Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

75
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
Əvvəldə qeyd etdiyimiz kimi qanunvericilikdə ixrac üçün mənşə və keyfi yyət sertifi katı göstərilsə 
də, ancaq bunların əldə edilməsi üçün digər sertifi katların da təqdim edilməsi lazımdır. Ümumilikdə 
yuxarıda qeyd edilən sertifi katların alınması ardıcıllığı aşağıdakı kimidir: 
Bu təlimatın “Gömrük və gömrük yük bəyannaməsi” bölümündə məlumat verildiyi kimi keyfi yyət 
sertifi katı yalnız Avropa Birliyinə ixrac üçün tələb olunur. Digər sertifi katlar isə digər ölkələr mal ixracı 
zamanı malı müşayiət edən sənədlərin siyahısına daxil edilməlidir. Sertifi katları verən orqanların 
adları haqqında isə həmin bölmədə məlumat verildiyindən burada təkrara yol vermirik. Adı çəkilən 
sertifi katların alınması proseduru haqqında ayrılıqda qısa məlumat verək.
Fitosanitar sertifi katın alınması proseduru
Fitosanitar sertifi kat bitki, meyvə, tərəvəz və onlardan hazırlanan mal partiyasına və ya yükə verilir. 
İxracatçı sertifi kat almaq üçün Fitosanitar Nəzarət üzrə Dövlət Xidmətinə müraciət etməli və aşağıdakı 
tələb olunan sənədləri təqdim etməlidir: 
 
✓ dövlət qeydiyyatı haqqında sənəd
 
✓ Dövlət Rüsumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən  1 nəqliyyat vasitəsinə 
görə nəzərdə tutulan 1 manat rüsumunun ödənilməsinə dair qəbz
 
✓ bitki və bitkiçilik məhsullarının təsviri sənədi
Sənədlər təqdim edildikdən sonra məhsula fi tosanitar karantin baxışı aparılır. İxrac olunan yüklərə 
ətrafl ı fi tosanitar karantin baxışı ilk yüklənmə yerində, hava, dəniz və çay limanlarında, dəmiryol 
stansiyalarında və digər təkrar yüklənmə məntəqələrində (ixrac partiyasının formalaşması zamanı) 
həyata keçirilir. Mallarda hər hansı uyğunsuzluq aşkarlanmadıqda daxili  karantin sertifi katı verilir. 
Daxili karantin sertifi katı 2 nüsxədə hazırlanır, biri mal sahibinə verilir, digəri yerli Karantin Xidmətində 
qalır. Daxili karantin sertifi katının verilməsi barədə Dövlət Xidmətinin yerli qurumu tərəfi ndən dərhal 
məhsulun respublikadan ixrac olunduğu sərhəd fi tosanitar nəzarəti məntəqəsinə bildiriş göndərilir. 
Mal sərhəd karantin xidmətinə gətirilərkən xidmət tərəfi ndən mala vizual karantin baxışı keçirilir və 
uyğunsuzluq olmadıqda xidmət tərəfi ndən 2 nüsxədə hər nəqliyyat vahidinə sertifi kat (Əlavə 3-1) 
verilir. Onun bir nüsxəsi ərizəçiyə (yük sahibinə) verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin sərhəd 
fi tosanitar nəzarəti məntəqəsində saxlanılır.
Firosanitar sertifi kat (bitki və bitki 
mənşəli məhsul olduqda)
Baytarlıq sertifi katı (heyvan və heyvan 
mənşəli məhsul olduqda
Gigiyenik sertifi kat
Uyğunluq sertifi katı
Mənşə sertifi katı
Keyfi yyət sertifi katı


76
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
İxrac olunan yüklər sərhəddə fitosanitar nəzarəti məntəqəsində boşaldılmadan birbaşa xarici dövlətlərə 
göndərilərkən, bitki və bitkiçilik məhsulları mal partiyası formalaşdığı və göndərildiyi yerlərdə 
qablaşdırılır, plomblanır və nəqliyyat vasitələrinə yüklənir. Həmin yükə Dövlət Xidmətinin yerli 
qurumları tərəfindən 3 nüsxədə fitosanitar sertifikatı hazırlanır və onun bir nüsxəsi həmin qurumda 
saxlanılır, iki nüsxəsi isə ərizəçiyə verilir. Ərizəçi yükü sərhədə çatdırdıqda, fitosanitar sertifikatının 
bir nüsxəsini Dövlət Xidmətinin fitosanitar nəzarəti məntəqəsinə verməlidir və yük açılmadan, 
bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada 
üzərində, gömrük tələblərinə riayət etməklə, vizual fitosanitar karantin baxışı həyata keçirilərək yola 
salınmalıdır.
Tranzit olunan bitki və bitkiçilik məhsulları Azərbaycan Respublikasının ərazisində dövriyyədə 
olduqda, hissələrə bölündükdə, digər yüklərə birləşdirildikdə və ya yenidən qablaşdırıldıqda Dövlət 
Xidməti tərəfindən gömrük tələblərinə riayət edilməklə müəyyən olunmuş qaydada fitosanitar karantin 
baxışı aparılır, lazım gəldikdə müvafiq fitosanitar tədbirləri həyata keçirilir və təkrar ixracat fitosanitar 
sertifikatı verilir. Təkrar ixracat fitosanitar sertifikatı 2 nüsxədən ibarət hazırlanır, bir nüsxəsi yük 
sahibinə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinin müvafiq qurumunda saxlanılır.
Baytarlıq sertifikatının alınması proseduru
Baytarlıq şəhadətnaməsi heyvanlara, kəsilmiş ətlərə və heyvan mənşəli  məhsullara verilir. Şəhadətnaməni 
əldə etmək üçün Dövlət Baytarlıq Xidmətinə aşağıdakı sənədlər təqdim olunmalıdır: 
 
✓ Ərizə
 
✓ məhsul barədə məlumat
 
✓ məhsulun adı və miqdarı (hər növ üzrə)
 
✓ məhsulun mənşəyi barədə məlumat
 
✓ məhsulun yekun təyinatı və istifadə yeri
Tələb olunan sənədlər verildikdən və Dövlət Rüsumu haqqında Qanunda nəzərdə tutulan 5 manat 
dövlət rüsumun ödədikdən sonra xidmət məhsulu baytarlıq müayinəsindən keçirir. Uyğunsuzluq aşkar 
olduqda imtina edilir, aşkar edilmədikdə isə həmin gün şəhadətnamə (Əlavə 3-2) verilir. İdxal olunan 
məhsullara verilən baytarlıq sertifikatı məhsul müayinədən keçirilərək baytarlıq şəhadətnaməsi ilə əvəz 
edilir. Su, hava və dəmiryol nəqliyyatı ilə daşınan məhsullara şəhadətnamə 2 nüsxədə verilir, biri yükü 
müşayiət edənə, biri isə yük sahibinə verilir. Baytarlıq şəhadətnaməsi hər yükə və ya mal partiyasına 
verilir. Baytarlıq şəhadətnaməsi məhsulu müşayiət edən sənədlərə daxil edilir və məhsulun üzərində 
qeyd edilmir. 
Gigiyenik sertifikatı alınması proseduru
Gigiyenik sertifikat bütün məhsullara onların sanitar tələblərə uyğunluğun təmin etmək üçün verilir. 
Bunun üçün Sanitariya və Epidemioloji Nəzarət Mərkəzinə müraciət edilməli, Dövlət Rüsumu 
haqqında Qanunda nəzərdə tutulan 15 manat dövlət rüsumu ödənilməli və aşağıdakı sənədlər təqdim 
olunmalıdır: 
 
✓ sanitar-epidemioloji xidmətin mütəxəssisləri tərəfindən götürülmüş məhsulun nümunəsini
 
✓ istehsal olunan yeyinti məhsulları üçün əlavə olaraq istehsalçı müəssisənin sanitariya norma və 
qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının müayinə 
aktını
Sonra məhsul laboratoriyada gigiyenik qiymətləndirmədən (bioloji, kimyəvi, toksikoloji və digər 
göstəricilər üzrə) keçirilir. Məhsul ekspertizadan keçirildikdən sonra müsbət rəy verilir və gigiyenik 


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə