37
prosedurlarına nəzarət həyata keçirmək, hüquqpozmaların operativ surətdə
qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər
məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil
etmək;
- təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş
cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan,
törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə
qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək;
- cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
təhqiqat və ibtidai istintaq aparmaq;
- müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə
icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri
məsuliyyətə cəlb etmək;
- gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri
törətmiş, habelə törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya
təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin
diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara
məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə)
məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində
istifadə etmək;
- müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb
edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına
nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə
sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa
tədbirləri həyata keçirmək;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi,
həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması,
saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları
və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini
aparmaq;
- Gömrük Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki
qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu
silahdan istifadə etmək;
38
- öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük
qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada
xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq etmək; gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir
metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları
ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq,
məsləhətləşmələr aparmaq;
- Gömrük Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında
nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.
6. Gömrük infrastrukturunun təşkili və inkişafı – gömrük orqanları vahid
sisteminin ayrılmaz atributu, gömrük işinin həyata keçirilməsində onun
səmərəli olmasını şərtləndirən əsas amillərdən biridir.
“İnfrastruktura” latın sözu olub – (infra- altında, struktur- quruluş,
təşkilat) “yardımçı quruluş” mənası daşıyır. Beləliklə, infrastruktura – orqanın
normal fəaliyyət göstərməsini təmin edən istehsal, qeyri-istehsal, elmi
sahələr kompleksidir.
Gömrük sistemini normal fəaliyyətini təmin edən infrastruktura təminatı
elementlərini üç əsas qrupa ayrımaq olar.
1 qrupa mal və nəqliyyat vasitələrinin keçirilməsi, saxlanması və anbar
emalı üçün, həmçinin sərnişinlərə xidmət etmək üçün şərait yaradan
elementlər daxildir. Başqa sözlə bu, gömrük orqanlarının maddi-texniki
bazası (inzibatı binalar, keçid-buraxılış məntəqələri, anbar təsərrüfatı,
nəqliyyat vasitələri, sosial təyinatlı obyektlər, vağzal və hava limanlarında
gömrük nəzarəti zonaları və s.) hesab edilir.
2 qrupa gömrük əməliyyatlarının aparılmasını, prosesin gedişi və alınmış
nəticələr barədə məlumatın ötürülməsini təmin edən sistem, vasitə və
fəaliyyət növləri (gömrük nəzarətinin texniki vasitələri, gömrük ekspertizası
vasitələri, rabitə, gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat
sistemi, kömpyüter avadanlığı və s.) daxildir.
3 qrupa orqanları kadrlarının normal həyat fəaliyyətinin bərpası üçün
maddi, məişət, mədəni və digər şəraitin yaradılmasına xidmət edən sosial
infrasruktura aid edilir. Bu sfera gömrük işçilərin peşə hazırlığının və
39
hərtərəfli inkişafının təmin edilməsi üçün qeyri-istehsal xarakterli tələbatın
ödənilməsini təmin etməlidir.
Beləliklə, gömrük infrasruktura dedikdə, XİF-in gömrük tənzimlənməsi
şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsini təmin edən,
gömrük nəzarəti, ekspertizası, rabitəsi, məlumat sistemi, gömrük
orqanlarının maddi-texniki bazası, texniki vasitələri, institusional, sosial
struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir.
Az R-sı gömrük sisteminin infrastrukturunun təkmilləşdirilməsi və inkişaf
etdirilməsində DGK-nın təklifi ilə qəbul edilmiş Az R-sı Nazirlər Kabinetinin 25
dek1997-ci tarixli 140 saylı qərarı mühüm addımdır. Bu qərarla gömrük
vəzifələrini uğurla həyata keçirmək üçün Az R-sı gömrük sisteminin
büdcədənkənar inkişaf fondu təsis edilmişdir.
Gömrük sisteminin inkişaf fondu aşağıda göstərilən mənbələr hesabina
yaradılır:
- Az R-nın gömrük sərhədindən əmtəə şəkilində keçirilən nəqliyyat
vasitələri, eləcə də müşayiət olunmayan yük, kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan beynəlxalq poçt daşımaları, eləcə də nəqliyyat vasitələri
ilə daşınan yüklər və mallar daxil olmaqla gömrük rəsmiləşdirilməsinə görə
alınmış gömrük yığımları;
- mütəxəssislərə gömrük rəsmiləşdirilməsi üçün ixtisas attestatlarının
verilməsinə və ixtisas attestatının bərpasına, gömrük ödəmələrinin
ödənməsinə zəmanət verən bankların və digər kredit təşkilatlarının rejestrə
daxil edilməsinə görə alınan yığımlar;
- gömrük işi sahəsində, qacaqmalçılığa və gömrük qaydalarının
pozulması işinə görə müəyyən edilmiş qaydada Az R-nın mülkiyyətinə
keçirilən malların, nəqliyyat vasitələrinin və digər predmetlərin satışından
əldə olunan vəsaitlər;
- girov əşyası hesab olunan malların və nəqliyyat vasitələrinin
herraclarda satışından əldə olunan dövlət büdcəsinə köçürülən vəsaitdən
artıq olan məbləg;
- Az R-sı gömrük orqanlarının normal fəaliyyətinə qəsd edən iqtisadi
hüquq pozuntularına, gömrük qaydalarının pozulmasına görə müsadirə
edilmiş malların, nəqliyyat vasitələrinin satışından əldə olunan rüsumlar,
cərimələr, vəsaitlər;
Dostları ilə paylaş: |