maraqlıdır. Məlumdur ki, ərəblər xüsusilə qız uşaqlarını diri-diri quma basdırırdılar. Vədi Bənat deyilən bu vəhşiyanə hərəkət tarixə vurulmuş qara bir ləkədir. Böyük islam ideyası insanlığın səadəti üçün hər şeyi öz üzərinə götürmüşdü. İslamiyyətin üzləşdiyi ən çətin günlərdə də Həzrəti Peyğəmbər də bu əsaslardan heç birinə laqeyd yanaşmamış və onlar barəsində bir misqal belə güzəştə getməmişdi. Allahdan aldığı buyruqları qullarına eyni ilə təbliğ etmişdi.

Məkkə müşriklərinin təzyiqi altında əzildiyi mədinəlilərin hələ yeni müsəlman olduqları üçün islamiyyətə nə dərəcədə bağlı qalacaqları bilinmədiyi zamanlarda belə, Həzrəti Məhəmmədin uşaqları öldürmək adətinin oradan qaldırılmasını şərt olaraq irəli sürməsi çox təqdirə layiqdir. Bu insanlığa, böyük bir xidmətdir. Uşaq evləri bundan gözəl nümunə ala bilərlər. «Yetimi qoruyanla mən cənnətdə belə yan-yanayıq», buyuran o böyük Peyğəmbər, ən fəlakətli günlərində belə himayəyə möhtac olan uşaqları düşünmüşdür. (Salavat ona, Şan və bütün gözəlliklər ona)

Birinci Akabə beyətində iştirak edənlər bu şəxslərdir.

Əsəd ibni Zürarə, Rafi ibni Malik, Avf ibni Haris, Kutbə ibni Amir, Ukbə ibni Amir, Muaz ibni Haris, Zekvan ibni Abdi-Kays, Ubadə ibni Samit, Yezid ibni Saləbə, Abbas ibni Ubadə, Əbul Heysəm ibni Teyyihan, Uveym ibni Saidə.

Bunlardan axırıncı iki nəfəri Evs qəbiləsindən, digərləri isə Həzrəcdəndir.

Mədinəlilər onlara dini məsələləri öyrədəcək, Quranı başa salacaq bir adam istədilər. Həzrəti Peyğəmbər də Musab ibni Umeyri göndərdi 74.Musab ilk Mukri adı ilə tanınan, ilk müsəlman olanlardandır. Müsəlman olmadan əvvəl, çox gözəl geyinən Qureyş gənclərindən olan, gözəl geyinib, ətirlər sürtən Musab müsəlman olduqdan sonra bəsit və sadə bir həyat keçirməyə başladı. Çox mədəni, kübar bir şəxs idi. Hamı ilə mehriban rəftar edirdi. Onun hümməti ilə Mədinədə müsəlmanlıq ildırım sürəti ilə yayılmış, islam nuru hər tərəfi aydınlatmışdı. Mədinəyə çatdığı zaman Mədinənin ağsaqqallarından Akabədə beyət edənlərin başçısı olmuş Əsəd ibni Zürarənin evinə düşdü. Evs və Həzrəc qəbilələrindən müsəlmanlığı qəbul edənlərin evlərinə gedərək onlara dini və Quranı öyrədirdi. 75 Zərif hərəkətləri, mədəni rəftarı ilə hamını məftun edir, ondan məmnun qalırdılar. Bədir müharibəsində müsəlmanların ələmdarı idi.

İslamiyyətin sürətlə inkişaf etdiyi Mədinədə Musab yerinə yetirdiyi vəzifədən məmnun idi. Mədinədəki müsəlmanların vəziyyətini, İslamiyyətin hansı mərhəldə olduğunu Həzrəti Peyğəmbərə ərz etdi və müsəlmanlardan ibarət olan böyük bir dəstənin bu il həcc mövsümündə Məkkəyə ziyarətə gələcəklərini xəbər verdi. Artıq Mədinə islamiyyətə qucağını açmış hesab olunurdu. İslamiyyətin inkişafı üçün ora çox münasib idi. Əvvələn oradakı bütpərəstlər və yəhudilər, Məkkənin azğın müşrikləri kimi müsəlmanlara cəfa, əzab, əziyyət vermirdilər. Mənəvi və ruhi cəhətdən də, ora Məkkədən daha yaxşı idi. Yəni burada güzəran daha asan idi. Mədinə xurmalıq üzümlük, bağlı-bağçalı, bolluq bir yer idi. Məkkədə korluq çəkərək yaşayan müsəlmanlar, burada rifaha qovuşa bilərdilər. Sonra həyata keçiriləcək ikinci Akabə beyəti bunu təmin edəcək, hicrət yolunu açacaqdı.

Həzrəc qəbiləsi başılarından olan Əsəd ibni Zürarənin və dini təlim üçün göndərilən Quran müəllimi Musab ibni Umeyrin hümməti ilə Mədinədə islamiyyət inkişaf edir, hər yerdə Həzrəti Məhəmmədin sözü danışılrdı. Ancaq Əsəd ibni Zürarənin xalası oğlu və Evs qəbiləsinin başçısı olan Səd ibni Muaz ilə eyni qəbilədən olan Useyd ibni Xudayr, hələ müsəlmanlığı qəbul etmədikləri üçün islamiyyət bütün şöləsi ilə parlaya bilmir, ruhlara yeni işıqlar səpən, könülləri aydınladan nurlarını hər evə saça bilmirdi.

Bir gün Musab ibni Əsəd, Bəni zəfər qəbiləsinin evlərindən birində olduğu zaman Useyd ibni Xudayr silahı əlində olduğu halda, onların yanına gəldi və



  • Məqsədiniz nədir? Bir sıra adamları aldadıb atalarının yolundan çıxardırsınız, deyə sərt - sərt danışmığa başladı.

Musab ona həlimliklə:

  • Hələ bir az otur, sözümü dinlə, məqsədimizi anla, dedi.

Useyd oturdu. Musab ona islamın nə demək olduğunu anlatdı, dini tərif etdi, sonra bir az Quran oxudu.

Useyd Qurani Kərimin bəlağəti qarşısında yumşalaraq:



  • Bunlar nə gözəl sözlərdir, dedi. İslamiyyətə girmək üçün nə etmək lazım olduğunu soruşdu. 76 Musab dini ona təlqin etdi. O da islam dini ilə müşərrəf oldu və

  • Mən gedim, sizə birini göndərim, əgər o müsəlman olsa bu diyarda iman etməyən adam qalmaz, dedi və qalxıb getdi.

Az sonra Səd ibni Muaz onların yanına gəldi. Useydin bəhs etdiyi bu adam çox hiddətli idi. O Əsəd ibni Zürarəyə dalaşırcasına:

  • Ya Əsəd əgər səninlə qohum olmasaydıq, şəbiləmizin içinə soxduğun bu işlərə dözməzdim dedi. 77

Musab ona qarşı da çox nəzakətlə davrandı:

  • Bir az dayanın, niyə belə hiddətlisinz? Oturun sizinlə bir az danışaq. Buyurun dinləyin, sonra hökmünüzü verin. Bəyənərsininz qəbul edərsiniz, bəyənməzsəniz, yenə siz bilərsiniz. Heç kimi məcbur etmək olmaz, hamının iradəsi öz əlindədir, dedi.

Səd ibni Muaz onların yanında oturdu. Musab ona islamiyyət haqqında məlumat verdi, dinin əmirlərini söylədi və bir az da Quran oxudu. Qurani Kərim oxunduğu zaman, Sədin üzündə iman əlamətləri görsəndi.

  • Siz bu dinə girmək üçün nə edirsiniz, bunun yolu necədir, deyə soruşdu.

Musab ona da islam dinini təlqin etdi. O da sidqi ürəkdən şəhadət gətirdi, kəliməyi tevhidi söyləyərək müsəlman oldu.

Səd ibni Muaz, dərhal öz qövmünün, Əşhəl oğullarının yanına getdi. Qövmüünün ağsaqqalı idi, sözü eşidilirdi.

Onlara xitabən:


  • Ay, camaat, məni necə tanıyırsınız? Deyə soruşdu. Onlar da:

  • Sən bizim ağsaqqalımız və böyüyümüzsən, dedilər.

  • Elə isə siz də Allaha və Rəsuluna iman etməlisiniz, iman etməzsəniz, bundan belə sizinlə danışmaram, dedi.

O gün qəbiləsi içində iman etməyən, müsəlman olmayan adam qalmadı.

Ondan sonra Səd ibni Muaz islamiyyətin ən hərarətli hamisi və yayıcısı oldu. Musabı yanına alaraq Əsədin xanəsinə gəlir, orada xalqı islamiyyətə dəvət edirdi. Bu sayədə az müddət içində Mədinədə İslamiyyət o qədər sürətlə yayıldı ki, Evs və Həzrəc qəbilələri içində, Bəni Ümeyyə ibni Zeydin xanəsindən başqa, islam nurunun aydınlatmağı bir xanə qalmadı.


B. İkinci Akabə beyəti

İslamiyyətin Mədinədə yayılmasından sonra ikinci Akabə beyəti olmuşdu. Bu beyət, hicrətə zəmin hazırlamışdı. Belə aydın olur ki, bu beyət peyğəmbər əfəndimizin Mədinəyə gəlişindən öncəki ən son həcc mövsümündə gerçəkləşmişdir. 78

Musabın xəbər verdiyi kimi bu il Məkkəni ziyarətə gələnlərin sayı çox idi. Mədinədən gələnlərin içində yetişmiş beş müsəlman var idi. Onların ikisi qadın, qalan 73-ü kişi idi. Onları Həzrəti Peyğəmbər qarşıladı. Görüşüb danışdı. İslamın gələcəyəi ilə əlaqədar məsələləri onlarla görüşə bilərdi. Ona görə də bu dəfə gələnlərlə apardığı görüşlərdə, əvvəllər olduğu kimi, yalnız islamiyyətə dəvət, islam əsaslarını təlqinlə kifayətlənmədi. Müsəlmanların arasında sağlam bir qardaşlıq quraraq əl-ələ verib islamiyyət qarşı yönəldilmiş təcavüzlərin qarşısını almaq mövzusunda söhbət edildi. İkinci Akabə beyəti belə mühüm bir məna və məqsəd daşıyır.

Həzrəti Peyğəmbər bu mədinəli müsəlman qafiləsinin başçıları ilə təmasda oldu. Zilhiccə ayının 10-13 günləri arasında Akabədə toplanmağı qərara aldılar. Toplantı gizli tutulacaq və gecə yarısı keçiriləcəkdi. Mədinədən gələn müsəlmanlar bunu yerlilərindən gizli saxladılar və heç kimə heç nə hiss etdirmədilər. Gecənin ilk üçdə biri keçmişdi. Toplanacaq adamlar çox ehtiyatla, heç kimə sezdirmədən, yavaş-yavaş Akabəyə gəldilər və toplantı üçün təyin olunan təpəyə çıxdılar.

Həzrəti Məhəmməd təyin edilən zamanda onlarla görüşdü. Əmisi Abbas da orada idi79.Abbas hələ müsəlman olmasa da, qardaşı oğlunu himayə edirdi. Belə çox mühüm bir andlaşmada Onun yanında olmaq, Ona kömək etmək bir ailə borcu idi. Toplantıya Abbas bu sözlər ilə başladı.


  • Ey Həzrəclilər, Məhəmmədin aramızda mövqeyi bildiyiniz kimidir. Biz Onu düşmənlərindən qoruduq, özü burada ailəmizin yanında izzət və ikram içindədir. Ancaq sizinlə andlaşmaq, sizə qatılmaq istəyir. Ona verdiyiniz sözü tutmaq ona qarşı çıxanlara qarşı olmaq barəsində əzminiz yetərlidirsə, Ona deyəcək bir sözüm yoxdur. Əgər Onu ələ verəcək, yanınıza gəldikdən sonra yalnız başına buraxacaqsınızsa, elə indidən söyləyin və Onu öz halına buraxın.

Bu sözlərin qarşısında Mədinədən gələn müsəlmanlar belə bir cavabı verdilər.

  • Dediklərinizi dinlədik. Yə Rəsulullah, siz söyləyin, öz adınıza Allah adına istədiyiniz andı alın, biz hazırıq.

Həzrəti Peyğəmbər bir qədər Quran oxuduqdan sonra belə dedi.80

  • Qadınlarınızı və uşaqlarınızı qoruduğunuz kimi, məni də qorumaq üçün sizə əl verirəm.

Bera ibni Maruz qövmünün sayılanlarından idi. O ilk Akabə beyətində müsəlman olanlardan və islamın bütün qaydalarına əməl edib, sadiq qalanlardan idi. Yalnız namaz qıldığı zaman Kəbəyə dönürdü. Halbuki qiblə o vaxt Qüds idi. Beranın üzü Kəbəyə namaz qılması ucbatından digər müsəlmanlarla arasında mübahisə yaranmış məsələni Həzrəti Peyğəmbərə ərz etmişdilər. O da Beraya Kəbəyə doğru namaz qılmağı qadağan etmişdi.

İndi, Həzrəti Peyğəmbər Mədinəlilərdən beyət istədiyi zaman Bera əlini uzatdı və:



  • Beyət etdik, yə Rəsulullah dedi. Biz onsuz da döyüş içərisində yoğrulmuş adamlarıq. Biz zirehə öyrəşmişik, bu bizə atalarımızın mirasıdır.

Beradan sonra söz alan Əbül-Heysəm bunları dedi:

  • Yə Rəsulullah, bizim yəhudilər ilə bir sıra əlaqələrimiz var ki, onları kəsəcəyik. Biz bunu etdikdən sonra, siz də Allahın inayəti ilə müvəfəqiyyət qazandıqdan sonra bizi tərk edib öz qövmünüzün yanına qayıdarsınızmı?

Həzrəti Peyğəmbər gülümsəyərək cavb verdi:

  • Qanım sizin qanınızdır81. Siz məndənsiniz, mən də sizdənəm. Kiminlə döyüşsəniz, mən də onunla döyüşərəm. Kiminlə sülh bağlasanız, mən də onlarla sülh içində olaram.

Bu sözlərdən sonra hamı bir bir Rəsulullaha beyət etdi. O da şərtləri bir bir söylədi. 82

Abbas ibni Ubadə ortaya çıxaraq bunları söylədi:



  • Həzrəc oğulları, bu şəxsə nəyə görə beyət etdiyinizi bilirsiniz? Ona beyətlə insanların qırmızı və siyahına, yəni ərəbinə və ərəb olmayanına qarşı döyüşməyi qəbul edirsiniz. Böyük bir fəlakətə uğradığınız, sayılanlarınızın öldürüldüyünü gördüyünüz zaman Onu tək başına buraxacaqsınızsa, indidən buraxmanız daha doğru olar. Yoxsa dünyada və axirətdə rüsvay olarsınız. Əgər ona verdiyiniz sözü tutacaq, hər şeyinizin fəlakətə uğramağını böyüklərinizin ölümüylə qarşılamağı gözə alırsınızsa, bunu qəbul edin. Çünki dünya və axirət xeyiri bundadır.

Bunu hamısı qəbul etdi və bu barədə sözümüzə əməl etmək müqabilində bizə nə mükafat vəd edirsən, Yə Rəsulullah? dedilər.

Həzrəti Peyğəmbər dərin bir inamla cavab verdi:



  • Cənnət var. 83

Hamısı əlini uzadaraq beyət etdilər. Beyət etdikdən sonra, Həzrəti Peyğəmbər aralarından on nəfərlik bir nümayəndə heyəti seçmələrini tapşırdı. Onlar da Həzrəc qəbiləsindən doqquz, Evs qəbiləsindən üç kişini nümayəndə seçdilər.84Onların hamısı Həzrəti Peyğəmbərə: «Şad və ağır günlərində, hər vəziyyətdə itaətə, sözün ancaq doğrusunu söyləməyə və Allah yolunda hər hansı bir sorğulanmadan qorxmamağa söz verdilər.

İkinci Akabə beyətində nakib, yəni nümayəndə olaraq seçilənlər bunlardır:



  1. Useyd ibni Xudayr Mədinənin ağsaqqallarındandır, atası Buas döyüşündə komandir idi.

  2. Əbül Heysəm ibni Teyyihan.

  3. Səd ibni Haysəmə Bədir müharibəsində şəhid oldu.

  4. Əsəd ibni Zürarə, bininci Akabə beyətinin başçısı olmuşdur.

  5. Səd ibni Rəbi, Uhud müharibəsində şəhid olmuşdur.

  6. Abdullah ibni Rəvaha məhşur bir şair idi. Mutə döyüşündə şəhid olmuşdur.

  7. Səd ibni Ubadə, Peyğəmbərimiz rəhmətə gedəndə xilafət məsələsini ortaya çıxardan bu şəxs idi.

  8. Münzir ibni Əmir Biri Maunədə şəhid olmuşdur.

  9. Bera ibni Marur, Akabə beyəti əsnasında Ənsarın şərhçisi idi.

  10. Abdullah ibni Əmr, Uhud müharibəsi şəhidlərindəndir.

  11. Ubadə ibni Samit, əshabı kiramdan məhşur bir şəxsdir, bir çox hədisi şərif rəvayət etmişdir.

  12. Rafi ibni Malik Uhud döyüşündə şəhid olmuşdur.

Bu nümayəndələrin hər biri qəbilə və onların rəhbəri idi. Bunun mənası isə 12 qəbilənin islamı qəbul etməsi idi.

Bu beyət gecənin qaranlığında, Akabədə hamının gözündən uzaq, tənha bir yerdə baş vermişdir. Oradakılar Allahdan başqa heç kimin onları görmədiyinə arxayın idilər. Ancaq beyət başa çatar-çatmaz bir səsin cingildəyərək gecənin sakitliyini pozduğu eşidildi. »Ey Qureyş, Məhəmməd ilə atalarının dinindən çıxanlar sizinlə döyüşmək üçün müqavilə imzaladılar.»

Bu səs haradan gəlirdi? Gecənin qaranlığında maraqlı gözlərlə dolanan kim idi? Bu şeytan idi? Bəli o oğurluq məqsədi ilə oralarda dolanan bir insan şeytanı idi. Adamların bir yerə yığıldığını görmüş, maraqlı gözləri ilə oranı pusmuş, uzaqdan qulağı bəzi sözləri eşitmiş, ancaq tam mənasını başa düşə bilməmiş, işin mahiyyətini dərk etməmiş, bəzi şeylər hiss edərək bu işi pozmaq istəmişdi. Evs ilə Həzrəc qəbilələri isə, verdikləri sözü kişi kimi tutdular.85Hətta Abbas ibni Ubadə bu casusun sözlərini eşitdikdən sonra Həzrəti Peyğəmbərə:


  • Səni Haqq ilə göndərən Allaha and içirəm ki, istəsən, səhər açılar-açılmaz qılıncımızı qınındın sıyırıb onlara hücüm edərik, demişdi.

Həzrəti Peyğəmbər:

  • Yox, yox dedi. Bizə belə bir şey əmr olunmadı. Hamınız yerinzə qayıdın.

Ondan sonra hamı öz yerinə qayıdaraq rahat-rahat yatmağa başladı.

Sabah açılanda başa düşdülər ki, Qureyş işdən xəbərdar olub, gecəki hadisə ətrafa yayılıb.


Yüklə 376,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə