25
DGK-nin idarəçilik fəaliyyəti ilk növbədə tabeli gömrük orqanları ilə
qarşılıqlı münasibətlərdə öz əksini tapır. Bəzi hallarda DGK fiziki şəxslər və
vəzifəli şəxlərlə bilavasitə ünsiyyətdə olur. Gömrük orqanlarının ümumi
məsələlərədən başqa DGK gömrük xidmətinə rəhbərlik və gömrük işinin
inkişafı ilə əlaqədar olan spesifik məsələləri həll edir. Azərbaycan dövlət
Gömrük Komitesi: tabeli orqanların, müəssisələrin, qurumların mülkiyyətinin
idarə edilməsində mülkiyyətçi hüquqlarını həyata keçirir; gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən qaçaqmalçılıq, gömrük qaydalarının
və vergi qanunvericiliyinin pozulması halları barədə işlərin icraatında
prosessual normalara əməl edilməsinə nəzarət edir, belə pozuntular barədə
verilmiş şikayət və protestlərə baxır. Azərbaycan Respublikasının gömrük işini
bilavasitə həyata kecirən orqanlar DGK-nin təstiq etdiyi əsasnamələrə uyğun
fəaliyyət göstərirlər. DGK-nin fəaliyyətinə Sədr rəhbərlik edir. Respublika
Prezidenti Komitə sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Gömrük işinə
rəhbərliyin mühüm məsələləri DGK Kollegiyasının iclaslarında müzakirə edilir.
DGK-nin mərkəzi aparatı, əsasən operativ tədbirlər həyata kecirir, gömrük
sisteminin işləmə mexanizmini yaradılır, müvafiq normativ aktların
hazırlanmasını təmin edir, məlumatların yığılması və analizi, idarəetmə
qərarların mərhələlərinin hazırlanması və yerli gömrük orqanlarının
fəaliyyətinin əlaqələndirilməsini təşkil edir.
DGK-nin idarə və şöbələri gömrük xidmətinin mərkəzi orqanı
səviyyəsində qərarlar qəbul edilməsini təmin edir və bu qərarların yerlərdə
yerinə yetirilməsini təşkil edir. DGK-nin idarə və şöbələri öz səlahiyyətləri
çərçivəsində gömrük işinin bəzi məsələlərini müstəqil həll edir və yerli
gömrük orqanlarının fəaliyyətinin konkret sahələrini istiqamətləndirirlər.
DGK-nin idarə struktur bölmələrinin iş prinsipinin əsasını funksional
fəaliyyət təşkil edir, yəni hər bir idarə və şöbənin fəaliyyəti DGK-nə həvalə
edilmiş funksiyaların yerinə yetirilməsini təmin etmək məqsədi güdür.
Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:
1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu
təkmilləşdirmək;
2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;
26
3. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi
mənafeyini və təhlükəsizliyini qorumaq;
4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük
ərazisinin vahidliyini təmin etmək;
5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi
vasitələrinin tətbiqini təşkil etmək;
6. İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə
dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş
funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
1. Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi
üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata
keçirilməsini təmin edir;
2. Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını
hazırlayır və həyata keçirir;
3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil
edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələşdirilməsi
və təkmilləşdirilməsi üçün tədbirlər görür;
4. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar
barəsində qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil
olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz
səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;
5. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallardan
vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük
ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən
xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının
verilməsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir;
6. Malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində
nəzarət sistemini təşkil edir;
27
7. Gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin
vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;
8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri
alır, reyestrinin aparılmasını təmin edir;
9. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilərkən müvafiq gömrük proseduralarından səmərəli
istifadəni təmin edir;
10. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını
təşkil və onların icrasını təmin edir;
11. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi
üçün tədbirlər görür;
11-1. malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının
(şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində
baytarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;
11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi
qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən
nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada
və müddətdə məcburi dezinfeksiya edir;
12. Müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə
orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına
nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə sistemini
təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması
məqsədi ilə digər tədbirlər də həyata keçirir;
13. İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına
həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl
olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;
14. Rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə
də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq
Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsinə, habelə
Dostları ilə paylaş: |