25
atdılar. Beləliklə, Azərbaycan dilinin tarixinə aid qiymətli əsər olan “Kitabi-Dədə
Qorqud dastanının dili” və onlarla qiymətli əlyazması vərəq-vərəq məhv oldu.
Fevralın əvvəlində başqaları kimi, yalan, uydurma ittihamlar əsasında həbs
edilən B.Çobanzadəni Bakıya gətirirlər. Əsl faciəli günlər də bundan sonra
başlanır. 1930-cu ildən nahaq töhmətlərə, yalan ittihamlara psixoloji cəhətdən
alışmış olan B.Çobanzadə haqqında cinayət işi qaldırılır. Cinayət işi 3 cilddən,
1021 səhifədən ibarətdir. Cinayət işı başlanıb: 27-1-1937; qurtarıb: 1-09-1037
İttiham edilir: Azərbaycan SSR CM. 64, 68, 70, 73-cü maddələri üzrə.
B.Çobanzadə Bakıya gətirildikdən sonra fevralın 7-dən avqustun 25-dək
üst-üstə 57 dəfə dindirilməyə aparılmışdır. Bu dindirmələrin 11-i 3 gün fasiləsiz
davam etmişdir. Dindirmə protokollarını təmkinlə, dəqiqliklə araşdırdıqdan sonra
mütləq statistik məlumat verməyi lazım bildik. Birinci cilddə 14 dindirmə
protokolu, ikinci cilddə 12 dindirmə protokolu, üçüncü cilddə 8 dindirmə protokolu
vardır. Aşağıda dindirmə tarixləri və dindirənlər haqqında tam və dəqiq məlumatı
veririk (işdəki səhifələri göstərməklə).
Birinci cilddə:
7-9 fevral (səh. 18-69) - Şer, Ohanesov
14 fevral - (70-82) - imzalar yoxdur, başqa xətlə yazılıb.
16 fevral - (83-97) Şer, Ohanesov.
17-19 fevral - (98-108) Şer tək.
Buradaca məlumata müdaxilə etmək istəyirik; 3 gün dindirmədən sonra
cəmi 10 səhifəlik protokol tərtib edilir.Bu o demək deyilmi ki, Şer müttəhimin
boynuna çox şeyləri qoya bilmir, öz siyahısını müttəhimə təkrar etdiıə bilmir.Buna
görə də daha amansız cəllad X.Qriqoryan işə qarışmalı olur. Görün indi səhifələrin
sayı necə çoxalır, “canilərin” siyahısı genişlənir:
3-5 mart (səh.109-168) - Qriqoryan, Ohanesov
16 mart (169-179) Şer Ohanesov
17 mart (180-205) Şer, Ohanesov
20 mart (206-213) Şer tək
20 mart (214-230) Şer (bir gündə iki dəfə - A.B.)
21 mart (231-246) Şer, Ohanesov
23 mart (247-259) Şer tək
24 mart (260-269) Şer tək
17-20 aprel (270-332) X.Qriqoryan, Kerasimov
23-25 aprel (333-359) X.Qriqoryan, Kerasimov
Bu dindirmə ilə istintaq işinin birinci cildi tamamlanır.Oxucuya bu faktlara
dərindən nüfuz etməyi xahiş edirəm.X.Qriqoryan işə girişən kimi dindirmələr
günlərlə uzanır və protokoldakı səhifələr də çoxalır.Nələri necə soruşub
müttəhimin boynuna qoyur, bu haqda irəlidə bəhs edəcəyik.İstintaq işinin ikinci
cildi tamam dindirmələrdən ibarətdir.Qeyd edək ki, bundan sonra dindirməni
X.Qriqoryan aparır.
27-29 aprel (360-393) - Qriqoryan, Ohanesov
26
4-7 may - (394-407) - Qriqoryan, Ohanesov
7 may - (408-524) - Kerasimov, Qriqoryan, Ohanesov
Görün bugünkü dindirmədə nələr olub: İşgəncə, qayışla, təpiklə vurmaq,
təhqir etmək nəticəsində 80 səhifəlik protokola yerləşdirilə bilən “dəqiq” məlumat-
lar. Kimin ağlına gələ bilər ki, ölüm qorxusu altında psixoloji cəhətdən əzilən,
nəm, rütubət yerdə gecələyən, allahın havasını udmağa belə həsrət olan bir adam
cəlladların qabağında belə dəqiq ifadələr verə bilər.
Bu dindirmə Özbəkistanda olan “əksinqilabçı” pantürkistlərin ifşa
edilməsinə həsr edilmişdir. Yenə dindirmələr.
14 may (525-528) - Qriqoryan (cəmi 3 səhifəlik dindirmə. AB)
11 iyun (529-541) Qriqoryan, Ohanesov
13 iyun (542-546) Qriqoryanın imzası
25 iyun (547-572) Görün neçə saat dindiriblər. 30 səhifəlik protokol.
Dindirmələr - cəlladlar dəstəsi XDİK müavini Kerasimov. 4-cü şöbənin rəisi
Qriqoryan, şöbə rəisi Zıkov, IV şöbə katibi - Ohanesov.
5-9 iyul (573-617) Qriqoryan, Ohanesov
13-14 iyul (618-654) Qriqoryan, Ohanesov
16-17 iyul (659-685) Qriqoryan, Ohanesov
20-21 iyul (686-703) Qriqoryan, Ohanesov
İkinci cild bu dindirmələrlə qurtarır. Üçüncü cild yenə dindirmələrlə
başlanır:
27 iyul (704-719) Qriqoryan tək.
28-29 iyul (720-737) Qriqoryan, Ohanesov
29 iyul (738-745) Qriqoryan, Ohanesov
29 iyul (746-751) Qriqoryan, Ohanesov
Diqqət edin: bir gündə üç dəfə dindirmə.
2 avqust (752-756) Qriqoryan tək
25 avqust (757-758) Qriqoryan tək cəmi bircə səhifəlik protokol. Çünki
müttəhimi dindirmək olmur. O, ayaq üstə dura bilmir, cavab vermək iqtidarında da
deyildir.
25 avqust (759-760) Qriqoryan tək. Göründüyü kimi, ikinci dəfə həmin gün
dindirməyə cəhd göstərilir. Ona isti və soyuq su verilir. Onu döymək lazım deyil,
çünki onsuz da taqəti yoxdur.
Sentyabrın 1-də (761-771) altı günlük “istirahətdən” sonra Qriqoryan əzrail
kimi yenə müttəhimin gözünə görünür.
3-5 mart dindirməsi protokolundan:
Sual: Sizdə bu fıkir (pantürkizm) nə vaxt varanmışdır?
Cavab: Pantürkizm ideyası hələ mən Türkiyədə oxuyanda məndə
yaranmışdı. Yuxarıda dediyim kimi əksinqılabi fikir isə məndə 1925-ci ildə
yarandı.
Sual: Siz mübarizənin yolunu necə düşünürsünüz?
27
Cavab: Mən hesab edirdim 1) Tatarstan, Özbəkistan, Türkmənistan, Krım,
Qazaxıstan və Azərbaycan əksinqilabçılarının işini əlaqələndirib birləşmiş mərkəz-
dən idarə etmək. 2) Emiqrasiyada olan, pantürkist, əksinqilabi əhval-ruhiyyəli
dairələrlə əlaqə yaratmaq. Bu cəhətdən mən D.Seyidametov prof. Köprülüzadəyə
ümid edirdim. (c.I. səh.158)
Sual: Bu tədbirləri həyata keçirmək üçün siz nə etmişdiniz?
Cavab: Bu suala cavab verərkən mən 1925-30-cu illər arasındakı əməli
fəaliyyətimdən danışacağam. Bizim əksinqilabi təşkilat Bakıda 5 əksinqilabi qrup
yaratmışdı.
Birinci qrup - Azəıbaycan ziyalılarından ibarət idi. Rəhbəri - Çobanzadə
(niyə mən yox? - A.B.)
İkinci qrup - Bakıda təhsil alan Krım tələbələri. Rəhbəri - Çobanzadə (yenə
mən əvəhinə Çobanzadə - A.B.)
Üçüncü qrup - Azəıbaycan ziyalıları - Rəhbəri - İsmayıl Hikmət: O, 1927-ci
ildə SSRİ-dən gedəndən sonra qrupun bir hissəsi mənim ziyalılardan ibarət
qrupuma qoşuldu.
Dördüncü qrup - Azərbaycan ziyalılarından ibarət idi.
Rəhbəri - Qubaydulin Əziz idi.
Beşinci qrup - Qazan tatarlarından ibarət idı.
Rəhbəri Qubaydulin Əziz idi.
Müstəntiq Şer dairəni daha da genişləndirmək məqsədilə B.Çobanzadənin
nəinki tələbələrinin, habelə heç tanımadığı adamların adlarını da buraya əlavə
etdirirdi. Görün 3 gün aramsız davam edən, əzab və işkəncələrlə dolu dindirmə
protokolunda nə qədər əksinqilabçı, millətçi adamların adları meydana gəlir.
Yuxarıda deyilən 5 qrupun siyahısına baxın:
Sual: Əksinqilabçı qrupların tərkibini deyin.
Cavab: Əksinqilabçı qrupların aşağıdakı üzvləri mənə məlumdur.
I qrup: - Rəhbərı Çobanzadə (yenə niyə birinci şəxs yox – A.B.) – 15 nəfər,
II qrup – 19 nəfər, III qrup – 14 nəfər, IV qrup – 9 nəfər, V qrup – 3 nəfər.
İndi oxucu təsəvvürünə gətirə bilərmi ayaq üstə, soyuq, rütubət, qaranlıq
yerdə qalasan, işgəncələr verələr, sonra da döyülüb təhqir ediləndən sonra
cəlladının qabağında 60 nəfər haqqında dəqiq məlumat verə biləsən, özü də hər
qrupu ayrı-ayrı. Yəni birinci qrupda 15 nəfər, ikinci qrupda 19 nəfər, üçüncü
qrupda 14 nəfər, dördüncü qrupda 9 nəfər, beşinci qrupda 3 nəfər.
Buradan cəlladın siyahını necə bəzən savadsız-məntiqsiz tərtib etməsi də
aşkarlanır.
Yenə həmin dindirmədə müstəntiq soruşur:
-Siz Azərbaycanda, Özbəkistanda və başqa respublikalarda pantürkist işlər
aparmaq üçün əksinqilabi mərkəz yaratmışdınızmı?
Cavab: Yox.
Apıelin 17-dən başlayaraq Qriqoryan işə qarışır. Bundan sonra suallar
ciddiləşir.Dindirmə günlərlə 3 gün davam edir.Bundan əlavə suallar sərtləşdikcə
Dostları ilə paylaş: |