Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

caq? Klavesin nədir? (2-ci tapşırıq). Paralel şəkildə söz ehtiyatı üzərində iş
aparılır. 3-cü tapşırıq yerinə yetirilərkən şagirdlərin diqqəti bu sözlərə (klavesin
və pudralı parik) yönəldilir. 
Aşpazla qızının dialoqundan sonra: Burada xristian dininin hansı ayinindən
danışılır?
Beləliklə, suallar verilmiş məlumatlardan nəticə çıxarmağa, mətni daha də -
rin dən qavramağa və mətnin davamını proqnozlaşdırmağa yönəlir. 1-ci mətn -
daxili sual da bu qəbildəndir.
Mətn oxunduqdan sonra əsərin ideyası və bu ideyanın açılmasına xidmət
edən məqamlar üzərində iş gedir. Burada Sinkveyn üsulu da tətbiq oluna bilər:
Danışma
(St. 1.2.2)
4-cü tapşırıq qruplar şəklində yerinə yetirilir. Müəllim öz seçimi
əsasında bir musiqi əsəri səsləndirir. Qruplardan hər biri bu əsərdən aldığı
təəssüratları digərləri ilə bölüşür.
Debat. 5-ci tapşırıqda qoyulmuş tezislər üzrə debat keçirilir. Həmişə olduğu
kimi, şagirdlərə çıxışlar zamanı istifadə olunan standart ifadələr təqdim edilir.
Dinləmə
(St. 1.1.2)
Motivasiya məqsədi ilə bəstəkar Bethoven haqqında sual-cavab
edilir, daha sonra “Ay işığı” (“Moonlight”) sonatası səsləndirilir. Müəllim bu mu -
siqi əsərinin adını çəkmədən onun doğurduğu təəssüratlar haqqında so ru  şur.
(Yönəldici suallarla şagirdlərin təsəvvüründə ay işığını canlandırmaq olar.)
Daha sonra müəllim aşağıdakı mətni səsləndirir:
“AY İŞIĞI” SONATASI
Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə
idi. Evlərdən birinin mənzilindən piano səsi gəldiyini eşidir və başını
119
İNCƏSƏNƏT
119
İNCƏSƏNƏT
119
İNCƏSƏNƏT
  Çap üçün deyil


qaldırıb baxır. Dostuna ifaçının möhtəşəm çaldığını və onu görmək
istədiyini söyləyir.
İkisi birlikdə II mərtəbəyə qalxıb qapını döyürlər. Qapını açan qadın
Bethoveni dərhal tanıyır və çox təəccüblənir. Bethoven piano səsinə
gəldiyini və ifaçını görmək istədiyini söyləyir. Qadın piano çalanın qızı
olduğunu söyləyir və onları içəri dəvət edir. Bethoven otağa daxil olur.
Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır,
dərhal ayağa qalxır. Qızın kor olduğunu görən Bethoven: “Lütfən,
məndən bir şey istəyin”, – deyir.
Qızın cavabı bu olur: “Mən heç ay işığı görməmişəm, mənə ay
işığını təsvir edərsinizmi?”
Bundan sonra Bethoven pianonun arxasına keçərək yerindəcə
bəstələdiyi “Ay işığı” (“Moonlight”) sonatasını çalır.
Bu mətnin dərslikdən oxunmuş mətnlə ideya yaxınlığı müəyyən edilir. 
Yazı
(St. 3.1.3)
6-cı tapşırığı yerinə yetirmək üçün şagirdlər iki qrupa bölünürlər.
Qruplardan biri Motsart, digəri Bethovenlə bağlı araşdırma aparıb yazılı təq -
dimat hazırlayır. 
Dil qaydaları
(St. 4.1.2)
7-ci tapşırıq vasitəsilə keçən dərsdə mənimsənilmiş dil qaydaları
xatırladılır. 8-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri da şı -
yır. Feilin əmr şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən sonra 9-12-ci tap -
şı rıqlar yerinə yetirilir. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
120
IV BÖLMƏ
120
IV BÖLMƏ
120
IV BÖLMƏ
  Çap üçün deyil


36-cı dərs. NEMAN VӘ SİMNAR (2 saat) 
Motivasiya
Anlayışın çıxarılması. Müəllim lövhədə sxem çəkir.
Müzakirələrdən sonra mərkəzi çərçivədə “Nizami Gəncəvi” yazılır. Şa -
girdlərin “Yeddi gözəl” poeması haqqında bilikləri yoxlanılır, onlara bu əsər
haqqında zəruri məlumatlar verilir.
Oxu
(St. 2.2.1)
Mətn Proqnozlaşdırma üsulu ilə oxunur. Bu oxu üsulu şagird -
lər də oxuduğu mətndəki əsas məqamları seçmək, hadisələrin davamını tə -
xəy yülünə uyğun proqnozlaşdırmaq bacarığını inkişaf etdirir. Şagirdlər hər
dəfə “Məncə, ... baş verəcək, çünki oxuduğumuz hissədə deyilir ki, ...” deyə
fikir irəli sürdükcə onlarda fikirlərini əsaslandırmaqla danışma bacarığı da
inkişaf edir.
Mətn 3 hissəyə bölünmüşdür. Proqnozlaşdırmanı aşağıdakı cədvələ əsa -
sən üç dəfə aparmaq olar.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Nəqli xarakterli mətnə məzmuna uyğun
yeni epizodlar əlavə edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şə -
kildə ümumiləşdirir. 
Öz fikirlərini də əlavə etməklə dinlə dik -
lərini tezis şəklində ifadə edir.
1.2.4. Problemlə bağlı mülahizələrini
söyləyir.
Diskussiya zamanı problemlə bağlı
fikirlərini bildirir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Arzu şəklində olan feilləri müəyyən edir.
“İskəndərnamə”
“Sirlər xəzinəsi”
“Xəmsə”
“Yeddi gözəl”
“Xosrov və Şirin”
?
“Leyli və Məcnun”
121
İNCƏSƏNƏT
121
İNCƏSƏNƏT
121
İNCƏSƏNƏT
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə