69
Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınması aşağıdakı qaydada həyata keçirilir:
- malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;
- malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən
kənar ərazidən keçməklə baş verir.
Yuxarda qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:
- beynəlxalq tranzit xüsusi gömrük proseduru;
- beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr;
- mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və
öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün
beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı
halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.
Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi
hallarını və şərtlərini Nazirlər Kabineti müəyyənləşdirir.
Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran
ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti
orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin
mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq
edə bilər.
Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək
daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.
70
Daxili tranzit (175) xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən
gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır. Qeyd edilən daşınma poçt
sistemi daxilində daşınan mallara da şamil edilir.
Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması
gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
4. Saxlanc xüsusi gömrük prosedurunun (176) əhatə dairəsi.
Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı
prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında
yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal
üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan
gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.
Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru
və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və
şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:
- müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında
yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;
- malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;
- gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.
71
Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük
prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru (178).
Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna
olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar
onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək
bəyan edilir:
- sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən
mallar;
- sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;
- barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.
Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün
gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu
əvəz edən tranzit sənədi qəbul edilir.
Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə
təminat tələb etmək hüququna malikdirlər.
Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya
həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı
vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.
Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və
istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı
tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük
72
orqanı həmin müddəti Gömrük Məcəllənin maddələrində göstərilən müddət çərçivəsində
uzadır.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla,
malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox
olmamalıdır.
Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa
çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya
gömrük anbarında yerləşdirilməlidir.
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud
vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə
hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol
verilmir.
Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada
yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük
nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Xarici mallar gömrük anbarı (181) xüsusi gömrük proseduru altında müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.
Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən
malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.
Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar
anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır.
Dostları ilə paylaş: |