77
- müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal
istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa
dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;
- müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac
edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;
- gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur
sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.
Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq
müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri
nəzərə alınmalıdır.
Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar
ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük
orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun
məqsədi üçün kifayət qədər olmalıdır.
Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti
idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil
edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və
daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.
Şəxs göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun
məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin
müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər
uzadır.
78
Nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük
proseduru altında yerləşdirilməlidir.
Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və
vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında
yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük
rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.
Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və
vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi
tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin
məbləğindən artıq olmamalıdır.
Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və
ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Son istifadə xüsusi gömrük proseduru (195).
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun
məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst
dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük
nəzarəti aşağıdakı hallarda başa çatır:
- mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün
qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;
- mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina
olunduqda;
79
-. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri
üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;
- mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri
tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan
və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.
Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını
Nazirlər kabineti müəyyən edir.
7. EMAL
Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən
əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.
Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi
və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.
Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi.
Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər
tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:
- idxal gömrük rüsumları;
- malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və
aksizlər;
- ticarət siyasəti tədbirləri.
Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan
yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə
80
baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə
eyniləşdirmək mümkün olsun.
Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirilə bilər:
- sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə
uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan
mallar;
- bu malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış
və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qalmalı olan
mallar.
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini
müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır.
Bu müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa
çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.
Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu müddətin uzadılması barədə qərar
qəbul edir. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün
gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri
göstərilməlidir.
Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş
Dostları ilə paylaş: |