Girish son Layout 1


-cu dərs. QӘDİM MUSİQİ ALӘTLӘRİ (3 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

39-cu dərs. QӘDİM MUSİQİ ALӘTLӘRİ (3 saat) 
Motivasiya
Auksion. Sual: Hansı musiqi alətlərimizi tanıyırsınız? 
Şagirdlər piano, gitara, skripka kimi musiqi alətlərinin də adlarını çəkə bilərlər.
Müəllim bildir mə lidir ki, bu alətlərdən Azərbaycanda istifadə olunsa da, onlar
Avropa xalq larına aid dir və Azərbaycan milli musiqi alətləri sayılmır.
Şagirdlərə yaxşı tanış olan Azərbaycan musiqi alətləri sadalandıqdan son -
ra müəllim qədim alətlərimizi xatırlatmaq üçün suallar verə bilər. Məsələn:
“Kitabi-Dədə Qorqud”da hansı musiqi alətinin adı çəkilir? (qopuz)
Yazı lövhəsində belə bir məntiqi sual da yazmaq olar:
Aşıq – ozan
Saz – ? 
Oxu
(St. 2.2.1)
Mətn üzərində iş zamanı Proqnozlaşdırma və İstiqamətlən -
dirilmiş oxu üsulları sintez olunur. 
Әvvəlcə şagirdlərin diqqəti dərsliyin 130-cu səhifəsində verilmiş  fotoşəklə
yö nəl dilir:  Sizcə, bu insan nə ilə məşğuldur? (Musiqi aləti düzəldir və ya
kökləyir.) Qədimdə musiqi alətlərinin simi nədən düzəldilirdi?
Şagirdlər öz ehtimallarını söyləyirlər. Müəllim heç bir cavaba münasibət
bildirmir. 
Mətni ilk mətndaxili suala qədər oxumaq tapşırılır və əvvəlcədən suallar
təqdim olunur:
1. Nə üçün alətlər üzərində iş çətin gedirdi?
2. Simli alətləri düzəltmək üçün hansı material lazım idi?
3. Mətndaxili suallar.
Müəllimin nəzərinə! “Strateji məhsul” ifadəsi üzərində xüsusi dayanmağa
dəyər. Müəllim əvvəlcə şagirdlərə kontekstdən çıxış edərək bu ifa -
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin mövzusunu, məzmununu və
ideyasını müəyyən etmək üçün əsas
məqamları müəyyən edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta nış
olmadığı sözlərin mənasını şərh edir. 
Öyrəndiyi yeni sözləri nitqində mə na sı -
na uyğun istifadə edir (cümlələr qurur).
2.1.2. Sözləri həqiqi və məcazi mə na -
da işlənməsinə görə fərqləndirir.  
Frazeoloji birləşmədəki məcazi mənalı
sözləri müəyyən edir.  
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir. Şəkil üzrə təsviri xarakterli yazı yazır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Şərt şəklində olan feilləri müəyyən edir.
128
IV BÖLMƏ
128
IV BÖLMƏ
128
IV BÖLMƏ
  Çap üçün deyil


də ni izah etməyi tapşırır. Sonda fikirlər ümumiləşdirilir: Ölkənin hə -
yatı və gələcəyi üçün vacib olan xüsusi əhəmiyyətli məhsul: taxıl,
neft, pambıq və s.
Oxunmuş hissə araşdırılır. Şagirdlər sualları cavablandırırlar. Oxu mərhə -
ləsinin əvvəlindəki proqnozlarını mətndəki məlumatlarla müqayisə edirlər. 
Növbəti proqnozlaşdırma sualı: Sizcə, musiqişünas öz istəyinə nail ola
bilə cəkmi? Hadisələr necə davam edəcək? Direktorun ona münasibəti necə
olacaq?
Mətnin davamı sona qədər oxunur. Bu hissə üzrə suallar:
1. Sizcə, nə üçün Məcnun Kərimov direktora musiqi alətləri haqqında geniş
məlumat verdi? (Öz işinin vurğunu olduğundan bu haqda danışmağı sevirdi və
ya xahişini bildirməmişdən qabaq bu işin vacibliyini vurğulamaq istəyirdi.)
2. Direktorun əsəbiləşməyinə nə səbəb oldu?
3. Direktor musiqişünasa necə kömək etdi?
4. Məcnun Kərimovun işini asanlaşdıran nə oldu?
Şagirdlər mətni oxuyub bu sualları da cavablandırdıqdan sonra 5-ci tap şı rıq
üzərində iş gedir. Bu tapşırıq da istiqamətləndirilmiş oxu və mətnin ideyasını
müəyyənləşdirmək üçün vacibdir. Şagirdlər göstərilən məqamları müəyyən et -
dikdən sonra mətnin mövzusunu, məzmununu və ideyasını müəyyən edirlər:
Mövzu: Sənətkar və cəmiyyət 
Məzmun: Qədim musiqi alətlərinin bərpası ilə məşğul olan sənətkarın başı -
na gələn maraqlı əhvalat.
İdeya: 1. Әsl sənətkar öz işinin vurğunu, fədaisi olur. 2. Cəmiyyət sənət kar -
 lara qarşı həssas olmalı, bacardığı qayğını əsirgəməməlidir.
6-cı tapşırıq mətndən çıxarılmış mühakimə xarakterli hissə üzərində qu-
rulub. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər əvvəlcə oxunmuş mətni
tərkib hissələri üzrə araşdırmalıdırlar.
Müəllimin nəzərinə! Mətn bütövlükdə nəqli xarakterli mətndir. Ancaq so-
nunda mühakimə xarakterli mətnin ünsürləri özünü göstərir. İlk üç
abzas mətnin giriş hissəsidir, sonra əsas hissə başlanır, “Beləliklə,
bu problem də həll olundu” cümləsi ilə nəqli xarakterli mətnin son lu -
ğu verilir. Mətndən çıxarılmış hissə mühakimə xarakterli oldu ğun dan
birinci cümlə təsdiq (izah) ediləsi fərziyyə şəklindədir. Daha sonra
arqumentlər göstərilir və nəticə çıxarılır.
Mühakimə xarakterli hissənin mətndəki yeri müəyyən olunur. 
Söz ehtiyatı
(St. 2.1.1 və st. 2.1.2) 
3-4-cü tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırıqda
verilmiş sözlərlə cümlə qurmaq tapşırılır. 4-cü tapşırıqda verilmiş frazeoloji
ifadənin mənası araşdırılır və şagirdlər həmin ifadəni cümlələrdə işlədirlər.
Daha sonra şagirdlərdən bu ifadənin etimologiyası ilə bağlı fikirlərini soruşmaq
olar. Müxtəlif fikirlər səslənə bilər. Məsələn: Çox güman ki, müəyyən bir varlığı
129
İNCƏSƏNƏT
129
İNCƏSƏNƏT
129
İNCƏSƏNƏT
  Çap üçün deyil


yazıda təsvir etmək, onun haqqında yazılı təqdimat hazırlamaq üçün bu
ifadədən istifadə olunub. Lakin indi həmin ifadə ilkin (həqiqi) mənasını itirərək
“birisi haqqında fikir söyləmək” mənasında işlənir.
Yazı
(St. 3.1.1)
7-ci tapşırıq. Şagirdlər qruplara bölünürlər. Müəllim hər qrupa
bir musiqi alə t i nin şəklini verir. Qruplar müvafiq musiqi alətini təsvir edən yazı
yazmalı, lakin bu yazıda alətin adını çəkməməlidirlər. Sonda yazılar oxunur.
Digər qrup lar yazıda hansı musiqi alətinin təsvir olunduğunu tapmalıdırlar. 
Müəllim təsviri xarakterli yazının tələblərinə riayət olunmasına nəzarət edir.
Şagirdlər çalışmalıdır ki, əşyanı təsvir edərkən əvvəlcə onun ümumi, sonra
xüsusi cəhətlərini müəyyən parametrlər üzrə ardıcıl şəkildə təsvir etsinlər.
Bunun üçün şagirdlərə terminlərdən ibarət “Söz mücrüsü” təqdim oluna bilər:
Çanaq – simli musiqi alətlərində içi oyulmaqla ağacdan hazırlanan, səsi
gücləndirən hissə.
Simgir – simlərin çanağa bağlandığı hissə.
Kəllə – alətin uc hissəsi.
Xərək – simləri alətin gövdəsindən aralı saxlayan çıxıntı.
Aşıqlar – alətin kəllə hissəsində simlərin bağlandığı hissə.
Dil qaydaları
(St. 4.1.2) 
Feilin şərt şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən və müvafiq
tapşırıqlar yerinə yetirildikdən sonra aşağıdakı əlavə tapşırıq da verilə bilər:
Nöqtələrin yerinə uyğun gələn şəkilçini artırın.
1. El bir ol..., dağ oynadar yerindən. 
2. Әgər dəvət ediblər..., getmək lazımdır.
3. Hərgah mənim dediklərimi elə..., axırı yaxşı olacaq.
4. Qaytar..., ancaq o qaytaracaq.
5. Vay, ağam bil..., məni öldürəcək.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dı rılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
40-cı dərs. 
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümu mi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 134), MMV-də kiçik summativ qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 131-132) təqdim olunmuşdur.  
130
IV BÖLMƏ
130
IV BÖLMƏ
130
IV BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə