GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   22   23   24   25   26   27   28   29   ...   112
Avtoservis - 2010 a

Avtomobil sahibi
üçün isə avtomobildə diaqnostika işlərinin 
mütəmadi aparılması və diaqnostika avadanlığından istifadə 
etməklə nizamlama işlərinin optimallaşdırılması yanacaq, şin, 
ehtiyat hissələri və s. təmir xərclərinin azaldılmasını, ən başlıcası 
isə hərəkət təhlükəsizliyini və avtomobilin ətraf mühitə (ekoloji) 
təhlükəsizliyini təmin edir. 
 
2.2.4. Texniki qulluq və cari təmirin işçi postlarda təşkili 
 
Konstruksiyasına və texnoloji avadanlığına görə postları 
aşağıdakı kimi qruplaşdırmaq olar. 
1.
Baxış xəndəkləri, qaldırıcılar və ya estakadalarla təchiz 
olunmayan döşəməüstü postlar.
Avtomobilin alt tərəfində TQ və 
təmir işlərinin aparılması mümkün olmadığından geniş tətbiq 
tapmamışdır. Bu postlar rəngləmə zonasında hazırlıq əməliyyatları 
yerinə yetirmək üçün (belə postların traplarla təchiz olunması 
tövsiyə olunur), elektrik, qida sistemi üzrə işlər və avtomobilin 
qaldırılmasını tələb etməyən başqa işlər üçün rahatdır. Bu qrup 
postları telferlərlə, səyyar kranlarla və domkranlarla təchiz etdikdə 
onlar avtomobil kuzovlarının təmirində və şinmontaj işlərində 
istifadə oluna bilər. 
2.
Daxilində qaldırıcı olmayan baxış xəndəyi ilə təchiz 
edilmiş postlar.
Avtomobilin qaldırılmasını və ya onun oxlarından 
birinin ayrılıqda qaldırılmasını tələb etməyən işləri yerinə yetirmək 
üçün istifadə edilir. Bu postlar avtomobildə eyni zamanda həm 
altdan, həm də üstdən iş görülməsinə imkan verir. 
3.
Daxilində qaldırıcı olan baxış xəndəyi ilə təchiz edilmiş 
postlar.
Avtomobilin və ya onun oxlarından birinin qaldırılmasını 
tələb edən işlərin yerinə yetirilməsi üçün istifadə olunur. Bu postlar 
bütün post işi növlərinin hər iki səviyyədə 

avtomobilin altında və 


53 
üstündə yerinə yetirməyə tam imkan veridiyindən çox hallarda 
universal post
kimi istifadə olunur. 
4.
Stasionar qaldırıcılarla təchiz edilmiş postlar.
Qaldırıcılar 
bir, iki plunjerli elektrohidravlik, bir, iki və dörd dayaqlı 
elektromexaniki, yana aşırıcı tipli və s. ola bilər. Bu qrup postlar 
əsasən 
ixtisaslaşdırılmış
olur. TQ və təmirin müəyyən işlərinin 
yerinə yetirilməsi üçün nəzərdə tutulur. Məsələn, dörd dayaqlı 
elektromexaniki qaldırıcı idarə olunan təkərlərin qurulma 
bucaqlarının yoxlanması və nizamlanması postunda geniş tətbiq 
edilir. Qeyd olunan qaldırıcıların konstruksiyası eyni zamanda 
ancaq bir səviyyədə iş görməyə imkan verir. Buna görə də texnoloji 
imkanları artırmaq üçün bu postlar bəzən fəhlələr üçün 
meydançaları olan balkon tipli qaldırıcılarla təchiz edilir. 
5.
İxtisaslaşdırılmış stend avadanlığı ilə təchiz edilmiş 
postlar.
Bu postlar faraların işığını, idarə olunan təkərlərin qurulma 
bucaqlarını yoxlamaq və nizamlamaq üçün, şinlərin montaj-
demontajı və təkərlərin balanslaşdırılması, kuzovların həndəsi 
parametrlərinin bərpası üçün istifadə edilir. 
Müxtəlif tipli postların tətbiqinin məqsədəuyüğunluğu işin 
xarakterindən, istehsalat proqramının həcmindən və avadanlığın 
texnoloji xüsusiyyətlərindən asılıdır. Avtoservis müəssisəsində
texniki qulluğun istehsalat prosesinin təşkili (şəkil 2.12 və şəkil 
2.13) məcburi profilaktik işlər kompleksinin tam həcmdə yerinə 
yetirilməsini nəzərdə tutur. TQ postlarında işlərin təşkili zamanı 
əməliyyatların iş icraçıları (fəhlələr) arasında dəqiq paylanması və 
onların post xəritələrinə müvafiq təyin edilmiş ardıcıllıqla yerinə 
yetirilməsi vacibdir. Xidmət zamanı CT işlərinin aparılmasına 
tələbatın aşkar edildiyi yerlər şəkil 2.14-də göstərilmişdir. 
Avtomobil tipinin texniki qulluğunun əməliyyat-texnoloji 
xəritələri tərtib edilməli və ya əməliyyatın texnologiyası müvafiq 
mənbələrdən (məlumat kitablarından, istehsalçı-zavod təlimatla-
rından və s.)
 
götürülməlidir. Əməliyyat-texnoloji xəritələr xidmət 
əməliyyatlarının siyahısını və vaxt normasını özündə əks etdirir. Bu 
siyahı müəyyən texnoloji ardıcıllıqla (nəzarət-baxış, nizamlama və 
bərkitmə işləri və s.) və ya avtomobilin aqreqatları üzrə (mühərrik, 
ilişmə muftası, ötürmələr qutusu və s.) ardıcıllıqla tərtib edilir. 
Əməliyyat-texnoloji xəritənin əsasında bütün əməliyyatların 


54 
siyahısı və əmək tutumu universal postdakı fəhlələr arasında 
paylanır. Postda yerinə yetirilən işlərin siyahısına görə hər bir işçi 
yeri üçün hazırlanır. 
Şəkil 2.12. Texniki qulluğun istehsalat prosesininin təşkil sxemi: 
əsas marşrutlar; mümkün marşrutlar 
İşlərin koordinasiyası üçün xəritə-sxemlər istifadə oluna 
bilər. Bu halda xəritə – sxemdə postda yerinə yetirilən işlərin adları, 
icraçıların sayı, onların ixtisası və tutduğu işçi yeri, postdakı ümumi 
və hər bir icraçı üzrə əmək tutumu, hər bir icraçıya həvalə edilmiş 
əməliyyatların nömrələri göstərilir. 
Xəritə-sxemdə əməliyyatların nömrəsi əməliyyat-texnoloji 
xəritədəki eyni əməliyyatların sıra nömrəsinə müvafiq olmalıdır. 
Bundan başqa əməliyyatların sıra nömrəsi onların səmərəli 
texnoloji ardıcıllqla yerinə yetirilməsini nəzərə almaqla göstərilir. 
Cari təmir sahəsi
Йума 
сащяс
и 
Гябул 
сащяси 
Диагностика 
сащяси 
Техники гуллуг 
сащяси 
Йаьлама 
ишляри сащяси 
Тящвил 
сащяси 
Техники нязарят 
бюлмяси 
Тящвил верилмяни 
эюзлямя зонасы 
Gözləmə zonası 


55 
Şəkil 2.13. Təminatlı xidmət sahəsinin istifadə edilməsi ilə 
texniki qulluğun istehsalat prosesinin təşkil sxemi 
Xəritə-sxem və əməliyyat-texnoloji xəritə əsasında işçi yerin 
texnoloji xəritəsi (və ya işçi yerdə əməliyyatların aparılma 
ardıcıllığı müvafiq mənbələrdən 

məlumat kitablarından, 
istehsalçı-zavod təlimatlarından və s. götürülə bilər)
 
tərtib olunur. 
Bu üç sənədə müvafiq əməliyyatların nömrələri eyni olmalı, üst-
üstə düşməlidir. 
Şəkil 2.14. Xidmət zamanı CT işlərinin 
aparılmasına tələbatın aşkar edildiyi yerlərin sxemi 
 
Ümumi diaq-
nostika sahəsi 
Эюзлям
я зонасы 
Тящвил верилмяни 
эюзлямя зонасы 
Йума 
сaщяс
и 
Гябул 
сащяс
и 
Ихтисаслашды- 
рылмыш 
диагnос- 
тика постлары 
Техники
нязарят
бюлмяси 
Жари тямир сащяси 
Тяминатл
ы хидмят 
сащяси
Тящви
л 
сащяси 
Cari təmir işlərinin aparılmasına
təlabatın aşkar olunması
Sif
ar
işə


Q
əbul
sa
həs
ind
ə 
D
iaqnos
ti
ka 
sa
həs
ind
ə 
TQ
sa
həs
ində
C
ar
i t
əm
ir
sa
həs
ind
ə 
(əl
avə
o
la
raq



56 
 
Avtoservis müəssisəsində universal və ixtisaslaşdırılmış 
postların qənaətbəxş işləməsinin göstəricisi kimi avtomobillərin 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə