Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

4-cü tapşırıq yerinə yetirildikdən sonra əsərin ideyasını lakonik şəkildə
aforizmlə ifadə etmək tapşırılır. Məsələn: “Tənqid etmək asandır, yaratmaq
çətin”.
(St. 2.2.2)
Әsəri tərkib hissələrinə bölmək tapşırılır. Giriş və sonluq his sə -
lərin əsərin kompozisiyasındakı rolu müəyyənləşdirilir. Әsas hissə də öz növ -
bə sində kiçik başlıqlara bölünür.
Söz ehtiyatı
(St. 2.1.1)
3-cü tapşırıqda verilmiş sözlər əvvəlcə kontekstə görə, sonra
lü ğət vasitəsilə izah olunur və izahlar müqayisə edilir.
Danışma
(St. 1.2.4) 
5-ci tapşırıq müzakirə və ya debat şəklində qoyula bilər. 
Müzakirənin mövzusu: “Tənqid və tənqidə münasibət”
Debatın tezisləri:
I qrup: Başqasının yaratdığını tənqid etmək hər bir insanın haqqıdır.
II qrup: Әgər başqası kimi yarada bilmirsənsə, onun yaratdığını tənqid
etməyə haqqın yoxdur.
Müəllim hər iki halda şagirdləri yönəldici suallarla fəal olmağa istiqa mət -
ləndirir:
– Əgər ədəbi tənqidçi şeir yaza bilmirsə, onun başqasının şeirini tənqid
etməyə haqqı yoxdurmu?
– Əgər bəstəkar müğənni kimi oxuya bilmirsə, onun ifasını tənqid etməyə
haqqı yoxdurmu? və s.
Dil qaydaları
(St. 4.1.2)
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şagirdlər fərqləndirilmiş sözlərə -malı
2
şəkilçisi artırır və kontekstdən
çıxış edərək bunu həmin feillə ifadə olunan hərəkətin vacibliyi ilə əsaslan dı rır -
lar. Dil qaydaları üzrə biliklər mənimsədildikdən sonra 7-8-ci tapşırıqlar yerinə
yetirilir.
Müəllimin nəzərinə! Әgər sinfin səviyyəsi imkan verirsə, 7-ci tapşırıqda
əks olunmuş Hammurapinin qanunları ilə bağlı araşdırma tapşırığı
vermək olar: “Bu qanunları müasir Azərbaycan qanunvericiliyi ilə mü -
qa yisə edin. Eyni cinayətlərə görə Azərbaycan qanunvericiliyində
han sı cəzalar nəzərdə tutulur?” 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
125
İNCƏSƏNƏT
125
İNCƏSƏNƏT
125
İNCƏSƏNƏT
  Çap üçün deyil


38-ci dərs. ŞEYX SӘFİ MӘQBӘRӘSİ NECӘ TALAN OLUNDU (3
saat) 
Motivasiya
“Mədəni abidə” dedikdə nə başa düşürsünüz? Nə üçün bu abidələri qoru -
maq millət üçün vacibdir?
Oxu
(St. 2.2.1 və st. 2.2.2)
Bu mətnin qavranılması üçün Ziqzaq, Proqnozlaş -
dır ma, Sual müsabiqəsi üsullarının elementlərindən istifadə edilir. Mətn
məlumatla zəngin olduğundan bu üsulların sintezi məqsədəuyğun hesab
edilir. 
Ziqzaq. Şagirdlər 3 qrupa bölünürlər və hər qrup mətnin bir hissəsini oxu -
yur. Mətnin hər bir hissəsinə aid məlumatlar ümumiləşdirilir:
I qrup – mətnin 1-ci hissəsi.
II qrup – mətnin 2-ci hissəsi.
III qrup – mətnin sonuncu hissəsi.
Proqnozlaşdırma. Qruplar öz hissələrini təqdim edirlər. I qrup eyni zaman da
mətndaxili sualları da cavablandırmalıdır. Bu qrup mətnin adından çıxış edə -
rək Şeyx Səfi məqbərəsində hansı maddi-mədəni abidələrin olduğunu müəy -
 yən etməli, onların necə talan olunacağı haqqında proqnozlar verməlidirlər.
Sual müsabiqəsi. Təqdimatlardan sonra şagirdlər oxuduqları hissələr üzrə
suallar tərtib edib bir-birinə ünvanlayırlar. Beləliklə, mətn bütün şagirdlər tə -
rə   findən tam qavranılmış olur.
Sonda müəllim ümumiləşdirməyə və nəticə çıxarmağa yönəlmiş suallar
verə bilər:
1. Şah İsmayılın kitabxana üçün ayrıca bina tikdirməyi onun hansı xüsusiy -
yətindən xəbər verir?
2. Sizcə, nə üçün Şah İsmayıl gələn qonaqları bu kitabxanada qəbul edirdi?
3. Yerli ruhanilərin mədəni abidələri “satmalarına” necə baxırsınız? Fikir -
lərinizi əsaslandırın.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətndəki hadisələrin davamını proq -
noz laşdırarkən müvafiq hissədəki mü -
hüm məqamlardan çıxış edir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
Mətndəki məlumatları ümumiləşdirərək
mühakimə xarakterli mətnə sonluq
yazır.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Lazım şəklində olan feilləri müəyyən
edir.
126
IV BÖLMƏ
126
IV BÖLMƏ
126
IV BÖLMƏ
  Çap üçün deyil


4. Xarici ölkələrin bu cür abidələrə maraq göstərmələrinin səbəbini nə ilə
izah edərdiniz?
Yazı
(St. 3.1.1)
4-cü tapşırıq yerinə yetirilərkən mətnin tipi üzərində iş aparılır.
Mətn qarışıq tipli olsa da, bütövlükdə mühakimə xarakterli mətndir. Mətnin
sonluğu ümumiləşdirici forma daşımalıdır. Bu hissədə mətnin əsas ideyası öz
əksini tapmalıdır: 
Hər bir xalq öz maddi-mədəni sərvətini qorumağa çalışmalıdır. Təəssüf ki,
zaman-zaman Azərbaycana gələn yadellilər xalqın mədəni sərvətinin bir his -
sə sini ələ keçirmişlər. Bu gün həmin abidələri biz yalnız xarici ölkə mu zey lə -
rində seyr edə bilirik.
Dil qaydaları
(St. 4.1.2) 
Feilin lazım şəkli ilə bağlı dil qaydaları mənimsədildikdən və mü -
 vafiq tapşırıqlar yerinə yetirildikdən sonra feilin lazım şəklini feili sifətdən
fərqləndirmək üçün müəyyən tapşırıqlar verilə bilər. Şagirdlər feili sifətlə tanış
ol madıqları üçün onlara cümlələrdə feilin lazım şəklinə formaca oxşayan, lakin
cüm lədə xəbər rolunda çıxış etməyən sözlərə fikir vermək tapşırılır.
Әlavə tapşırıq:
I. Altından xətt çəkilmiş sözləri müqayisə edin. Lazım şəklində olan feilləri
göstərin.
1. Görüləsi işlərim çoxdur. Bu işlər bu gün görüləsidir.
2. Müzakirə ediləsi məsələlər çox idi. Sabahkı iclasda bir çox məsələlər
müzakirə ediləsidir.
3. Danışılası çox söz var.  Bunların hamısı danışılasıdır.
II. Verilmiş cümlələri elə dəyişin ki, altından xətt çəkilmiş sözlər feilin lazım
şəklinə çevrilsin.
1. İnanılası iş deyil.
2. Gediləsi yerlərim çoxdur.
3. Yazılası məktublar yığılıb qalmışdı.
4. Deyiləsi sözlərim çoxdur.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
127
İNCƏSƏNƏT
127
İNCƏSƏNƏT
127
İNCƏSƏNƏT
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə