GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   21   22   23   24   25   26   27   28   ...   112
Avtoservis - 2010 a

ümumi diaqnostika
ekspress-diaqnostika da 
adlandırılır. Avtomobilin TXS-ə hər gəlişi zamanı onun yerinə 
yetirilməsi məqsədəuyğundur, çünki ekspress-diaqnostika əsasən 
avtomobilin hərəkət təhlükəsizliyini təmin edən aqreqat və 
qovşaqların (tormoz sistemi, sükan idarəsi, işıqlandırma sistemi) 
texniki vəziyyətini təyin etmək üçün nəzərdə tutulur. Bu 
diaqnostika növü yalnız avtomobilin sonrakı istismara yararlı olub-
olmaması haqqında qərar çıxartmaq üçün tətbiq olunur. Bu zaman 
tormoz intiqalının və mexanizminin səmərəli işləməsi, sükan 
idarəsi sisteminin parametrləri (lüft, araboşluqları), şinlərin 
vəziyyəti və onlarda havanın təzyiqi, işıqlandırma və siqnalizasiya 
cihazları yoxlanmalıdır. Proses zamanı aqreqat və qovşaqları 
çıxarmadan lazımi nizamlama işləri yerinə yetirilə bilər. 
Elementlər üzrə
(dərin) diaqnostika avtomobilin əsas 
aqreqat və qovşaqlarının texniki vəziyyətini təyin etmək, gizli 
nasazlıqları aşkar etmək, onların yerini, səbəbini və xarakterini 
müəyyənləşdirmək üçün aparılır. Dərin diaqnostika TQ-dən qabaq 
və sifarişə görə aparılır. Onun nəticələrinə görə diaqnoz qoyulur, 
növbəti saz işləmə müddəti proqnozlaşdırılır, nizamlama və təmir 
işlərinin həcmi müəyyənləşdirilir. Bu diaqnostika prosesində tex-
nologiyada nəzərdə tutulan lazımi nizamlama işləri aparıla bilər. 
Texniki vəziyyəti hərəkət təhlükəsizliyi tələblərinə cavab 
verməyən avtomobilləri aşkar etmək üçün qəbul postunda müvafiq 
aqreqatın, qovşaq və sistemlərin yoxlanması nəzərdə tutulur. Lakin 
bəzi işlər, məsələn, tormoz sistemi üzrə işlər işçi postda xüsusi 
stenddə aparılmalıdır. 
TQ-dən qabaq aşkar olunmuş nasazlıqları aradan qaldırmaq 
üçün bəzən təmir işlərinin də aparılması lazım olur.


49 
İş həcmi böyük olduqda belə işlər TQ-dən əvvəl yerinə 
yetirilir. CT-dən qabaq imtina və ya nasazlığın səbəbinin aşkar 
edilməsi və ya dəqiqləşdirilməsi avtomobil sahibinin sifarişinə və 
ya müvafiq işi yerinə yetirən istehsalat sahəsinin tələbinə görə 
aparılır. 
Nəzarət-nizamlama işləri (məsələn, tormoz sistemində 
nizamlama işləri, təkərlərin qurulma bucaqlarının nizamlanması və 
s.) TQ prosesində yerinə yetirilir. 
Avtomobilin bütövlükdə və ya ayrı-ayrı sistemlərinin 
diaqnostikası avtomobil sahibinin sifarişinə görə ayrı xidmət növü 
kimi də yerinə yetirilir. Xırda TXS-lər üçün (10-15 post) bu işlər 
xarakterik deyil, iri stansiyalarda isə ümumi gəlmələrin 10%-dən 
çox olmur. 
Yuxarıda göstərilən işlərdən başqa diaqnostika prosesində 
həm də aparıla bilər: 

tormozların, təkərlərin qurulma bucaqlarının, elektrik 
avadanlığı və qida sistemi cihazlarının yoxlanması və 
nizamlanması üzrə sifariş edilmiş işlər; 

TQ və CT-nin keyfiyyətinə nəzarət, bu işlər, həmçinin 
qəbul - təhvil işlərinin həcminə də daxil ola bilər

ayrı-ayrı qovşaqların, aqreqatların və avtomobilin 
bütövlükdə iş resursunun proqnozlaşdırılması, adətən, bu iş sifarişə 
görə dərin diaqnostika yerinə yetirilən zaman həyata keçirilir; 

istehsalın idarə olunması üçün lazımi məlumatların 
toplanması, emalı və verilməsi. Bu iş həmişə qəbul-təhvil sahəsi və 
digər istehsalat sahələri ilə birgə qarşılıqlı əlaqədə aparılır. 
Diaqnostika postlarında xırda nasazlıqların aradan 
qaldırılması, o cümlədən bəzi detalların dəyişdirilməsi mümkün-
dür. Belə işlərin həcmi postun iş həcminin 20%-dən çox 
olmamalıdır. Əgər diaqnostika prosesi zamanı aşkar olunan 
qüsurları yerindəcə aradan qaldırmaq mümkün deyilsə, avtomobil 
müvafiq sahəyə göndərilir və qüsur ləğv edildikdən sonra 
diaqnostikanı qurtarmaq üçün yenidən diaqnostika sahəsinə 
qaytarılır (şəkil 2.11). 
Ümumi və elementlər üzrə diaqnostika postlarında 
diaqnostika işləri yüksək ixtisaslı mexanik-diaqnostlar tərəfindən 


50 
yerinə yetirilir. Onlara xüsusi təlim keçmiş ixtisaslı sürücülər də 
kömək edir. 
TQ və CT postlarında nəzarət-diaqnostika əməliyyatları 
avtomobillərin TQ və CT zamanı təmir fəhlələri tərəfindən həyata 
keçirilir. Diaqnostika postunda yerinə yetirilmiş diaqnostika 
işlərinin nəticələri xüsusi uçot sənədlərində 

nəzarət-diaqnostika 
baxışı xəritələrində yazılır. Bu sənədlər avtomobillərin xidməti 
üzrə sonrakı işlərin aparılması üçün əsas olur. TQ və CT postlarında 
aparılmış və aşkar olunmuş nasazlıqların buradaca aradan 
qaldırılması ilə bitmiş diaqnostika işlərinin nəticələri nəzarət-
diaqnostika xəritəsinə yazılır. 
Yoxlanılacaq obyektlərin siyahısı, imtinaların məzmunu və 
onların yoxlanması metodları müvafiq sənədlərdə (texnoloji 
xəritələrdə, post xəritələrində, istismar təlimatlarında və s.) izah 
edilir. 
Nəzarət-diaqnostika xəritəsində kodla (şifrlə) nəzərdə 
tutulmamış nasazlıqlar xəritəyə əlavə olaraq yazılır. Diaqnostika 
postlarında tələbata görə yerinə yetirilmiş nizamlama və təmir işləri 
barədə məlumat ayrıca olaraq sifariş vərəqində göstərilir. 
Diaqnostika postlarında TQ və təmir üzrə ancaq bəzi işlər, məsələn, 
iş 
həcminin 
yerinə 
yetirilməsi 
diaqnostika 
prosesini 
mürəkkəbləşdirməyən əməliyyatlar, diaqnostika prosesinin 
pozulmaması üçün aparılması vacib olan və bunun üçün 
avtomobilin başqa posta göndərilməsi məqsədəuyğun olmayan 
işlər (məsələn, faraların quraşdırılmasını yoxlayan zaman lampanın 
dəyişdirilməsi) aparıla bilər. 
İxtisaslaşdırılmış diaqnostika sahəsi istehsalat binasının izolə 
olunmuş sahəsində yerləşdirilir və TXS-in gücündən, yerinə 
yetirilən işlərin həcmindən asılı olaraq avtomobilin tormoz 
xüsusiyyətlərini, dartıcı keyfiyyət göstəricilərini, mühərrikin və 
elektrik avadanlığının işini yoxlamaq üçün stendlər, motor-testerlə 
təchiz olunur. Bu sahədə, həmçinin işlənmiş qazlarda zərərli 
komponentləri təyin edən, fara işığının gücünü və istiqamətini, 
yanacaq sərfini, sükan idarəsini, şinlərdə hava təzyiqini və s. 
yoxlayan cihazlar yerləşdirilir. İdarə olunan təkərlərin qurulma 
bucaqlarının yoxlanması, nizamlanması, təkərlərin balanslaşdırıl-


51 
masının yoxlanması və nizamlanması bir qayda olaraq ayrıca 
istehsalat sahələrində nəzərdə tutulur. 
Diaqnostika işləri üçün nəzərdə tutulmuş xüsusi avadanlığın 
böyük bir qismi təkcə yoxlama-nəzarət işləri deyil, həm də lazımi 
nizamlama, sökmə-yığma, təmir işlərinin də aparılmasına imkan 
verir. 
TXS üçün bahalı və yüksək məhsuldarlıqlı diaqnostika 
avadanlığının seçilməsi, onun sayının təyin edilməsi, istehsalat 
proqramına uyğun rentabelli istifadə edilməsi çox mühüm 
məsələdir. Avtoservis mütəxəssisi müasir avtoservis texnoloji 
avadanlığının nomenklaturası, texniki xarakteristikaları, satış 
qiymətləri haqqında tam informasiyaya malik olmalı, bu avadanlığı 
seçməyi və TXS-in texnoloji prosesində səmərəli istifadə etməyi 
bacarmalıdır. 
TXS-in istehsalat proqramının tərkibindən və həcmindən 
asılı olaraq avtomobillərin diaqnostikası, qəbulu-təhvili, 
nizamlanması və CT proseslərində eyni nəzarət-diaqnostika 
vasitələri istifadə oluna bilər. Buna görə də avadanlığın seçilməsi, 
yerləşdirilməsi üçün istehsalat binalarının, diaqnostika sahələrinin 
tipləşdirilmiş texnoloji planlarından, mövcud müasir TXS-in 
təcrübəsindən, istehsalçı-zavodların tövsiyələrindən, yaradıcılıqla 
istifadə edilməli, istehsalatın təşkili, qəbul edilmiş texnoloji proses 
və nəhayət, ərazi sahəsinin verdiyi imkanlar, diaqnostika sahəsində 
işçi postların sayı, yerləşmə sxemi (bir-birindən asılı olmayan 
paralel və ya asılı olmayan ardıcıl xətt üzrə yerləşmə) nəzərə 
alınmalıdır. Diaqnostika avadanlığının yerləşmə planının nümunəsi 
ƏLAVƏ-də göstərilir. Kiçik TXS-də ixtisaslaşma səviyyəsi 
məhdud olduğundan işçi postların boş qalmaması üçün diaqnostika 
avadanlığından kompleks, yəni çox məqsədli istifadə etmək 
məqsədəuyğundur. İri TXS-də diaqnostika sahəsində postlarda 
diaqnostika üzrə əsas funksiyalar yerinə yetirilir, ancaq nizamlama 
işlərini asanlaşdırmaq üçün isə TQ və təmir zonasında da bəzi 
analoji avadanlıq yerləşdirilə bilər (məsələn, elektrik avadanlığını 
yoxlamaq və nizamlamaq üçün tester, təkərlərin qurulma 
bucaqlarını yoxlamaq və nizamlamaq üçün stend və s.). 
Diaqnostika avadanlığından istifadə etməklə avtomobillərin 
texniki vəziyyəti haqqında düzgün, həqiqi, obyektiv məlumatların 


52 
toplanaraq ciddi təhlil edilib müvafiq tədbirlərin görülməsi TQ və 
təmirin texnoloji prosesini səmərəli təşkil etməyə, maddi və əmək 
resurslarını düzgün bölüşdürməyə, bütövlükdə idarə etməni 
təkmilləşdirməyə və nəticədə əhəmiyyətli iqtisadi səmərə almağa 
imkan verir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə