60
-
təkrar ixrac;
-
məhv etmə;
-
dövlətin xeyrinə maldan imtina.
Öz roluna və yerinə görə ümumi təsərrüfat fəaliyyətində gömrük prosedurları şərti
olaraq iki qrupa bölmək olar.
Birinci qrupa tənzimləmə metodları və gömrük vasitələrinin tam həcmdə tətbiq
edildiyi ümumi xarakterli olan, nisbətən müstəqil və bitmiş kommersiya əməliyyatları kimi
fəaliyyət göstərir. (1, 2,11,12)
Ikinci qrupa tənzimlənmənin gömrük-hüquq normalarından daha çevik istifadə
ediməsi ilə fərqlənən və bir növ onların xarici iqtisadi fəaliyyət iştirakçılarının tələblərinə
uyğunlaşdırılmasıının nəticəsi kimi səviyyələnən gömrük prosedurları aiddir. Bu növ
gömrük prosedurları müəyyən iqtisadi mənfəət müəyyənləşdirməklə malların yalnız ciddi
müəyyən edilmiş məqsədlərlə istifadəsinə yol verir. Belə prosedurların tətbiqinə icazə
yalnız nəzərdə tutulmuş əməliyyatların keçirilməsinin iqtisadi əsasları olduqda verilə bilər.
Gömrük prosedurlarının istifadəsinin hüquqi mexanizmi gömrük orqanlarına
obyektiv olaraq kifayət qədər səlahiyyət verilməsini nəzərdə tutur. Bu ilk növbədə öz
əksini gömrük orqanı tərəfindən konkret malın müəyyən edilmiş gömrük proseduru
altında yerləşdirilməsi barədə qərar verməsində tapır. Başqa sözlə hər bir konkret halda
xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin ümumi konsepsiyası baxımından bu
əməliyyatın mümkünlüyü və məqsədəuyğunluğu nəzərə alınmaqla arzu edilən gömrük
əməliyyatına icazə verilməsinə və ya icazə verilməsindən imtina edilməsinə qərar verir.
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi,
habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan
şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının
uçotunu aparmalıdırlar.
61
Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o
cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə,
onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata
keçirilməsinə imkan yaratmalıdır.
Tranzit xüsusi gömrük prosedurundan başqa, xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında
yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya
dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.
Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük
orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında
onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.
Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla
bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları
altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri
müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.
2. Gömrük Məcəlləsinin 164 maddəsinə görə daxili bazarda satılma, istifadə və ya
istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük
proseduru altında yerləşdirilir.
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları şərtlər daxilində
həyata keçirilə bilər:
- qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;
- ticarət siyasəti tədbirlərinin tətbiqini;
62
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar
daxili mallar gömrük statusunu alırlar.
Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.(136)
Təkrar idxal - ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni
vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir
hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad
edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.
(165)
Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa
şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına DGK
tərəfindən müəyyən edilmiş hallarda icazə verir.
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı
zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib bildirilməməsindən
asılı olmayaraq icazə verilir.
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin
edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük
ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.
Daxili malların ixracı (127).
Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac
gömrük proseduru altında yerləşdirilir.
Ixrac gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı mallara tətbiq edilmir:
- son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallara;
Dostları ilə paylaş: |