GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   16   17   18   19   20   21   22   23   ...   112
Avtoservis - 2010 a

Kuzovun 
(banın) qapılarının, kapotun, baqaj yerinin qıfılları 
təmir edildikdən və ya dəyişdirildikdən sonra onların öz-özünə 
açılması buraxılmır. Ban qapıları, kapot, baqaj yerinin qapağı kip 
bağlanmalı və yüngül açılmalıdır. Şüşə qaldırıcı mexanizmlərin 
təmirindən və ya dəyişdirilməsindən sonra qapı şüşələri rahat 
qalxmalı, enməli və istənilən vəziyyətdə saxlanmalıdır. Şüşələri 
dəyişdikdə nasaz yönəldicilər dəyişdirilir, şüşələrin rezin araqatları 
banın hermetikliyini təmin etməlidir. 
Banın qapıları, baqaj yerinin qapağı, kapotun təmiri və ya 
dəyişdirilməsi zamanı çəplik olmaması üçün onlar öz yerlərinə 


39 
yaxşı oturdurmalı, cəftələr etibarlı bərkidilməli, oynaqlardakı lüft 
normaya uyğun olmalı, yararzıs rezin kipləşdiricilər əvəz olunmalı, 
banın səthində əziklər və başqa zədələr düzəldilməlidir. Çətin əl 
çatan yerlərdə səthin lehim və ya müvafiq məqsədlər üçün nəzərdə 
tutulmuş 
xüsusi 
tərkiblərlə 
doldurularaq 
hamarlanması 
mümkündür. Çatlar, cırılmalar və deşilmələr qaynaqla işlənməlidir. 
Üz səthlərdəki tikiş yerləri əsas metalın səthi ilə eyni səviyyədə 
emal olunmalıdır. 
Dərin korroziya ilə zədələnmiş, həmçinin deşilmiş və ya 
cırılmış yerlərdə əlavə təmir hissələrinin (yamaq) qoyularaq bütün 
kontur boyu qaynaq edilməsi mümkündür. Banın əsasının hissələri 
kontur üzrə deformasiyalar və çəpliklər olmadan qaynaq 
edilməlidir. Bana bərkidilən detalların bandakı bolt yerləri yeyilmiş 
və ya dağılmış olarsa, bu deşiklər qaynaqla doldurulur, sonradan 
tələb olunan nominal ölçüdə deşiklər açılır. 
Banın əsasında və dayaqlarında düzəlmə və qaynaq işləri 
aparıldıqdan sonra qapı yerlərinin çəpliyi və ölçülərinin pozulması, 
bərpa olunmuş banın əsasının həndəsi ölçüləri və təmir edilmiş 
avtomobilin şassisinin parametrləri (qabaq və arxa körpülərin 
qarşılıqlı vəziyyəti) normaya uyğun olmalıdır. Üz çəkmə işlərindən 
sonra oturacaq və söykənəcəklərdə qatlar, sallanmalar, çökəklər, 
üzlük materiallarının sınması olmamalıdır. Tavanın üzlüyü hamar 
çəkilməlidir, sallanma olmamalıdır, təmirdən sonra üzlüklər təmiz 
olmalıdır. 
Köhnə rəngi çıxartmaqla avtomobil tam rəngləndikdən sonra 
eyni parlaqlığa, rəngə malik olmalıdır. Rəngin axması, pardaxlayıcı 
alətdən qalan çatlar, cızılmalar, qıraqlarda (uclarda) rəngin 
quruyaraq sallanması, səthdə boş yerlərin buraxılması olmamalıdır. 
Çətin əlçatan yerlərdə rənglənən səthlərdə (daxili səthlərdə, 
yuvalarda və s.) azacıq kələ-kötürlük və qaynaq tikişlərinin 
seçilməsi buraxılır. Avtomobili sintetik emallarla rənglədikdə çox 
cüzi «şaqren» buraxılabiləndir. 
Avtomobilin lak-rəng örtüyü zəmanət müddətində öz 
möhkəmlik, qoruyucu-dekorasiya xassələrini itirməməli və 
soyulmamalıdır. Rənglənməsi nəzərdə tutulmayan hissələrdə, 
məsələn, şinlərdə, bəzək detallarında, rezin və başqa kipləşdirici 
elementlərdə rəng izlərinin düşməsi buraxılmır. Banın hər hansı bir 


40 
hissəsi yerli rəngləndikdə həmin hissənin yeni rəngi əsas rəngə 
uyğun olmalıdır. Hissənin yeni rənginin nisbətən tünd tərəfə 
fərqlənməsi buraxılabiləndir. Rənglənmiş səth gündüz işığında 
hamar, rəng axıntıları olmadan, müntəzəm parlayan görünməlidir. 
Antikorroziya örtüyü əvvəlcədən hazırlanmış səthə hamar 
qatla, boşluqlar olmamaqla vurulur. Qorunması nəzərdə 
tutulmayan detallara və digər xarici səthlərə antikorroziya 
materialının (mastikanın) düşməsi buraxılmır. Avtomobilin 
rənglənmiş səthi pardaxlandıqdan sonra eyni parlaqlığa malik 
olmalıdır. Səthdə istifadə edilmiş pastanın izləri qalmamalıdır. 
Texniki xidmət stansiyasında TQ və təmirin yerinə 
yetirlməsinin keyfiyyəti həm işlərin aparılması prosesində, həm də 
onları qurtardıqdan sonra yoxlanmalıdır.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə