GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   15   16   17   18   19   20   21   22   ...   112
Avtoservis - 2010 a

Arxa körpüdə
avtomobilin hərəkəti zamanı dişli çarxların 
taqqıltısı və yüksək tonlu səs-küyü, tormoz barabanlarının tormoz 


38 
qəliblərinə və dayaq disklərinə ilişməsi, tormoz barabanlarının, 
həmçinin təkər toplarının həddən artıq qızması olmamalıdır. 
Qabaq 
təkərlər
sərbəst fırlanmalıdır. 
Qabaq asqının
oymaqları, linglər, 
yaylar və digər detallar etibarlı bərkidilməlidir. 
Sükan çarxı
bütün dönmə diapazonunda ilişməsiz 
fırlanmalıdır, dönmə zamanı sükan çarxına tətbiq olunan qüvvə 
normadan çox olmamalıdır. Təkərləri ən kənar vəziyyətlərə qədər 
döndərdikdə avtomobilin hər hansı bir detalına (lingə, çərçivəyə və 
s.) ilişməməlidir. İdarə olunan təkərlərin maksimal dönmə 
bucaqları normaya uyğun olmalı, sükan çarxının oxboyu lüftü 
olmamalıdır. 
Avtomobilin hərəkəti zamanı sükan idarəsində taqqıltılar, 
rəqqasi lingin oxu ilə oymağı arasında oxboyu və radial araboşluğu 
olmamalıdır. Sükan idarəsi dartqılarının deformasiyası buraxılmır. 
Tormoz sistemi
sol və sağ təkərlərin eyni vaxtda və effektli 
tormozlanmasını tormoz pedalının bir dəfə basılması ilə təmin 
etməlidir. Tam tormozlamada tormoz pedalı və lingi döşəməyə 
dirənməməli, azacıq ona çatmamalı və qaytarıcı yayın təsiri ilə 
başlanğıc vəziyyətə tez və ilişmələr olmadan qayıtmalıdır. 
Tormoz barabanlarında və disklərində 
çatların olması 
buraxılmır. 
Tormoz barabanlarının ellipsliliyi və ovallığı normaya 
uyğun olmalıdır. Tormoz qəliblərinin üzlüklərinin səthi təmiz 
olmalıdır. Üzlüklərin həddən artıq yeyilməsi buraxılmır. 
Təkərlər
öz toplarında etibarlı bərkidilməlidir. Təkər 
disklərində çatlar və deformasiyalar, şinlərdə deşiklər, kord 
saplarının qırılması olmamalıdır. Protektorun naxışının yeyilmə 
həddi normaya uyğun olmalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə