Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   22   23   24   25   26   27   28   29   ...   62

77
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
qeydiyyata alınaraq reyestrdən keçirilir. Bundan sonra məhsula 10 iş günü ərzində gigiyenik sertifikat 
verilir. Gigiyenik sertifikat yerli məhsullara 1 il müddətinə, idxal olunan məhsullara isə 6 ay müddətinə 
verilir. 
Uyğunluq sertifikatının alınması proseduru
Uyğunluq sertifikatı məhsulun müvafiq standartın tələblərinə uyğunluğun təsdiq etmək üçün 
qanunvericilikdə göstərilmiş əksər məhsullara verilir. O məhsullara uyğunluq sertifikatı verilir ki
həmin məhsullar Nazirlər Kabinetinin 343 saylı qərarında əks olunmuş məcburi sertifikatlaşdırılmalı 
məhsulların siyahısında (Əlavə 3-3) qeyd edilmişdir. Deməli siyahıda olmayan məhsulların məcburi 
sertifikatlaşdırılması aparılmır. 
Sertifikatın verilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi 
sertifikatlaşdırma idarələrinə müraciət etmək lazımdır. Müraciət zamanı aşağıdakılar təqdim olunur:
 
A)       
seriya şəklində istehsal olunan məhsullar üçün:
 
✓ normativ sənədlər (zərurət olduqda)
 
✓ keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda)
 
✓ istehsalçının apardığı sınaqların protokolları
 
✓ gigiyenik sertifikatın surəti
 
✓ heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti
 
✓ emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti
 
✓ qanunvericilikdə nəzərdə tutulduğu halda xüsusi razılığın surəti
B)      
partiya şəklində istehsal olunan məhsullar üçün: 
 
✓ müqavilənin (kontraktın) surəti;
 
✓ sınaq protokolları (olduqda)
 
✓ gigiyenik sertifikatın surəti
 
✓ istehsalçının məhsula verdiyi keyfiyyət sertifikatının surəti (olduqda)
 
✓ heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti
 
✓ emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti
Sənədlər qəbul edildikdən və təsərrüfat hesablı "Aztest" dövlət müəssisəsi ilə kommersiya sövdələşməsi 
əsasında müəyyənləşdirilmiş xidmət haqqı  ödənildikdən sonra seçilmiş sertifikatlaşdırma sxeminə 
uyğun olaraq sertifikatlaşdırma prosesinə başlanılır. Sertifikatlaşdırma prosesi aşağıdakı kimi olur: 
 
✓ təqdim edilmiş sənədlərin təhlili
 
✓ sertifikatlaşdırma sxeminin seçilməsi, məhsulun sınaqlarının aparılacağı akkreditə edilmiş 
laboratoriyanın (mərkəzin) seçilməsi
 
✓ sifariş üzrə qərarın qəbul edilməsi
 
✓ məhsuldan nümunə seçilməsi və məhsulun eyniləşdirilməsi
 
✓ məhsul nümunələrinin sınaqları
 
✓ sınaqların nəticələrinə görə uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina 
barədə qərarın qəbul edilməsi
İstehsalçı məhsulu özü sınaqdan keçirmədikdə sertifikatlaşdırma orqanı məhsulun akkreditləşdirilmiş 
sınaq laboratoriyasında sınaqdan keçirir. Nəticələr əsasında məhsulun sınaq nəticələri haqqında 
protokol hazırlanır. Seçilmiş sertifikatlaşdırma sxemində göstərildiyi halda sonra istehsalatın nəzərdən 
keçirilməsi və vəziyyətinin qiymətləndirilməsi aparılır. Təqdim olunmuş sənədlər, məhsulun sınağının 


78
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Qablaşdırma və sertifikatlaşdırma
nəticələri, istehsalatın təhlilin nəticələri əsasında sertifikatlaşdırma üzrə orqan qərar qəbul edir. Qərar 
qəbul edildikdə məhsulun uyğunluq sertifikatı və AZS uyğunluq nişanı haqqında lisenziya verilir. 
Sertifikatın qüvvədə qalma müddəti seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq 1 və ya iki il 
müəyyən edilir. Bundan sonra məhsulun üzərinə AZS uyğunluq nişanı və müvafiq standart vurula bilər.
Mənşə sertifikatının alınması proseduru 
Malın mənşə ölkəsi – malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu 
və ya müəyyən meyarlar əsasında kifayət qədər emal/ təkrar emala məruz qaldığı ölkə başa düşülür. 
Malın mənşə sertifikatı Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan 
mallar üzərində tarif və qeyri-tarif tədbirlərinin, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər 
tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Həmçinin, mənşə sertifikatı 
ölkədə istehsal olunan və ya kifayət qədər təkrar emala məruz qalan məhsulların Azərbaycana məxsus 
olduğunu, eləcədə mənşəyi dəyişməyən ölkəyə gətirilən malların ilkin mənşə ölkəsinə məxsus olduğunu 
təsdiq etmək üçün verilir. Mənşə sertiufikatının alınması malların ixracı zamanı  idxalçı ölkədə güzəştli 
şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə imkan verir.       
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərə malların ixracı zamanı “CT-1”  formalı, Ümumi 
Üstünlüklər Sisteminə (GSP+) daxil olan inkişaf etmiş ölkələrə malların ixracı zamanı “A” formalı, MDB 
və Ümumi Üstünlüklər Sisteminə (GSP+) daxil olmayan ölkələrə malların ixracı zamanı “Ümumi” 
formalı mənşə sertifikatları verilir.
“Malın mənşə ölkəsinin təyin edilməsi Qaydaları” İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının müvafiq 
qərarı ilə  təsdiq edilmişdir.
     
Mənşə sertifikatı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının 
Müdafiəsi Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında verilir. Sifarişçinin 
mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu 
tarixdən etibarən 3 (üç) gündən gec olmayaraq baxılır və müvafiq qərar qəbul olunur. Malın mənşə 
ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının 
Ekspertizası Mərkəzi” MMC tərəfindən aparılır.    
Ərizəyə baxılıb müsbət cavab verildikdə Xidmətlə müqavilə bağlanılır, tələb olunan digər sənədlər 
təqdim olunur və Dövlət Rüsumu haqqında Qanunda nəzərdə tutulan 20 manat ödəniş edilir. Eyni 
zamanda ixrac məqsədli məhsullar üçün mənşə sertifikatı alarkən onların ekspertizası aparılmalı və 
bunu üçün Tarif Şurasının 2011-ci il 9 saylı Qərarında müəyyən edilən müvafiq xidmətə görə nəzərdə 
tutulan tarif (Əlavə 3-4 ) ödənilməlidir.
Mərkəzin eksperti tərəfindən təqdim olunmuş sənədlərin tamlığı və düzgünlüyü müəyyən olunduqdan 
sonra , malın mənşə ölkəsinin təyin edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. 
Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji 
prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və 
şəraitin olub-olmadığı araşdırılır, daha sonra ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri 
göstərilir.
Ekspertizanın nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən sifarişçinin ərizəsinə dair müvafiq qərar 
qəbul edilir.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə