53
Malgöndərən və daşıyıcın plomblarından da istifadə edilməsinə müəyyən şərtlərlə yol
verilir.
Eyniləşdirilmə vasitələri yalnız gömrük orqanları tərəfindən, yaxud onların icazəsi
ilə dəyişdirilə və məhv edilə bilər. Bu qayda mal və nəqliyyat vasitələrini məhv edilməsi,
itirilməsi üçün real təhlükə olduqda və kifayət qədər xarab olması hallarına şamil edilmir.
Aksızli mallara tətbiq edilən aksiz markaları da eymiləşdirilmə vasitələri hesab
edilir. Aksiz markalarının tətbiq edilmə qaydaları Az R-sı Nazirlər kabinetinin 22 mart
1997-ci il tarixlı 24 saylı qərarı ilə təsdiq edilmişdir.
Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslərin, gömrük
brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan
digər şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması – gömrük məqsədləri üçün
lazım olan sənəd və məlumatların yoxlanılması kimi gömrük nəzarəti formalarından biridir.
Icrasına,
nəzarətinin
gömrük
orqanlarına həvalə olunduğu
Az
R-sı
Qanunvericiliyinin və Az-nın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət
edilmədiyini güman etməyə kifayət qədər esas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasından istifadə olunur.
Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük
orqannının vəzifəli şəxslərinə aşağıdakı səlahiyyətləri verir:
- gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və
digər təsərrüfat fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və
məlumatın əvəzsiz təqdim edilməsini tələb etmək və onlarla tanış olmaq;
- vəzifəli şəxslərdən və digərlərindən arayış yazılı və şifahi izahat almaq;
- müəyyən edilmiş formada tətbiq edilən akt əsasında sənədləri - əgər onların
yoxlanılması başqa bir yerdə həyata keçiriləcəksə - götürmək.
Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və
şə
xsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları
riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını
54
müəyyən edir. (maddə 101) gömrük orqanları sistemində risklərin idarə edilməsi
sisteminin tətdiqi qaydaları və formaları Az P-nın DGK tərəfindən müəyyən olunur.
Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, DGK-si gömrük
orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük
xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında ilkin elektron
məlumatlar alırlar.
Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə,
informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq
məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi gömrük orqanlarına riskləri
daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və
ə
traflı informasiya əldə etmək imkanı verir.
5. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti .
(maddə 83).
Gömrük nəzarəti predmeti mal və nəqliyyat vasitələrinin istənilən növü ola bilər.
Mallar – istənilən daşınan əmlak, o cümlədən, valyuta, valyuta sərvətləri, elektrik və digər
enerji növləri və s. ola bilər.
Sərnişin və malların beynəlxalq daşımalarından istifadə olunan, konteyner və digər
nəqliyyat avadanlığı da daxil olmaqla bütün vasitələr – nəqliyyat vasitəsi sifətində gömrük
nəzarəti obyekti olur.
Digər məqsədlə üçün gömrük sərhədindən kecirilən nəqliyya vasitələri əmtəə kimi
gömrük nəzarətinə cəlb edilir.
Bir qayda olaraq mal və nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan
onun seçilmiş gömrük proseduruna uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında
yerləşir. Başqa sözlə mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşməsi
müddəti bilavasitə seçilmiş gömrük prosedurundan asılıdır.
55
Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi
andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:
- sərbəst dövriyyəyə buraxılanadək;
- məhv edilənədək;
- dövlətin xeyrinə imtina olunanadək;
- malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud Gömrük Məcəllənin 330-cu
maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;
- mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.
İ
xrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük
prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük
bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük
ə
razisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük
bəyannaməsinin Gömrük Məcəllənin 154-cü maddəsinə (gömrük bəyannaməsinin ləğvi)
uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar Gömrük
Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında
olurlar.
Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına
və onlar barəsində sərəncam verilməsinə Gömrük Məcəllə ilə müəyyənləşdirilmiş qaydada
və şərtlər daxilində yol verilir. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və
nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq
qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və
nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin
şə
xslər tərəfindən Gömrük Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının
şə
rtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.
Dostları ilə paylaş: |