44
3. Gömrük sənədləri: gömrük bəyannamələri, gömrük təminatları altında
daşınmaya buraxılmış nəql. vasitələrinin şəhadətnaməsi, lisenziyalar, ixtisas attestatları. Bələ
sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və şəhadətləndirilir.
4. Digər sənədlər: XİF-lə məşğul olmaq hüququ verən təsisat sənədləri, uyğunlug
və keyfiyyət sertifikatları, karantin, icazə sənədləri, sərhəd buraxılış vərəqləri və s.
Sadalanan sənədlər mal və nəqliyyat vasitələrinin seçilmiş gömrük prosedurunun
tələblərinə uyğun olaraq buraxılması və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli
şə
xsləri tərəfindən diqqətlə yoxlanılır. Sənədlərin yoxlanılmasının məqsədi, onların mövcud
qanunvericilik qaydalarına uyğun olması və sənədləşməni tam əhatə etməsinə əmin
olmaqdır.
Gömrük orqanının vəzifəli şəxsinin deklarantdan gömrük məqsədləri üçün əlavə
sənədlər tələb etmək hüququ var. Belə sənədlərin siyahısı gömrük orqanları tərəfindən
gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin
məqsədlərindən asılı olaraq müəyyən edilir, deklarantlar və digər maraqlı şəslərin nəzərinə
çatdırılır.
Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan
şə
xslər onların Gömrük Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada
saxlanılmasını təmin etməlidirlər. (Maddə 95) Saxlanma üsulundan asılı olmiyaraq, gömrük
sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti
altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində saxlanılmalıdır.
Şə
xs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə
şə
rait yaratmalı, bununla baglı onların suallarını cavablandırılmalı, tələb olunduqda,
sənədlərin surətlərini onlara təqdim etməlidir.
Məlumatlar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan
mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli şəxslərini
lazımi avadanlıqla təmin etməlidirlər.
Mallar sərbəst dövriyyəyə buraxıldıqda, yaxad ixrac məqsədi ilə bəyan edildikdə,
yüxarda qeyd olunan müddətin hesablanması sərbəst dövriyyə üçün buraxılışla və ixracla
45
bağlı gömrük bəyannamələrinin təstiq edildiyi ilin sonundan başlanır. Mallar digər gpmrük
proseduru yərləşdirildikdə yüxarda qeyd olunan müddətin hesablanması gömrük
prosedurunun başa çatdığı ilin sonundan başlanır.
3. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil
olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən
gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş
digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə
gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya
və avadanlıqdan istifadə edilir. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini
aşağıdakı formalarda həyata keçirilər:
- malların və nəqliyyat vasitələrinin yoxlanılması;
- şəxsi yoxlama;
- gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı
formalarda sənədlərin, o cümlədən Az R-nın dövlət sərhəlinin buraxılış məntəqələrindən
keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla
(şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması;
- mal və nəqliyyat vasitələrin uçotu və uçot və hesabat sisteminin yoxlanılması;
- fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;
- gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi
ə
razilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda
yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş
fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;
- keşik çəkmənin (patrulluğun ) və gömrük müşahidəsinin aparılması.
Gömrük nəzarətinin həyata kecirilməsinnin əsası yük gömrük bəyannaməsidir.
Gömrük nəzarətinin həyata kecirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə
bölünür.
46
Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata
keçirilir. Bunun üçün yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının
doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş gömrük proseduruna və malların
adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən
edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlərin
düzəldilməsi üçün deklaranta qaytarılır.
Ikinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları
nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta
nəzərəti qanunvericiliyinə riayət olunması yoxlanılır.
Üçüncü mərhələdə gömrük ödənclərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri
verilməsinin qanuna müvafiqliyi yoxlanılır, ödənclərin gömrük orqanlarının hesabına daxil
olmasına nəzarət edilir.
Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların
doldurulmasını yoxlayır.
Nəhayət, beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük
müayinəsi barədə qərar qəbul edir. Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra
yük cənədinə “Buraxılışa icazə verilir” ştampı vurulur. Bu ştamp və YGB-nin nömrəsi
şə
xsi nömrəli möhürlə təstiqlənir.
Gömrük nəzarəti formaları seçilərkən Gömrük Məcəllənin 100.2-ci maddəsində
müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.
Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə Gömrük Məcəlləyə
uyğun olaraq aşağıdakıları müəyyən edir: gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;
ümumi risklərin idarə edilməsi qaydalarını; ümumi meyarların və prioritet nəzarət
sahələrinin müəyyən edilməsi üzrə qaydaları; aidiyyəti orqanlarla birlikdə risklərə dair
məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.
Gömrük nəzarəti həyata keçirilərkən, insanların həyat və saqlamlığı, heyvanlar və
bitkilər üçün təhlükəsiz olan, həmçinin mallara və nəqliyyat vasitələrə zərər vurmayan
Dostları ilə paylaş: |