GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   14   15   16   17   18   19   20   21   ...   112
Avtoservis - 2010 a

Mühərrik
işçi temperatura qədər qızdırıldıqdan sonra 
starterlə asan işə düşməli, bütün rejimlərdə dayanıqlı işləməlidir. 
İşləmə zamanı kəskin seçilən kənar taqqıltı və səs-küy olmamalıdır. 
Buraxıla biləndir:
klapan mexanizminin, ümumi səs-küyə 
qarışan 
müntəzəm taqqıltısı; qazpaylayıcı valın intiqal 
mexanizminin işləməsindən yaranan müntəzəm, kəskin seçilməyən 
yüksək tonlu səs-küy; yağ nasosu intiqalının dişli çarxlarının xüsusi 
seçilməyən səs-küyü; yağdoldurma boğaz-lığından qazların çox az 
miqdarda sızması (silindrlərin və porşen üzüklərinin tam 
uyuşmaması nəticəsində). 
Buraxılmır
: porşenlərin, ana boynu və şatun yastıqlarının 
taqqıltısı; porşen barmaqlarının taqqıltısı, klapanların, çiyinlik 
(koromıslo) və ya itələyicilərin kəskin seçilən taqqıltısı, paylayıcı 
dişli çarxların, qazpaylayıcı valın intiqal zəncirinin, yağ nasosunun 
taqqıltısı və ya yüksək tonlu kəskin səs-küyü, su nasosunun 
pərlərinin və ya yastıqlarının səs-küyü; araqatlarından qazların 
sızması və ya araqatından hava çəkməsi. 
İlişmə muftası
asanlıqla işə qoşulmalı və mühərriki 
tranmissiyadan tam ayırmalıdır. İlişmə muftasının boş işləməsinə 
(yerində sürüşməsi) yol verilmir. İlişmə muftasının qoşulmuş 
vəziyyətində avtomobil yerindən səlis, sıçrayışlarsız tərpənməlidir. 
İlişmə muftasının sıxıcı yastığının və ya digər detallarının səs-küyü 
buraxılmır. İlişmə muftasının pedalı qaytarıcı yayın təsiri ilə 
başlanğıc vəziyyətə ilişmədən qayıtmalıdır. 
Ötürmələr qutusunda
pillələrin dəyişdirilməsi yüngül, səs-
küysüz və ilişmələr olmadan alınmalıdır. Dişli çarxların öz-özünə 
ilişmədən çıxması, dişli çarxların düzgün ilişmədiyini bildirən 
taqqıltı və zərbələrin olması buraxılmır. 
 Kardan valının
vurması normanı aşmamalıdır. Valın boltlu 
birləşmələri etibarlı bərkidilməlidir. Kardan valı yağlama xəri-
təsinə uyğun yağlanmalıdır. Kardan valının şlisli birləşmələrində, 
oynaqlarında araboşluqları normanı aşmamalıdır, həmçinin şlisli 
birləşmələrdə ilişmələr, kardan ötürməsində deformasiyalar, 
görünən çatlar, avtomobilin hərəkəti zamanı taqqıltılar olma-
malıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə