GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


TQ-dən keçmiş avtomobil aşağıdakı tələblərə cavab



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   13   14   15   16   17   18   19   20   ...   112
Avtoservis - 2010 a

TQ-dən keçmiş avtomobil aşağıdakı tələblərə cavab 
verməlidir: 

banın, kapotun xarici səthləri, xromlanmış hissələr, banın 
şüşələri, nömrə işarələri, təkərlər təmiz olmalıdır, təkər şinlərində 
havanın təzyiqi normada olmalı, şinin protektorunda kənar əşyalar 
(şüşə qırıntısı, mismar və s.) olmamalıdır, təkərlərin disbalansı 
normada olmalıdır; 

yerinə yetirilən işlərə uyğun olaraq yoxlanmalı və 
bərkidilməli olan bütün birləşmələr etibarlı bərkidilməlidir, lazım 


35 
olduqda sancaqlanmalıdır. Mühərrikin yağlama sisteminin, 
süzgəclərin və gövdə qapaqlarının, yağ borularının və ştuserlərin 
birləşmələrində yağ sızması olmamalıdır. «Tərləmə» 

yağ 
ləkələrinin əmələ gəlməsi normal işləməni pozmursa, nasazlıq 
əlaməti sayılmır; 

soyutma sisteminin, su nasosunun və silindrlər blokunun, 
su borularının və şlanqlarının birləşmə yerlərindən soyuducu maye 
sızmamalıdır. Soyuducu mayenin səviyyəsi və antifrizin sıxlığı 
normaya uyğun olmalıdır; 

qida sistemində, tormoz sisteminin hidravlik intiqalında, 
ilişmə muftasının hidravlik intiqalında birləşmə yerlərindən işçi 
maye sızmamalıdır. Mayenin səviyyəsi normaya uyğun olmalıdır. 
Mühərrikin karterinin, ötürmələr qutusunun, arxa körpü, sükan 
mexanizmi karterlərinin müxtəlif hissələrinin görüşmə səthləri üzrə 
yağ sızması olmamalı, yağın səviyyəsi normaya uyğun olmalıdır; 

avtomobilin elektrik avadanlığı aqreqatları və cihazları, 
xarici elektrik xətləri təmiz, yoxlanılmış və nizamlanmış olmalıdır. 
Elektrik xətləri konstruksiyada nəzərdə tutulmuş yerlərdə etibarlı 
bərkidilməli, birləşmələrdə kontaktlar və izolyasiyanın sazlığı 
yaxşı yoxlanılmalıdır. Akkumulyator batareyaları və tıxacların 
ventilyasiya deşikləri çirkdən təmizlənməli, akkumulyator 
batareyalarında elektrolitin sıxlığı və səviyyəsi normaya uyğun 
olmalıdır. Akkumulyator batareyasının qütb sıxacları və naqillərin 
ucluqları təmizlənmiş və kontaktların etibarlılığını təmin etmək 
üçün texniki vazelinlə yağlanmış olmalıdır; 

ventilyator qayışının əyintisi (tarımlığı) normaya uyğun 
olmalıdır, radiatorun jalüzləri asan açılmalı və bağlanmalı, istənilən 
vəziyyətdə fiksə olunmalıdır (mövcud olduqda), qida sistemi 
elementlərinin intiqalı ilişmədən işləməlidir; 

ilişmə muftasının və tormozun pedallarının boş gedişi 
normaya uyğun olmalı, sükan çarxının düzxətli hərəkətə uyğun 
vəziyyətində cəm lüftü normaya uyğun olmalı, tormozlar saz 
olmalı, onların vəziyyəti səmərəli tormozlamanı təmin etməlidir; 

mühərrikdə yağlama işləri aparılmalı, süzgəc elementləri 
dəyişdirilməli və ya yuyularaq təmizlənməlidir. Mühərrikdə, 
ötürmələr qutusunda, arxa körpüdə, sükan mexanizmində, 
paylayıcı qutuda yağın səviyyəsi normada olmalı, avtomobildə 


36 
yağlama işləri istehsalçı-zavodun verdiyi yağlama xəritəsinə 
müvafiq aparılmalıdır; 

mühərrik asan isə düşməli və bütün rejimlərdə dayanıqlı 
işləməlidir, qida sistemi elementləri yuyulmuş, yoxlanmış və 
nizamlanmış olmalıdır, zəhərli qazların (hər bir mühərrik tipi üçün 
- benzin, dizel və qaz yanacaqlı mühərriklər üçün mövcud 
standartlarla müəyyən olunmuş zəhərli qazlar) işlənmiş qazlarda 
miqdarı normaya uyğun olmalı, norma həddini keçməməlidir; 

qida sistemində çökdürücülər təmizlənmiş, yuyulmuş 
olmalı, yanacaq nasosu lazımi təzyiqi təmin etməli, 
havatəmizləyici yuyulmuş və təzə yağla doldurulmuş olmalı, 
süzgəc elementi dəyişdirilməlidir; 

alışdırma sistemi elementləri təmiz və nizamlanmış 
olmalı, şamların elektrodları arasında araboşluğu və klapanların 
intiqalı mexanizmində «istilik» araboşluqları normaya uyğun 
olmalıdır; 

mühərrikin ventilyasiya sistemi təmizlənməli, işlənmiş 
qazların sızmaması və əlavə səs-küy yaratmaması üçün süzgəc 
elementi dəyişdirilməlidir. Səsboğanın hissələri bərkidilməlidir; 

amortizatorların işləmə qabiliyyəti normada olmalıdır. 
Amortizator mayesinin sızması olmamalıdır. Qabaq və arxa təkər 
toplarında yağ dəyişdirilir və ya əlavə edilir. Qabaq asqının 
oymaqları, linglərin oxları, yayların oturacaqları və asqının digər 
detalları etibarlı bərkidilməlidir. Qabaq təkərlərin qurulma 
bucaqları normaya yuğun olmalıdır; 

arxa körpünün sürüşməsi (çəpləşməsi) və arxa təkərlərin 
qurulma bucaqları normaya uyğun olmalıdır. Qabaq və arxa 
asqıların oynaqlı dayaqlarının, oynaqlarının, rezin-metal və rezin 
oymaqlarının, döşəkçələrinin, qoruyucu qapaqların, örtüklərin 
(çexolların) vəziyyəti normaya uyğun olmalı, onlarda deforma-
siyalar olmamalıdır; 

işıq və səs siqnallarının işi, faraların qurulması və işıq 
gücü normaya yuğun olmalıdır. 
TQ-dən çıxmış minik avtomobillərinin aqreqatları, yuxarıda 
qeyd olunanlardan əlavə aşağıdakı texniki tələblərə də cavab 
verməlidir. 


37 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə