Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   57

4. Döyüşdə yunanlar qalib gəlir və yunan döyüşçüsü Fidippid bu xəbəri
Afinaya çatdırmaq üçün 40 km məsafəni dayanmadan qaçır.
5. 1896-cı ildə Marafon qaçışı Olimpiya idman növü kimi qəbul edildi.
6. Marafon qaçışının məsafəsi ilə bağlı vahid standart 1921-ci ildə
Beynəlxalq Yüngül Atletika Federasiyası tərəfindən təyin edilmişdir.
7. Standartın təyin edilməsi qaçışın Londonda keçirilməsi ilə bağlı idi.
Yeddiliklər təqdim edildikdən sonra ümumi müzakirə və istisnalar yolu ilə
ən düzgün (mühüm) yeddilik tərtib edilir.
2-ci tapşırıq şagirdlərdə mətndəki məlumatları ümumiləşdirərək nəticə
çıxarmaq bacarığını inkişaf etdirir.
Fənlərarası inteqrasiya. 3-cü tapşırıq şagirdlərin diqqətli oxu, sillogizm
qurmaq bacarıqlarını yoxlamaqla yanaşı, həm riyaziyyat, həm də tarix fənni ilə
inteqrasiya yaradır. Bu tapşırığa cavab vermək üçün şagird tarixdə il hesa bı nı
bilməlidir. O bilməlidir ki, Marafon döyüşü Miladdan öncə 490-cı ildə baş
verdiyi üçün 1896-dan 490-ı çıxmaq yox, bu ədədləri toplamaq lazımdır.
Cavab: 2386.
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 1-ci tapşırıqda verilmiş sözlərin izahını müəyyənləşdir -
dikdən sonra onları cümlələrdə işlədərək mənalarını tam anladıqlarını
nümayiş etdirirlər.
Yazı
(St. 3.1.2)
Şagirdlərə təklif olunur ki, tərtib etdikləri yeddiliyə bir daha nəzər
salsınlar. Hansı məlumatlar haqqında daha çox biliyə malik olduqlarını müəy -
yən ləşdirsinlər, biliklərindən istifadə etməklə həmin məlumatları geniş lən dir -
sinlər. Bu, mətndə əks olunmuş məlumat olmamalıdır. Məsələn, ola bilsin ki,
on  lar Marafon döyüşü və ya Olimpiya oyunları haqqında əlavə biliyə ma lik dirlər. 
Şagirdlər bildikləri məlumatlar haqqında kiçik mətn(lər) yazmalı və onun
dərslikdəki mətndə yerini müəyyənləşdirməlidirlər.
Dil qaydaları
(St. 4.1.1)
4-cü tapşırıq motivasiya xarakteri daşıyır. Xəbərin cümlədə həm
hərəkət, həm də hökm xarakteri daşıması şagirdlərin diqqətinə nümunələrlə
çat dırılır. 5-7-ci tapşırıqlar yerinə yetirilir. Әlavə olaraq şagirdlərə ismi və feili
xə bərli cümlələr qurmaq və ya bədii ədəbiyyatdan nümunələr seçmək tapşırıla
bilər.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
165
FƏRD VƏ CƏMİYYƏT
165
QƏDİM DÜNYA
165
QƏDİM DÜNYA
165
QƏDİM DÜNYA
165
QƏDİM DÜNYA
  Çap üçün deyil


54-cü dərs. AFİNA VӘ ARAXNA (2 saat) 
Motivasiya
BİBÖ cədvəli çəkilir:
V sinifdə verilmiş “Axillesin dabanı” mətnində yunan ilahları haqqında da -
nı şılır. Bundan əlavə, müvafiq yaşlı uşaqlar, adətən, “Heraklın on iki qoçaqlığı”,
“Ar qonavtlar”, “Prometey” kimi əsatirlərlə tanış olurlar.
Oxu
(St. 2.2.1)
Bu mətnlə iş zamanı Öyrənirəm – öyrədirəm üsulundan
istifadə olu nur. Şagirdlər qruplara bölünürlər. Mətn əvvəlcə bütövlükdə səssiz
oxu ilə oxunur. Sonra mətn hissələrə bölünüb qruplara paylanır. Təqdim olu-
nan bölgü:
I hissə – mətndaxili suala qədər.
II hissə – “Mən buradayam, Araxna” cümləsi daxil olmaqla.
III hissə – “... zeytun yarpaqlarından hörülmüş çələnglə çərçivəyə saldı”
cümləsi daxil olmaqla.
IV hissə – mətnin sonuna qədər.
Qruplar hər hissə üzrə öz suallarını təqdim edirlər. I hissə üzrə işləyən qrup
əvvəlcə mətndaxili sualı cavablandırmalıdır. Bu hissədə üç ən vacib məlumat
aşağıdakılar ola bilər:
1. Afina şəhəri yunan ilahəsi Afinanın şərəfinə adlandırılıb.
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm mə qamları
vurğulayır.
Mətndəki əsas fikirləri müəyyənləş dir -
mək məqsədi ilə suallar tərtib edir.
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir.
Әsərdəki obrazın xarakterinə müna 
-
sibət bildirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Öyrəndiyi yeni sözləri nitqində məna -
sına uyğun istifadə edir (cümlələr
qurur).
3.1.3. Mətnin hissələrini, abzaslarını
əlaqələndirir. 
Әldə etdiyi məlumatları abzaslar üzrə
məntiqi ardıcıllıqla qruplaşdırır.
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
Feili xəbərin ifadə vasitələrini müəyyən
edir.
Yunan ilahları haqqında 
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
166
VI BÖLMƏ
166
VI BÖLMƏ
166
VI BÖLMƏ
166
VI BÖLMƏ
166
VI BÖLMƏ
  Çap üçün deyil


2. Yunan mifologiyasına görə, Poseydon dəniz ilahı olub.
3. Yunanlarda akropol şəhərin ən uca yerinə deyilir.
Beləliklə, 1-ci hissə üzrə işləyən şagirdlər bu məlumatları sual şəklində
təq dim edə bilərlər.
(St. 2.2.3)
Qruplar öz suallarını təqdim etdikdən və bu suallar cavablandırıl -
dıqdan sonra 3-4-cü tapşırıqlar yerinə yetirilir. Şagirdlər Afina və Araxna ob -
raz larına münasibət bildirməklə əsərdəki əsas fikri ifadə edirlər: İnsan
tə   kəb    bürlü olmamalıdır. Çünki təkəbbürün sonu cəzadır.
Mətnin tipi üzərində iş aparılır. Hadisələrin başlanğıcı, inkişafı, düyünün
vu rulması, konfliktin ən yüksək nöqtəsi, düyünün açılması və sonluq müəyyən
edilir.
Söz ehtiyatı
(St. 2.1.1)
Şagirdlər 2-ci tapşırıqda verilmiş sözlərin izahını kontekstdən
çıxış edərək izah etdikdən sonra bu izahı lüğətin köməyi ilə dəqiqləşdirirlər.
“Təkəbbür” sözü üzərində xüsusi dayanmağa dəyər. Bu sözün “lovğa” sözün -
dən məna fərqini müəyyənləşdirmək lazımdır. 
Yazı
(St. 3.1.3)
5-ci tapşırığın yerinə yetirilməsi üçün şagirdlər qruplara bölü -
nür lər və hər qrupa üç yunan ilahı haqqında araşdırma aparmaq tapşırılır:
I qrup: Zevs, Poseydon, Hefest
II qrup: Hera, Afrodita, Afina
III qrup: Ares, Hermes, Apollon
IV qrup: Dionis, Aid, Artemida
Bu tapşırıq şagirdlərin yazı bacarığı ilə yanaşı, dünyagörüşünün və in-
tellektinin inkişafına xidmət edir. Qədim yunan mifologiyası və bu mifo lo gi -
yadan qaynaqlanan Homerin “İliada” və “Odisseya” əsərləri dünya ədə   biy yatının
inciləri sayılır. Bu ilahlar haqqında məlumat almadan antik ədəbiyyatı mə nim -
səmək mümkün deyil.
Təqdimatlar qısa olmalıdır. Bununla yanaşı, hər ilahla bağlı mifologiyadan
bir epizod verilməsi təqdir olunmalıdır.
Dil qaydaları
(St. 4.1.1)
6-cı tapşırıq motivasiya xarakteri daşıyır. Keçən dərs şagirdlərə
xəbər və onun həm hərəkət, həm də hökm bildirməsi haqqında məlumat
verilmişdi. Bu dərsdə feili xəbər haqqında məlumat dərinləşdirilir. Feili xəbərin
feilin şəkilləri ilə ifadə olunduğu şagirdlərin diqqətinə çatdırılır. Bu məqsədlə
7-9-cu tapşırıqlar yerinə yetirilir.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
167
FƏRD VƏ CƏMİYYƏT
167
QƏDİM DÜNYA
167
QƏDİM DÜNYA
167
QƏDİM DÜNYA
167
QƏDİM DÜNYA
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə