Giriş Hicrət və əhəmiyyəti


D.Peyğəmbərimizlə dostlarının Ümmü Məbədin çadırına gəlmələri



Yüklə 376,45 Kb.
səhifə5/6
tarix17.11.2017
ölçüsü376,45 Kb.
#11001
1   2   3   4   5   6

D.Peyğəmbərimizlə dostlarının Ümmü Məbədin çadırına gəlmələri.

Ümmü Məbəd: ağıllı, iffətli və güclü bir qadın idi. Quraqlıq illərində Kudeydəki çadırının önündə oturar, gələn keçən yolçuların su və yemək ehtiyaclarını ödəməyə çalışırdı. Həzrəti Peyğəmbərlə Həzrəti Əbu Bəkir, Əmr bin Füheyrə və Abdullah bin Uraykıtda onun çadırına gəldilər. Ondan xurma və ət almaq istədilər. Fəqət Ümmü Məbədin yanında bunlardan heç bir şey tapmadılar.Çünki səfərdə qıtlığa uğrayan xalq, onda olan hər şeyi satın alırdılar.125

Ümmü Məbəd:

«Vallahi yanımızda, bir şey olsaydı, sizin ehtiyacınızı qarşılayardım.»126

Həzrəti Peyğəmbər:

Ey Ümmü Məbəd! Yanında süd varmı? deyə soruşdu.

Ümmü Məbəd:

Vallahi yoxdur! Davarlar qısırdır, dedi.

Peyğəmbərimiz, çadırın bir tərəfində duran arıq qoyunu gördü.

Ey Ümmü Məbəd bu nə qoyundur belə?

Ümmü Məbəd:

«O, arıq, davar sürüsündən geri qalmış, gücsüz bir qoyundur! dedi.

Həzrəti Peyğəmbər:

Onda süd varmı? deyə soruşdu. O bundan təmamilə məhrumdur dedi. Peyğəmbər soruşdu: Mənim onu sağmama icazə verərsiniz?

Ümmü Məbəd:

Əgər süd tapa bilərsənsə onda sağ.

Peyğəmbərimiz qoyunu gətirtdi və dedi: Ey Allahım. Ona qoyununu bərəkətli qıl! deyərək dua edincə qoyunun məməsi südlə dolub daşdı.127 Peyğəmbərimiz bir çox adamı doyuracaq qədər qab gətirtdi, içinə süd sağaraq ağzına qədər doldurdu. Öncə Ümmü Məbəd sonra isə digərləri süddən içməyə başladılar. Həzrəti Peyğəmbər, təkrar qabın içinə süd sağıb doldurdu və Ümmü Məbədə verdi.128

Ümmü Məbəd bir qoyun gətirib kəsdi və ətini bişirdi. Peyğəmbərimiz və dostları ondan yedilər. Beləliklə Ümmü Məbədin yanından ayrıldılar.

Çox keçmədən Ümmü Məbədin yoldaşı Əbu Mabəd evinə gəldi. Evdəki südü görüncə təəcüblənərək bu süd haradan gəldi deyə soruşdu. Evdə sağmal heyvan yox idi. Ümmü Məbəd dedi:

Bura bir mübarək adam gəlmişdi. Bu onun sayəsində oldu və beləliklə olanları bir bir danışdı.

Yoldaşı dedi: Vallahi dediyin bu adam Qureyşlilərin axtardığı adamdır. Mən ona rast gəlsəydim məni özünə dost qəbul etməsini istərdim.

Yenə də bir yolunu tapsam, bunu edəcəyəm dedi.128 Sonralar isə Ümmü Məbəd və yoldaşı Mədinəyə hicrət etmiş və müsəlman olmuşdular.



E. Sürakanın Həzrəti Peyğəmbəri təqibi və başına gələnlər.

Qureyş müşriklərinin göndərdikləri elçi, Müdlic oğulları yurduna çatıb Peyğəmbərimizlə Həzrəti Əbu Bəkirdən hər birini, öldürən və ya əsir alan kimsəyə mükafat olaraq yüz dəvə veriləcəyini vəd etmişdilər.129

Süraka bin Malik; Müdlic oğullarının məclislərindən birində oturduğu zaman, Müdlic oğullarından bir adam gəlib ona dedi.

Ey Süraka! Mən bir az öncə, sahilə doğru gedən bir neçə yolçu gördüm.130 Hesab edirəm ki, onlar Məhəmməd ilə əshabıdır dedi.

Süraka adamın gördüklərinin, Peyğəmbərimiz ilə əshabı olduğunu anlamışdı. Fəqət adama gözü ilə sus deyə işarə etdikdən sonra, sənin gördüyün yolçular onlar deyil. Hər halda sən başqa adamları görmüsən.

Süraka məclisdə bir az əyləşdikdən sonra evinə getdi. Cariyəsinə onun atını hazırlayıb təpənin arxasında onu gözləməsini əmr etdi. Zirehini geyinib silahını götürdü. Fal oxunu çıxarıb bu səfərin ona zərər verib verməyəcəyini anlamaq üçün fal oxunu atdı. Xoşlamadığı ona zərər verə biləcək ox çıxdı. Buna baxmayaraq yüz dəvə əldə edəcəyi ümüdi ilə yola çıxdı. Məqsədinə çatmaq üçün atı dördnala çapırdı. Həzrəti Peyğəmbər ilə Həzrəti Əbu Bəkiri gördü. Səslərini eşidəcək qədər onlara yaxınlaşmışdı. Həzrəti Əbu Bəkir dönüb arxaya baxınca bir süvarinin onlara çatdığını gördü.

Ya Peyğəmbər o bizi axtarır. Bizə çatmaq üzrədir.

Həzrəti Peyğəmbər:

«Narahat olma Allah bizimlədir!» buyurdu.131

Həzrəti Əbu Bəkir!

Ya Rəsulallah bu bizi axtarır və bizə də gəlib çatmasına az qalıb dedi və ağladı.

Peyğəmbər: Sən nə üçün ağlayırsan? Həzrəti Əbu Bəkir; Vallahi mən özümə görə ağlamıram. Fəqət sənin üçün ağlayıram dedi.132 Buna görə Həzrəti Peyğəmbər arxasına dönüb baxdı. Allahım! Buna qarşı dilədiyin şeylə bizə kafi ol! Onun şərrini üzərimizdən dəf et. Onu atından düşürt deyə dua etdi. At birdən yerə büdrədi. Süraka atın üzərindən yerə yuvarlandı. Tez qalxıb əlini fal oxu torbasına uzadıb ondan fal qələmlərini çıxartdı. Fal pis göstərdi. Ancaq məqsədinə çatmaq üçün var qüvvəsi ilə atını mahmızlayaraq irəli atılmaq istədi, ancaq atının ayaqları quma quylandı. At özünü saxlaya bilmədi, çabalamağa başladı. Çabaladıqca ayaqları quma batdı. Bunlara baxmayaraq yenə onlara tərəf getməyə başladı. Aralarındakı məsafə çox az qalmışdı. Peyğəmbərimizin duaları oxununca Sürakanın atının iki ön ayağı yerə quma batdı. Süraka da atdan yerə yıxıldı. Süraka nə qədər çalışsada atın ayaqları qumdan çıxmadı. Bütün bunları görüncə Həzrəti Peyğəmbərin Allah tərəfindən qorunduğunu anladı.134

Süraka etdiklərinə peşman olaraq Peyğəmbərə səsləndi:

Mən Süraka bin Cuşumam. Vallahi, mən artıq sizə nə əziyyət edəcəyəm, nə də məndən sizə bir zərər gələcək. Ya Məhəmməd anladım ki, bu sənin işindir. Dua et ki, Allah məni bu düşdüyüm vəziyyətdən qurtarsın. Vallahi arxanızdan gələnlərə sizin haqqınızda məlumat verməyəcəyəm.

Həzrəti Peyğəmbər Allaha dua etdi və at ayağa qalxdı.

Süraka Peyğəmbərimizə:

Qövmün sənin öldürülmən və ya əsir edilmən üçün mükafat vəd etdi dedi. Onlara yol azuqəsi vermək istədisədə ondan bir şey almadılar.135

Həzrəti Peyğəmbər ondan soruşdu bizdən bir istəyin varmı?

Süraka:

Səninlə mənim aramda bir əlamət olsun deyə mənə bir fərman ver. Rəsulallah da Əmir bin Füheyrəyə əmr etdi. Əmir də fərmanı dəri parçasına yazıb verdi.136



Süraka sonra müsəlman olmuş, İranın fəthində orduda iştirak etmişdir.

Süraka fərmanı aldıqdan sonra dərhal geri qayıtmış, bu dəfə başqa bir vəzifəni yerinə yetirmişdir. Arxadan gələn təqibçiləri geri çevirmişdir. Buraları mən axtardım, burada yoxdular demişdi.

Nə qəribə haldır ki, bir neçə dəqiqə əvvəl Həzrəti Məhəmmədi yaxalmağa qaçan Süraka indi bu işə əngəl olurdu. Bir az öncə özü təqibçi olduğu halda, indi təqibçiləri geri qaytarırdı.

Deyildiyinə görə Əbu Cəhl sonralar Sürakaya bu hərəktlərinə görə lağ etmiş, o da:



  • Əgər atımın necə quma batıb saplandığını görsəylin, o dəqiqə sən də Məhəmmədin peyğəmbərliyini təsdiq edərdin. Ona inanardın deyə cavab vermişdi.

F.Mədinəyə doğru hərəkət.

Süraka geri qayıtdıqdan sonra, dünyanın ən böyük iki adamını Məkkədən Mədinəyə aparan bu kiçik qafilə yenə qızmar səhranın ənginliyinə daldı. Göydən alov yağır, qızmar qumlardan qığılcımlar sıçrayırdı. Hər tərəfi bürüyən alov dalğaları səhranı qovururdu. Həzrəti Peyğəmbər dəvəsi ilə vadilərə dalaraq, dağlara dırmanaraq gedirdi. Səhra vasitələri olan dəvələrin kürəyində yeddi gün, yeddi gecə alovlar dəryasında üzdülər. Ancaq su üzü görmədilər, su yerinə qızmar çöllərin alovunu içdilər. Axşam olanda hava bir az sərinləyirdi. Gecə sərin külək əsməyə başlayır, onlar da səhrada irəliləyirdilər. Göydə parlayan ulduzlar onların yoluna işıq səpirdi.

İnsanlara nur və iman gətirən böyük Peyğəmbər taleyinin cızdığı yolla Mədinəyə doğru gedirdi. Gecənin qaranlığı, gündüzün istisi demədən haqq və həqiqət yolunda irəliləyirdi. Bütün bir tarix Onun yolu boyunca sərilmiş, bütün gözlər Ona çevrilmişdi. Haqqa və nura aşiq olan insanlar Onu gözləyirdi. O da onlara sarı gedirdi.

Məkkədən Mədinəyə getdiyi bu hicrət yolunda bu ayələr nazil oldu.

«Sənə Quranın təbliğini və Onunla əməli fərz edən Allah, mütləq ki, Səni Məkkəyə qaytaracaqdır.» 137

Peyğəmbərimizin Məkkədən çıxıb, Mədinəyə hərəkət etdiyini xəbər alan Mədinəlilər Onun yolunu dörd gözlə gözləyirdilər.138

Mədinə xalqı hər səhər şəhərin kənarına çıxıb, günortaya qədər yollara baxırdılar. Günorta istisi aləmi alovlara qərq edəndə, bu istidə artıq gəlməz, deyərək gözləməkdən əl çəkirdilər. Bir gün yenə şəhərə qayıtdıqları zaman, bir qalanın təpəsində dayanan bir yəhudi qız ilk müjdəni verdi:

-Həsrətini çəkdiyiniz, yolunu gözlədiyiniz gəlir, dedi. Bu xəbər bir ildırım sürətilə xalq arasına yayıldı. Şəhər başdan ayağa sevinc ilə çalxalandı. Hamısı şəhərin kənarına qaçıb gözlərini üfüqə dikdilər. Uzaqdan ağ paltarlı iki adam görsənirdi. Bu paltarları Suriyadan ticarətdən qayıdan Zübeyd yolda rastlaşanda onlara hədiyyə etmişdi.



G.Həzrəti Peyğəmbər Qubada.

Mədinənin bir saatlığında Aliyədə Kuba adında bir yer var idi. Mədinənin sayılanları, Ənsarın bir çox ailələri burada yaşayırdı. Gülsüm ibni Hədm başçılığında olan Əmr ibni Avf ailəsi buranın ən tanınmış sakinlərindən biri idi. Həzrəti Peyğəmbər oraya çatdığı zaman, o ailələr onu təkbirlə qarşıladılar. Buxari Bera bin Azibin «Mədinəlilərin Rəsulallahın gəlməsi ilə sevindikləri qədər heç bir şeyə sevindiklərini görmədim» dediyini rəvayət edir.139

Yayın ortasında yayın isti günlərində qızmar çöllərdə bir həftə sürən yolçuluq onları yormuşdu. Orada istirahət etmək istədilər. Peyğəmbərlər qafiləsinin sərdarı, iki cahan sərvəri orada, Gülsüm ibni Hədmə qonaq oldu, bu böyük insanı qonaq oldu, bu böyük insanı qonaq etmək şərəfi Ona nəsib imiş, onsuz da əshabı kiramın bir çoxu bu ailənin yanında qonaq qalırdılar. Əbu Ubeydə, Mikdad, Habbab Süheyl, Savfan, İyad, Abdullah ibni Məhzəmə, Vəhb ibni Səd və başqaları onların arasında idi.

Peyğəmbərimiz Kubaya çatdığı zaman on üç illik iztirab geridə qaldı. Oraya Rəbiül-əvvəl ayının başlarında 622-ci miladi ilinin 20 sentyabrında bir bazar ertəsi günü yetişdi.140

İbni Abbas belə demişdir; «Doğulduğu gün bazar ertəsi günüdür, ilk Peyğəmbərlik bazar ertəsi gəldi, hicrət bazar ertəsidir, ruhu da dazar ertəsi günü Allahın itaətinə getmişdi.»

H. Həzrəti Əlinin Qubada Həzrəti Peyğəmbərə çatması.

Həzrəti Peyğəmbərin Məkkədən çıxışından üç gün sonra Həzrəti Əli də yola çıxmışdı.141 Bu igid və qəhraman insan tək başına səhraları keçərək Kubada Peyğəmbərimizə yetişdi. Ölümü göz önünə alaraq Peyğəmbərimizin yatağına bir gül baxçasına girən kimi girən bu mərd və fədakar gəncin yeriməkdən ayaqları qabarmışdı. Peyğəmbərimiz onu gördüyü zaman ağlamağını saxlaya bilmədi. Gözlərindən axan yaşlar içində Həzrəti Əlini qucaqlayıb öpdü. Bu görüş çox həyacanlı olmuşdu. Necə və hansı şəraitdə ayrılmışdılar, harada görüşürdülər. Allhın lütfü nə qədər böyükdür.



I. Kubada ilk məscidin inşası və ilk cümə namazı.

Həzrəti Peyğəmbərin Kubada ilk gördüyü iş oranın əşrafından olan Gülsüm ibni Xədmin xurma qurutduğu yerdə bir məscid bina etmək olmuşdur.142 Qurani Kərim islamda qurulan bu ilk məsciddən belə bəhs edir.

İlk günündən düzlük özülü üzərində qurulan bu məsciddə namaza durmaq daha layiqdir. Orada təmizliyi və paklığı çox sevən insanlar vardır. Allah da təmizlənənləri sevər.

Bu məscid inşa olunduğu vaxt, Həzrəti Peyğəmbər orada bir işçi kimi çalışırdı. Ən ağır daşları qaldırmağa çalışdığı vaxt vücudu əyilirdi. Əshabı Kiram yanına gələrək dərin bir səmimiyyətlə:

-Sənə canımız qurban olsun, biz daşıyaq, ya Rəsulallah, deyir. O da onların xətrinə dəyməmək üçün əlindəki daşı verir. Sonra başqa daş götürərək onlarla bərabər çalışırdı. Belə ürəkdən gələn bir istəklə, sevgi və hörmətlə bu ilk məscidi inşa etdilər. Şair və səhabə olan Abdullah ibni Rəvaha bu məscidin inşasında iştirak etmiş şəxslərdəndir. O da bir işçi kimi çalışır, mahnı və nəğmələrlə yorğunluqlarını çıxaran işçilər kimi, bu mənadakı misraları oxuyurdu:

Məscidin inşasında iştirak edənlər nə xoşbəxtdir. Ayaqda ikən vəya oturarkən Quran oxuyanlar nə səadətlidir. Gecələrini yatıb yuxuda keçirməyənlərə, nə böyük həzz var.

Peyğəmbərimiz də bu nəğmələrin nəqarətində iştirak edirdi.

Orada on gündən artıq bir zaman qaldıqdan sonra, Peyğəmbər əfəndimiz bir cümə günü Kubadan Məkkəyə yollandı. Ranuna vadisində Bəni Salim məhəlləsindən keçdiyi zaman günəş yüksəlmiş, günorta olmuşdu. Həzrəti Peyğəmbər cümə namazının fərz qılındığını Əshabına təbliğ edərək, orada ilk cümə namazını qılmış və gözəl bir xütbə oxumuşdur.143

Bu xütbənin İslam tarixində əhəmiyyəti olduğuna görə onun qısa məzmunu ilə tanış olmağımızda fayda vardır.

Həzrəti Peyğəmbər Kubadan Mədinəyə getdiyi və Bəni Salim yurdunda ilk cümə namazını qıldığı zaman bu xütbəni irad buyurmuşdur.

Peyğəmbər əfəndimiz əvvəlcə Allahu Təalaya həmdü sənadan sonra belə buyurmuşdur:

«Ey möminlər, ölmədən əvvəl Allaha tövbə edin. Bir maneə hələ sizinlə üzləşmədən əvvəl, salih əməllər işləyərək Allaha yaxınlaşın. Bilin ki, Allah bu gündə, bu olduğum yerdə cümə namazını üstünüzə fərz qılmışdır. Onu inkar etmək və haqqını yüngülvari baxmaq surətilə tərk eyləyən adamın Allah iki yaxasını bir araya gətirməsin və işlərini tamam etməsin. Təbii, özləri üçün adil və ya zalım bir imam tapıb cümə namazı qılmaq imkanı varsa, bilin ki, o adamın başqa namazı yoxdur. Tövbə edənlər müstəsnadır. Çünki kim tövbə edərsə, Cənabı Haqq onun tövbəsini qəbul edər.»

«Ey insanlar, sağlığınızda Axirətiniz üçün tədarük görün. Bilin ki, mütləq qiyamət günündə birinin başına vurulacaq və çobansız buraxdığı qoyunundan soruşulacaq. Sonra Cənabı Haqq ona deyəcək, amma necə deyəcək tərcüməsiz, pərdə tutanı yox, şəxsən özü deyəcək ki, sənə mənim Peyğəmbərim gəlib təbliğ etmədimi? Mən sənə mal verdim, sənə lütfü ehsan etdim. Sən özün üçün nə tədarük etdin? Dünyada ikən Axirət üçün hansı xeyir və yaxşılıqları, hansı fəziləti etdin? O adam kimdirsə, sağına soluna baxacaq, bir şey görməyəcək, önünə baxacaq cəhənnəmdən başqa bir şey görməyəcək. Elə isə hər kim ki, özünü belə yarım xurma ilə olsa da atəşdən qurtara bilərsə, dərhal o xeyiri işləsin. Onu da tapa bilməsə barı kəlimei tayyibə ilə, gözəl sözlə özünü qurtarsın. Gerçək müsəlman dilindən və əlindən başqaları zərər görməyən şəxsdir. Onunla ona, bir xeyrinin on mislindən yeddi yüz mislinə qədər savab verilir. Allahın salamı, rəhməti və bərəkəti üstünüzdə olsu

K. Mədinəyə giriş.

Rəsulullahın Mədinəyə girişi Mədinə xalqı onlardan sonra gələcək olan nəsillər və bütün insanlıq üçün önəmli bir gün oldu. Çünki, o gün Məkkədə sabit, müəyyən və ümumi bir quruluşa bağlı qalınmadan edilən İslam dəvəti ümimilik qazanaraq Mədinəyə keçmişdi. Daha öncə Məkkədə sabit, müəyyən və ümumi bir qruluşa bağlı qalınmadan edilən İslam dəvəti ümumilik qazanaraq Mədinəyə keçmişdi. Daha öncə Məkkədə bir sabit dəvət yox idi. Sadəcə İslam əqidəsi və onunla əlaqəli hökmlər açıqlanırdı. Edilən dəvət Məkkə və çevrəsinin xaricinə çıxmırdı. Ancaq bu dəvət, Mədinəyə keçincə ümumilik vəsfini qazandı. Bütün ərəb bölgələrinə yayıldı. Daha sonra ərəb bölgələrinin xaricinə, oradan qonşu ölkələrə çatdı.

Mədinəlilər Cənabı Allahın onlara bəxş etdiyi neməti və özəl olaraq Mədinəyə qazandığı şərəfi idrak etdilər. Çünki Mədinə, öncə müsəlmanların ilk sığınacağı, yurdu və zəfər yeri olmuşdu. İkinci olaraq İslami qruluşun vətəni olmuşdu. Üçüncü olaraq da İslamın güc və qüvvət qazandığı bir məntəqə olmuşdu. Bütpərəstliyin artıq ortadan qalxmaq üzrə olduğunu hər kəs duydu. Yəhudilər də artıq bilikləri ilə və öncədən sahib olduqları kitablarıyla öyünməz hala gəlmişdilər.

Bütün bu səbəblər dolayısıyla insanlar, Həzrəti Peyğəmbərin təşrifi ilə təkbir və təhlil gətirərək onu qarşılamağa çıxmışdılar.

Buxari və Müslim; Həzrəti Əbu Bəkirin belə dediyini rəvayət etmişdilər.

«Mədinəyə çatdığımızda insanlar yollara tökülmüş və damlara çıxmışdılar. Gənclər, xidmətçi və kölələr «Allahu əkbər, Rəsulallah gəldi. Allahu əkbər. Məhəmməd gəldi. Allahu əkbər deyirdilər.144

Həzrəti Peyğəmbər Mədinəyə gəlişində təkbir gətirilərək, böyük bir coşquyla qarşılanmışdı. Evs və Həzrəc qəbiləsindən hər ailə, Rəsulallahın onların evində qalması onların evində qalması üçün dəvəsinin ipindən tuturdular. Böyük bir izdiham meydana gəldi.

Salim bin Avf oğullarından Utban bin Malik ilə Abbas bin Ubadə, Rəsullaha tərəf gəlib dəvəsinin ipindən tutaraq:

Ya Rəsulallah! Bizim yanımızda qal, biz sayca çox güclü qüvvətliyik. Rəsulallah: Dəvənin yolunu açın, haraya çökəcəyi ona əmr edilmişdir.145 Yolu açdılar. Dəvə yolu açılıb sərbəst buraxılınca Malik bin Nəccar oğullarının evlərinin yanına çatıb Rəsulallahın bu günkü məscidinin olduğu yerə çökdü. Bura Nəccar oğullarından Səhl və Süheyl adında iki yetim uşağa məxsus idi. Bunların atalarının adı Əmir olub Muaz bin Afranın himayəsində idilər. Dəvə çökdüyü zaman Həzrəti Peyğəmbər üzərindən enmədi. Dəvə birdən ayağa qalxıb bir az daha getdi.

Həzrəti Peyğəmbər həmin sahəni almaq istədiyini Malik bin Nəccara bildirdi. Uşaqlar sahəni bağışlayacaqlarını pul istəmədiklərini ifadə etdilər. Rəsulallah dəyəri ödənmədən buna razı olmadı.146 Həzrəti Peyğəmbər dəvəni sərbəst buraxmışdı. Dəvə sonra geriyə döndü, ilk çökdüyü yerə qədər gəlib təkrar oraya çökdü. Rəsulallah dəvəsindən endi. Əbu Əyyub Əl - Ənsari dəvənin yükünü endirib qalanını evinə daşıdı. Həzrəti Peyğəmbər Əbu Əyyubun evində yeddi ay qaldı.147 Bu müddət içərisində dəvənin çökdüyü yerdə bir məscid inşa etdilər. Sonra Rəsulallah bir otaq daha tikib Həzrəti Aişə ilə ailə qurdu.

Artıq müşriklərin təzyiqlərindən uzaq idilər, namaz qılmaq Allaha ibadət etmək üçün tənha yerlər axtardıqları, Quran oxuduqları zaman səslərinin eşidilməsindən qoxduqları günlər arxada qalmışdı. Daha bir araya yığışmaları, böyük camaat olmaları üçün əngəl yox idi. Yeni bir dövr başlayırdı, fərdiyyətçilik bitmiş, cəmiyyət həyatı başlamışdı.

Nəticə.

Həzrəti Peyğəmbər və ona inananlar da daha öncəki peyğəmbərlər və ümmətlərin aqibətinə məruz qaldılar. Məkkəli müşriklər Həzrəti Peyğəmbər İslamiyyəti təbliğə başladığı andan etibarən ona qarşı mübarizəyə başladılar. Bu mübarizə sadəcə islamı rədd etməklə kifayətlənmədi. Müşriklər müsəlmanlara olmazın əziyyətini verməyə başladılar. Əshabının başına gələnlərə əngəl ola bilməyən Həzrəti Peyğəmbər onların bir qisminin Həbəşistana hicrətinə izn verdi. İlk mühacirlərin yaxşı qarşılanmasına görə ikinci hicrət də baş verdi. Müşriklər müsəlmanları geri qaytarmaq istəsələr də buna nail ola bilmədilər. Əvəzini boykot qərarı ilə Məkkədəki müsəlmanlardan çıxdılar.

Müsəlmanlara və Həzrəti Peyğəmbəri qoruyan Haşimioğullarına qarşı tətbiq edilən üç illik boykotun ardından Əbu Talibin ölümü müşriklərə fürsət verdi və Həzrəti Peyğəmbər həqarətə daha çox məruz qaldı. Belə bir şəraitdə İslamı təbliğ edə bilməyəcəyini anlayan Rəsuli Əkrəm Taifə gedərək yeni bir çevrədə İslamı başa salmağa çalışsada çox sərt bir müqavimətə rast gəldi və Məkkəyə dönmək məcburiyyətində qaldı. Bu sıralarda Akabədə tanıdığı bəzi Mədinə sakinlərinin islamiyyətə girməsi üzərinə şəhər xalqını təşkil edən Həzrəc və Evs qəbilələri arasında müsəlmanlığın gündən günə yayılması və buna bağlı olaraq edilən Akabə beyətləri hicrət yönündən böyük önəm daşımaqdadır. Akabə beyətində Mədinəli müsəlmanlar Həzrəti Peyğəmbəri və dolayısıyla Məkkəli müsəlmanları şəhərlərinə dəvət edərək onları öz canlarını, mallarını, öz uşaqları və qadınlarını qoruduqları kimi onları da qoruyacaqlarına and içərək beyət etdilər.

Beləliklə əshabın böyük bir qismi qısa zamanda Mədinəyə köç etdi. Geridə sadəcə Həzrəti Peyğəmbər Həzrəti Əbu Bəkir və bunların ailələri, Həzrəti Əli və anası və hicrətə gücü yetməyənlər qalmışdı.

Müsəlmanların çox hissəsinin oraya getməsi müşrikləri qorxutdu. Həzrəti Peyğəmbərin də bir gün oraya gedib əshabıyla birlikdə onlara qarşı bir təhlükə törədəcəklərindən narahat oldular. Buna qarşı tədbir almaq üçün Darunnədvədə toplandılar və Həzrəti Peyğəmbəri öldürmək qərarına gəldilər. Bunun təkcə bir nəfər deyil hər qəbilədən bir nəfər icra edəcəkdi və beləliklə də Haşimioğulları qan davasına qalxa bilməyəcəkdilər.

Onlar sui-qəsd hazırlıqlarına başlayarkən Həzrəti Peyğəmbər Cəbrayıl vasitəsiylə hər şeydən xəbərdar oldu və Həzrəti Əbu Bəkirin evinə gedib onunla plan hazırladı və yerinə Həzrəti Əlini qoydu. Beləliklə də Həzrəti Əbu Bəkirlə Sevr mağarasına doğru getdilər və oraya sığındılar. Müşriklər Həzrəti Peyğəmbəri evdə tapmayınca Onu axtarmağa başladılar və başına mükafat qoydular. Müşriklər mağaraya yaxınlaşdılar lakin Allahın izniylə onları görməyib geri döndülər. Orada üç gün qaldıqdan sonra yola çıxdılar. Burada onları Süraka b. Malik təqib etsədə istədiyinə çata bilmədi və geri qayıtdı. Uzun bir səfərdən sonra Ümmü Məbədin olduğu bir çadıra gəlib orada dincəlib təkrar yola düşdülər.

Mədinədəki müsəlmanlar Həzrəti Məhəmmdin Məkkədən ayrıldığını öyrənmiş, fəqət gecikincə narahat olmağa başlamışdılar. Buna görə hər sabah Məkkə yolu üzərindəki Harra mövqeyinə çıxıb gün yüksəlincəyə qədər gözləyir, hərarət artıqca geri dönürdülər. Ancaq 622-ci il 8 Rəbiüləvvəl günü bir yəhudi qızı onların gəlməsini gördü və bunu hamıya xəbər verdi. Hamı onları qarşılamağa çıxdı. Əshabına qovuşan Həzrəti Peyğəmbər Kubada bir evdə qonaq qaldı və bu müddət ərzində Kubada bir məscidin inşasına başladı və cümə günü buradan ayrılaraq Mədinəyə yönəldi. Ranuna vadisinə gəlincə burada ilk cümə namazını qıldırdı, namazdan sonra da şəhərə çatdı. Böyük bir izdiham tərəfindən coşquyla qarşılanan Rəsuli Əkrəm onu evlərinə dəvət edən heç kimi qırmamaq üçün gözəl bir üsul tapdı və dəvəsi Kasvanın sərbəst buraxılmasını istəyərək onun çökdüyü yerə ən yaxın evə enəcəyini söylədi. Dəvənin daha sonra Məscidi Nəbəvinin tikildiyi boş bir əraziyə çökməsi üzərnə də ən yaxıqdakı evin sahib Əbu Əyyub Əl-Ənsarinin qonağı oldu. Burada yeddi aya qədər qaldıqdan sonra məscidin bitişiyində inşa edilən otaqlarına köçdü.

Həzrəti Peyğəmbərin Məkkədən Mədinəyə hicrətiylə İslam tarixində yeni bir dönəm başlamış və bununlada İslam dini daha da təşəkkül tapmışdır.



İstifadə olunmuş ədəbiyyat.

  1. Bələzuri, Ənsəbuləşrəf, Misir 1959.

  2. Buxari, Camiussahih, I-VIII, İstanbul 1329.

  3. Buxari, Muhtasarı Təcridi Sarih, tərcüməsi və şərhi X cild müəllif; Zeynüd din Ahmed b. Ahmed b.Abdil Latifiz Zebidi.

  4. Bərki, Əli Himmət, Osman, Kəskioğlu, Həzrəti Məhəmməd və həyatı, Türk tarih kurumu basımevi, Ankara, 1996.

  5. Əbu Zəhra, Son Peyğəmbər Həzrəti Məhəmməd, II, İstanbul 1993.

  6. Əhməd bin Hənbəl, Müsnəd, Çağrı yayınları, İstanbul 1982.

  7. Həmidullah Məhəmməd, İslam Peyğəmbəri c.I, İstanbul 1993.

  8. Hələbi, İnsanuluyun, I-III, Misir, 1964.

  9. İbni-Kəsir, Təfsirul-Qur'anil-Əzim, Beyrut 1986.

  10. İbni Kəsir Əl-bidayə vən-nihayə Darul hadis, Qahirə 1992.

  11. İbni Sad, Tabaqatulkubra, I-VIII, Beyrut 1957.

  12. İbni Hişam, Sirətünnəbi, Beyrut 1971.

  13. İbn Xaldun, Tarix, I-VII,Beyrut 1391/1971.

  14. İbnul Əsir, Əl-Kamil fit-tarih, Beyrut 1979.

  15. İbni Kayyim Əl-Cəvziyyə, Zadul Məad, Zafer mətbəəsi, İstanbul 1988.

  16. İbni Abdilbərr, Əl-İstiab, I-IV, Qahirə.

  17. İbni Həcər, Əl-İsabə, I-IV, Misir 1358/1939.

  18. İbni Seyyid, Uyunuləsər, I-II Beyrut, t.s

  19. Kurtubi, Təfsir, I-XX, Misir 1967.

  20. Köksal, Asım, İslam tarixi, III-IV Şamil yayınevi, İstanbul, 1989

  21. Məmmədəliyev Vasim, Bünyadov Ziya, Qurani Kərim (tərcümə), Azərnəşr, Bakı, 1991.

  22. Nəvəvi, Riyazüs Salihin, (tərcümə və şərhi: M.Yaşar Kandemir, İsmail Lütfü Çakan, Raşit Küçük), I-VIII, İstanbul, 2004.

  23. Önkal, Ahmet, “Hicret”, TDV, İslam Ansiklopedisi, XVII, İstanbul 1999.

  24. Rağib Əl-İsfahani, Əl-Müfrədat fi Qaribul-Qur'an, İstanbul 1986.

  25. Süheyli, Ravdulünüf, I-VII, Qahirə 1967.

  26. Seyyid Şərif Cürcani, Ət-Ta'rifat, İstanbul, t.s.

  27. Sərahsi, Əl-məbsut, Beyrut, t.s.

  28. Təbəri, Tarix, I-XIII, Misir 1326.

  29. Yıldız, Haqqı Dursun, Böyük İslam tarixi, I, Çağ yayınları.

  30. Yaqubi, Tarix, I-II, Beyrut 1960.

  31. Zəhəbi, Tarixulislam, Misir 1974.

  32. Zəməxşəri, Kəşşaf
    Yüklə 376,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə