40
- valyuta tənzimlənməsi haqqında mövcüd qanunvericilik və normativ
aktların pozulmasına və ya gömrük orqanlarının normal fəaliyyətinə qəsd
edən hüququpozmalara görə Az R-nın gömrük orqanları tərəfindən müsadirə
edilmiş valyuta;
- gömrük sisteminin inkişaf fondu vəsaitlərinin bank hesablarında və
digər
kredit
orqanlarının
hesablarında
yerləşdirilməsindən
və
saxlanmasından əldə olunan mənfəət;
- qabaqcadan qəbul olunmuş qərarlara görə ödəmələr;
- Az R-nın gömrük qanunvericiliyində nəzərdə tutulmuş maddi ziyana
görə ödənmiş məbləğ və digər gömrük ödəmələri;
- Az R-nın maliyyə nazirliyi ilə razılaşdırılmış digər daxilolmalar.
Gömrük sisteminin inkişaf fondunun vəsaitlər aşağıdakı tədbirlərin
maliyyələşdirilməsinə yönəldilir:
- Az R-da vergi siyasətinin hazırlanması və həyata keçirilməsi, Az R-nın
iqtisadi maraqlarının təmin edilməsinə və həyata keçirilməsinə nəzarət;
- Az R-sı gömrük orqanlarına tapşırılan mövcüd qanunvericiliyə riayət
edilməsi;
- xarici iqtisadi fəaliyyətin və onun ayrı-ayrı bölmələrinin inkişaf
etdirilməsi, Az R-nın istehsal üzrə beynəlxalq kooperasiyasında iştirakına
kömək edilməsi;
- gömrük işi sahəsində qanunun pozulmasına qarşı mübarizə;
- Gömrük Məcəlləsinə görə Az R-nın beynəlxalq əməkdaşlığının təmin
edilməsi;
- gömrük idarələrinin normal işinin və inkişafının təmin edilməsi;
- gömrük sisteminin maddi-texniki bazasının və sosial sahəsinin
möhkəmləndirilməsi;
- gömrük kadrlarının hazırlanması və təkmilləşdirilməsi tədbirlərinin
maliyyələşdirilməsi, eləcə də DGK-nin tədris müəssisələrinin saxlanması,
inkişaf etdirilməsi və əlavə xərclərin maliyyələşdirilməsi;
- Az R-sı DGK sisteminə daxil olan müəssisə və təşkilatların yaranması
və fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi;
- gömrük orqanlarının aldığı kredit borcların qaytarılması və s.
41
3. Gömrük nəzarətinin təşkili.
Suallar:
1. Gömrük nəzarəti anlayışı.
2. Gömrük məqsədləri üçün tələb olunan sənəd və məlumatlar.
3. Gömrük nəzarəti formaları və onların tətbiqinin əsas xüsusiyyətləri.
4. Gömrük nəzarətinin həyata keçirilməsi prosesində gömrük orqanlarının
fəaliyyətinin əsas istiqamətləri.
5. Gömrük nəzarəti altında olma müddəti.
6. Şəxslərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri.
1.Gömrük nəzarəti gömrük hüququnun ən mühüm institutlarından biridir. Gömrük
Məcəlləsinə görə gömrük nəzarəti – gömrük işi üzrə Az Res-sı Qanunvericiliyinə,
həmçinin, icrasına nəzarətin Az Res-sı gömrük orqanlarına həvalə olunduğu Az Res-nın
digər qanunvericiliyinə və beynəlxalq müqavilələrinə riayət olunmasını təmin etmək
məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusudur.
Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir birindən seçilir. Gömrük nəzarəti
birdəfəlik və təkrar ola bilər. Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulurki, gömrük
sərhədi ancaq bir istiqamətdə keçirilir.
Gömrük nəzarəti onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur.
Bu metodlardan aşağıdakıları göstərmək olar:
-
mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata
keçirilən adi gömrük nəzarəti;
-
nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti;
42
-
gömrük nəzarətinin müəyyən formalarında azad etmə halları istisna
olmaqla, nəzarətin bütün formalarının istifadə olunduğu tam nəzarət;
-
seçmə gömrük nəzarəti.
Gömrük nəzarətinin növləri.
Istifadə olunan
nəqliyyat növünən
asılı olaraq
-
dəniz gəmilərinə gömrük
nəzarəti;
-
çay gəmilərinə gömrük
nəzarəti;
-
dəmiryol qatarlarına
gömrük nəzarəti;
-
hava gəmilərinə gömrük
nəzarəti;
-
avtonəqliyyat
vasitələrinə gömrük
nəzarəti.
Nəzarətinin
predmetindən
asılı olaraq
-
idxal mallara;
-
ixrac mallara;
-
tranzit mallara;
-
ə
l yükünə;
-
müşayiət olunan baqaja;
-
müşayiət olunmıyan
baqaja.
Gömrük orqanlarının
nəzarətində iştrakının
xarakterindən asılı olaraq
-
ikitərəfli;
-
birtərəfli;
-
birgə;
-
birdəfəlik;
-
təkrar
43
Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarət gömrük
ə
razisindən kənar ərazidə də həyata keçirilə bilər. Gömrük nəzarətinin formaları milli və
beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi,
qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi
məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.
Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə
sıx bağlıdır.
2. Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən, yaxud gömrük
orqanlarının nəzarət sahəsinə aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün
tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.
Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər
nəzarət orqanlarından da ala bilərlər. Qanunvericilik gömrük orqanlarına bank və digər
kredit idarələrindən mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslərin,
gömrük brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına həvalə edilmiş sahələrdə
fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesabatlarının vəziyyəti barədə
arayış və məlumatlar almaq hüququ verir.
Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin
onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti)
tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti
orqanlarının (Nazirlər Kabineti, DGK) rəsmi internet saytlarında yerləşdirilir.
Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə
təsnifatlandırılır.
1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura, spesifikasiya, invojs,
qablaşdırma sənədləri və s. aiddir.
2. Nəqliyyat sənədləri. Nəqliyyat sənədləri: konosament, qaimə, dəmiryol
nəqliyyatı üçün – yol-daşınma cədvəlləri, vaqon vərəqi, təhvil cədvəlləri, baqaj qəbzləri.
Dostları ilə paylaş: |