47
texniki vasitələr tətbiq edilə bilər. Gömrük nəzarətinin həyata keçirilməsi zamanı şəxslərə,
onların mallarına və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.
Qanunsuz zərər vurmuş Az R-nın gömrük orqanları və onların vəzifəli şəxsləri Az
R-sı qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Az r-sı gömrük orqanlarının
vəzifəli şəxslərinin qanuna uyğun hərəkətləri ilə vurulmuş zərər ödənilmir.
Az R-nın gömrük orqanları lazım olduqda, Gömrük Məcəlləsinin 84-ci maddəsində
göstərilən hallar istisna edilməklə, Gömrük Məcəllədə nəzərdə tutulan gömrük nəzarətinin
bütün formalarından istifadə edə bilərlər.
Gömrük Məcəlləsi gömrük orqanlarının gömrük nəzarəti formalarının verilmiş hal
üçün daha məqsədəuyğun olanı seçmək və istifadə etmək hüququnu müəyyən edir.
Konkret hal üçün kifayət etmə prinsipi normativ aktlarda öz əksini tapmırsa, yetərli
gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir. Gömrük
nəzarəti formalarının seçilməsinə dövlət təhlükəsizliyinə və ictimaiyyətin maraqlarına
zərər vurmadan yol verilə bilər.
Digər tərəfdən gömrük nəzarətinin kifayət etmə prinsipi insan hüquq və azadlığı
normalarını pozmamalıdır. Elə buna gorə də şəxsi müayinə qanunvericilikdə “Gömrük
nəzarətinin müstəsna forması kimi” nəzərdə tutulur.
Gömrük nəzarətini müstəsna forması olan şəxsi yoxlama Az R-nın gömrük
sərhədindən keçən və ya gömrük nəzarəti zonasında, yaxud beynəlxalq təyyarə limanının
tranzit zonasında fiziki şəxsin icrasına nəzarət Az R-nın gömrük orqanlarına həvalə edimiş
Az R-sı qanunvericiliyinin və Az R-nın beynəlxalq müqavilələrinin pozulmasının obyekti
olan malları üstündə gizlətməsi və təhvil verməməsi haqqında kifayet qədər əsas olduqda,
Az R-sı gömrük orqanının rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə aparəla bilər.
Şə
xsi yoxlama başlamazdan əvvəl Az R-sı gömrük orqanının vəzifəli şəxsi Az r-sı
gömrük orqanı rəisinin və ya onu əvəz edən şəxsin, şəxsi yoxlama aparılması haqqında
qərarını fiziki şəxsə bildirməli, bu cür yoxlama keçirilərkən onu hüquq və vəzifələri ilə
48
tanış etməli və gizlətdiyi malları və ya əşyaları könüllü olaraq təhvil verməyi təklif
etməlidir.
Şə
xsi yoxlama, sanitar-gigiena tələblərə cavab verən təcrid olunmuş yerdə iki
həmcins hal şahidinin iştirakı ilə eyni cinsdən olan Az R-sı gömrük orqanının vəzifəli
şə
xsləri tərəfindən aparılmalıdır. Başqa fiziki şəxslərin bu yerlərə daxil olmasına və şəxsi
yoxlama aparılmasını müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb
işçisi yoxlamalıdır.
Şə
xsi yoxlama aparılması haqqında Az r-nın gömrük işini aparan icra hakimiyyəti
orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.
Protokol, şəxsi yoxlamanı aparan Az R-sı gömrük orqanının vəzifəli şəxsi,
yoxlanılan fiziki şəxs, hal şahidləri və bədən üzvləri yoxlanıldıqda isə, həmçinin tibb işçisi
tərəfindən imzalanır. Barəsində şəxsi oxlama aparılmış fiziki şəxs həmin rotokolda öz
rəyini bildirmək hüququna malikdir.
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə (Maddə 84).
Qanun və ya beynəlxalq müqavilələrlə mal və nəqliyyat vasitələrinin ayrı-ayrı
növlərinin gömrük nəzarəti sferasından çıxarılmasının konkret halları müəyyən edilə bilər.
Gömrük nəzarətinin müəyyən formalarından azadetmə Gömrük Məcəllə, gömrük işi
üzrə digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur. Azərbaycan
Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı gömrük
yoxlamasından azaddır.
Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan
Respublikası Baş nazirinin, onun müavinlərinin, Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının və Azərbaycan R-nın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
şə
xsi baqajları gömrük yoxlamasından azaddır.
49
Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər
hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası sazişlərlə
tənzimlənir.
Beynəlxalq müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından
azadetmə bu sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir.
4. Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının
fəaliyyətinin əsas istiqamətləri:
• Gömrük nəzarəti zonaları;
• “Yaşıl” və “Qırmızı” dəhlizlərin quruluşu və fəaliyyət göstərməsi.
• Gömrük nəzarətinin həyata kəşirilməsinə kömək göstərilməsi üçün
mütəxəssis və ekspertlərin cəlb edilməsi.
• Malların, nəql.vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi.
• XİF iştirakçılaırnın maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması
• Risklərin idarə edilməsi.
Gömrük nəzarəti zonaları (Maddə 93.)
Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində,
sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc
yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat
vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.
Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük nəzarəti zonasının rejimi yüklərin
yer dəyişdirilməsi və onlarla davranışda qaydaların daha ciddi reqlamentasiyası ilə
fəqrlənir. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında
istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat
vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların
Dostları ilə paylaş: |