GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


TXS-də texnoloji prosesin səmərəli



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   17   18   19   20   21   22   23   24   ...   112
Avtoservis - 2010 a

 
TXS-də texnoloji prosesin səmərəli
təşkili üçün indeksləmə 
TQ və CT zonalarında işlərin xüsusiyyəti işçi postların 50 

80%-nin qaldırıcılarla təchiz edilməsini tələb edir. Avtomobil-
gəlmələrin 80%-i avtomobilin qaldırılmış vəziyyətində işlərin 
görülməsi ilə əlaqədardır. Bu, həm də əmək məhsuldarlığını 10 

15% yüksəldir. Əgər TQ və CT postlarında işlər təkrarlanırsa 
(məsələn, universal postlar) avadanlıq və alətlərdən daha səmərəli 
istifadə etmək üçün onlar komplektləşdirilir (məsələn, bir post 
üçün, iki, üç və daha çox post üçün). 
TQ və CT zonaları avtomobillərin qəbulu-təhvili sahəsi, 
diaqnostika sahəsi və ehtiyat hissələri anbarı ilə texnoloji əlaqəlidir, 
onun tutduğu sahə isə ümumi istehsalat sahəsinin təqribən 40-45%-
ni təşkil edir. TQ və CT zonası ilə yanaşı köməkçi istehsalat 
sahələri (sexlər) yerləşdirilir ki, bunlar da ümumi sahənin 6-10%-
ni tutur. İstehsalat sahələrinin qarşılıqlı yerləşməsi onlar arasında 
funksional əlaqələr, işlərin texnoloji bircinsliyi və tikinti, yanğına 
qarşı və sanitar-gigiyena tələblərinin ümumiliyi ilə təyin edilir. 
İstehsalat binası planlaşdırıldıqda TQ və CT postlarının 
yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir, bu postlar iş növlərinə 
görə ixtisaslaşdırılır. Bu zaman mütləq nəzərə almaq lazımdır ki, 


41 
müəyyən vaxtdan sonra postların təyinatı və sayı dəyişdirilə bilər. 
Müasir TXS-də TQ və CT üzrə işlərin əsas hissəsi ümumi sahədə 
yerinə yetirilir. Kuzov və rəngləmə işləri üçün sahələr, adətən, 
ümumi sahədən arakəsmələrlə ayrılmış yerlərdə və ya ayrı binada 
yerləşdirilir. 
TQ və CT zonasında tələb olunan işlər kompleksi yerinə 
yetirildikdən sonra avtomobil nəzarət və təhvil sahəsinə daxil olur. 
Lazım gəldikdə işlərin keyfiyyəti diaqnostika postlarında yoxlanıla 
bilər. Diaqnostika və təhvil postları boş deyilsə və avtomobil sahibi 
hələ yoxdursa, avtomobil gözləmə avtomobil-yerinə qoyulur. TXS-
də işlərin təşkili zamanı avtomobil sahibi özünün istədiyi tərkibdə 
TQ və CT işlərini seçmə hüququna malikdir, ancaq bu zaman 
avtomobilin vəziyyətindən asılı olaraq yığışdırma-yuma işləri 
məcburi aparıla bilər. Həm də nəzərdə tutulmalıdır ki, avtomobil 
sahibi əlavə diaqnostika edilməsini tələb edə bilər. Eyni bir 
avtomobildə TQ işləri CT işlərindən qabaq aparılmalıdır. 
TXS-də texnoloji prosesin səmərəli təşkilini təmin edən 
məsələləri (amilləri) aydınlaşdırmaq məqsədilə tipləşdirilmiş TXS-
in post və şöbələrinin yerləşmə sxemindən istifadə edək. Sxemdə 
bütün postlar (avtomobil-yerləri) 
indeksə
malikdir. İndeksin 
nöqtəyə qədər birinci rəqəmi baxılan postun mənsub olduğu sahəni 
təyin edir, ikinci rəqəm isə postun növünün şifrini göstərir. 
TXS-in istehsalat sahələri (şəkil 2.8) aşağıdakı rəqəmlərlə 
işarələnmişdir: 

qəbul-təhvil sahəsi, 1; 

yuma sahəsi, 2; 

diaqnostika sahəsi, 3; 

TQ sahəsi, 4; 

CT sahəsi, 5; 

yağlama sahəsi, 6 

akkumulyator batareyalarının təmiri və doldurulması 
sahəsi, 7; 

elektrik avadanlığı və cihazlarının təmiri sahəsi, 8; 

qida sistemi cihazlarının təmiri sahəsi, 9; 

aqreqat-mexaniki sahə, 10; 

şin-montaj sahəsi, 11; 

mühərrik təmiri sahəsi, 12; 


42 

kuzov sahəsi, 13; 

rəngləmə sahəsi, 14. 
Postun növünün şifri isə aşağıdakı rəqəmlərlə işarələnmişdir: 

gözləmə avtomobil-yeri, 0; 

stasionar qaldırıcı-nəqledici avadanlıqla təchiz edilmiş işçi 
post, 1; 

döşəməüstü işçi post, 2; 

köməkçi post, 3; 

tormozların yoxlanması üçün stendlə təchiz edilmiş işçi 
post, 4; 

təkərlərin qurulma bucaqlarının yoxlanması və nizamlan-
ması üçün stasionar avadanlıqla təchiz edilmiş işçi post, 5; 

işıqlanma və siqnal cihazlarının yoxlanması üçün avadan-
lıqla, mühərrik və onun sistemlərini yoxlamaq üçün avadanlıqla 
(güc stendləri və s.) təchiz edilmiş işçi post, 6. 
Məsələn,
2.3 

qurutma postu (köməkçi); 
5.1 

stasionar qaldırıcı avadanlıqla təchiz edilmiş işçi CT
postu; 
6.0 

yağlama sahəsi üçün gözləmə avtomobil-yeri; 
14.2 

rəngləmə sahəsində döşəməüstü işçi post və s. 
Bu 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə