63
- daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin
130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.
Xarici mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac
rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək
üçün təkrar ixrac bildirişi verirlər.
Bu şərtlər aşağıdakı mallara tətbiq edilmir:
- gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilərək keçirilən mallara;
- sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş,
yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;
- müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
Təcrübədə malların təkrar ixracı ömrük prosedurunun iki tipindən istifadə edilir:
- bəyan edilmiş təkrar ixrac;
- faktiki təkrar ixrac.
Bəyan edilmiş təkrar ixracda mallar ilk dəfə Az-nın gömrük ərazisinə gətirilərkən,
gömrük orqanlarına bilavasitə və yalnız təkrar ixrac üçün gətirildiyi bəyan edilir. Bu halda
idxal rusum və vergiləri tutulmur, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
Faktiki təkrar ixrac tipində Az-nın gömrük ərazisinə gətirilən malların təkrar ixrac
üçün gətirilmiş olması bəyan edilmir. Onlar əvvəlcə digər gömrük prosedurları altında
yerləşdirilə bilər, bir şərtlə ki, onlar xarici mallar olaraq qalırlar. Malların milli gömrük
ərazisinə bu cür gətirilməsi zamanı gömrük rusum və vergiləri ödənilmişsə, bu məbləğlər
təkrar ixrac zamanı aşağıdakı şərtlər daxilində geri qaytarılır:
- təkrar ixrac olunan mallar, təbii aşınma və normal şəraitdə daşınma zamanı ola
biləcək təbii itkilər nəzərə alınmaqla, gətirilmə anındakı halda olmalıdır;
- təkrar ixrac gətirilmə anından keçən iki il müdətində həyata keçirilməlidir;
- təkrar ixrac edilən mallar qazanc məqsədi ilə istifadə edilməmiş olmalıdır.
64
Adətən, təkrar ixraca icazə gömrük ödənclərinin, mal və nəqliyyat vasitələrinin girov
qoyulması, bank və digər kredit təşkilatlarının zəmanəti, tələb olunan məbləğin depozitə
qoyulması yolu ilə ödənilməsinin təmin edilməsi şərti ilə verilir.
Az-nın gömrük ərazisinə gətirilən, gömrük rəsmiləşdirilməsi zamanı təkrar ixrac
məqsədləri üçün gətirildiyi bəyan edilən malların təkrar ixrac gömrük proseduru altında
yerləşdirilməsinə aşağıdakı tələblərə riayət edilməsi şərti ilə icazə verilə bilər:
-malların bilavasitə və yalnız təkrar ixrac məqsədi ilə gətirildiyini təsdiq edən
müqavilələrin gömrük orqanına təqdim edilməsi (iki xarici ticarət kontraktı- idxal və ixrac
üçün);
- maraqlı şəxsin malların gömrük ərazisindən çıxarılacağı barədə öhdəliyi;
- təkrar ixrac məqsədi ilə malları gətirən təşkilatın həmin malların müəyyən edilən
müddətdə çıxarılacağı, malların Az-nın gömrük ərazisində qalacağı təqdirdə tələb edilən
rüsum və vergilərin ödəniləcəyi barədə zamənət məktubunun gömrük orqanına təqdim
edilməsi(zəmanət öhdəliyi forması əlavə edilir).
Təkrar ixrac məqsədi ilə gətirilməsi bəyan edilmiş mallar, onların təcili aparılması
mümkün olmayan hallarda – yalnız gömrük anbarlarında və gömrük anbarı prosedurunun
tələbləri yerinə yetirilməklə saxlanıla bilər. Təkrar ixrac məqsədilə gətirilmiş malların
gömrük rəsmiləşdirilməsi zamanı malı gətirən şəxs müvafiq gömrük orqanına müraciət
etməlidir. Az-can R-nın gömrük ərazisinə təkrar ixrac üçün gətirilmiş malların bu ərazinin
hüdudlarından kənara aparılması DGK tərəfindən “İcazə vərəqəsi” verildikdən sonra
rəsmiləşdirilir.
“İcazə vərəqəsi” almaq üçün DGK-nə edilmiş müraciətlə birgə aşağıdakı sənədlər
təqdim edilməlidir:
- təkrar ixrac məqsədilə gətirilmiş malların idxal yük-gömrük bəyannaməsi;
- yol-nəqliyyat sənədləri (qaimə);
- invoys;
- bağlanmış müqavilə;
- malın keyfiyyət və mənşə sertifikatları;
- malın dəyərinin qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə bank
sənədi;
- təkrar ixrac məqsədilə gətirilmiş malı rəsmiləşdirilmiş gömrük əməkdaşının
şə
xsi nöməli möhürü ilə təsdiq olunmuş yazılı rəyi;
- malların təkrar ixracına icazə verilməsi üçün lazım olan digər sənədlər.
65
Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar ixrac
olunan mallar müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) müəyyən etdiyi
şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və
vergilər qaytarılır.
Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Nazirlər
Kabineti müəyyən edir.
Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar
ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi
təqdim edilməlidir.
Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları
özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla,
elektron sənəd formasında təqdim edilir.
Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da
təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük
orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə
analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.
Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:
- malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan
şəxs;
- malları ixrac edən və ya göndərən, yaxud bu şəxsin adından çıxış edən digər şəxs;
Dostları ilə paylaş: |