GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   ...   112
Avtoservis - 2010 a

 
 
 
 
 

Azərbaycan Texniki Universiteti, 2010. 




 
Avtoservisdə xidmət
 – işçilərin əməyi olub, fərdi şəxslərə 
(əhaliyə) məxsus avtonəqliyyat vasitələrinə xidmət üzrə fəaliyyət 
şəklində ifadə olunur. Əgər maddi istehsalat sahələrində 
yaradılmış məhsul ehtiyat şəklində mövcud olub gələcəkdə istifadə 
edilə bilirsə, xidmətlərin istehsalı və istifadəsi onların icrası və 
alınması vaxtına görə üst-üstə düşür… 
 
“Mən eşidirəm və unuduram 
Mən görürəm və yadda saxlayıram 
Mən edirəm və başa düşürəm” 
… 
Yüksək xidmət mədəniyyəti
təmin etmək üçün aşağıdakı 
deviz tətbiq edilə bilər: 
- tələsənlərə – sürətlə, tez;
- lənglərə – tələsmədən, aramla;
- tərəddüd edənlərə – ruhlandırmaqla;
- əsəbilərə – xeyirxahlıqla, nəzakətlə;
- kobudlara – təmkinlə, səbirlə;
- xırdaçı, vasvası olanlara – xüsusi diqqətlə, qayğı ilə xidmət etmək 
lazımdır...
 



Ön söz
 
Dünya iqtisadiyyatının müasir inkişaf mərhələsində 
avtomobil nəqliyyatı vahid nəqliyyat sisteminin başlıca elementi və 
əsas daxili nəqliyyat növü olub, ölkənin iqtisadiyyatının 
yüksəldilməsində və sosial inkişafında aparıcı rol oynayır. 
Avtomobil nəqliyyatı vasitələrinin kütləvi tətbiqi öz arxasınca 
iqtisadiyyatın bütün sektorlarında, sosial sferada, əmək bazarında, 
şəhərtikmə siyasətində, insanların istirahətində və cəmiyyətin digər 
aspektlərində böyük dəyişikliklər etmişdir. Müasir dövrdə 
avtomobilləşmə prosesi mahiyyətcə qlobal xarakter almışdır. 
Hazırda inkişaf etmiş ölkələrdə bütün sərnişin və yük daşımaları 
həcminin 75…80%-ə qədəri avtomobil nəqliyyatı ilə yerinə 
yetirilir. Məsələn, yük daşımalarının Böyük Britaniyada 50%-ə 
qədəri, Fransada 53%-dən çoxu, Almaniyada 68%-ə yaxını 
avtomobil nəqliyyatı tərəfindən yerinə yetirilir. 
Azərbaycan Respublikasında avtomobil nəqliyyatı parkı son 
illərdə intensiv artır (hazırda Respublikanın ümumi avtomobil 
parkında avtomobillərin sayı 930 mindən çoxdur, son 10 ildə 
avtomobil parkı 2 dəfədən çox artmışdır) və orta illik artım 
10...12% təşkil edir. Bununla yanaşı onu da qeyd etmək lazımdır 
ki, Respublikanın ümumi avtomobil parkının 30%-dən çoxunun 
istismar müddəti 20 ildən artıq, 60%-nin istismar müddəti 10 ildir, 
istismar müddəti 10 ildən az olan avtomobillərin miqdarı isə 10%-
ə yaxındır.
Respublikada 
avtomobil 
parkının 
sürətlə 
artması 
iqtisadiyyatın və sosial sferanın yüksək inkişafını təmin etməklə 
yanaşı, nəqliyyat prosesinin təşkili, hərəkət və ekoloji 
təhlükəsizliklə bağlı bir sıra neqativ effektlər yaradır. Bu neqativ 
effektlər avtomobil parkının artım dinamikasının aşağıdakı əsas 
xüsusiyyətləri ilə əlaqədardır. 
Respublikanın avtomobil parkının orta istismar müddəti 
(avtomobillərin orta yaşı) çox böyük olduğundan onların texniki 
səviyyəsi aşağıdır. Avtomobil parkının orta yaş həddinin faktiki 
qiyməti normativdən 2...3 dəfə böyükdür və bu Respublikaya 
gətirilən avtomobillərin böyük hissəsinin istismarda olmuş (köhnə) 
avtomobil olması ilə əlaqədardır. 



Avtomobil nəqliyyatının Respublika bölgələri üzrə 
paylanması kəskin qeyri-müntəzəmdir, ümumi avtomobillərin 
60%-dən çoxu Bakı şəhərində cəmləşib. 
Avtonəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələrin 
(subyektlərin) sayı digər nəqliyyat növləri ilə müqayisədə həddən 
artıq çoxdur. 
Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar avtomobil 
nəqliyyatının mülkiyyət strukturu kəskin dəyişərək onun böyük 
hissəsi səhmdar cəmiyyətlərə, kommersiya müəssisələrinə və fərdi 
şəxslərə mənsubdur. Bundan başqa artım dinamikası müxtəlif 
avtomobil tipləri üzrə kəskin fərqli olduğundan ümumi parkın 
tərkib strukturu da nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Belə ki, 
son 10 ildə Respublikada minik avtomobillərinin sayı böyük 
intensivliklə artaraq ümumi avtomobil parkının 85%-dən çoxunu 
təşkil edir. 
Yuxarıda sadalanan xüsusiyyətlər bütövlükdə Respublikada 
avtomobil nəqliyyatının texniki vəziyyətinın idarəolunma prosesini 
mürəkkəbləşdirir, avtomobillərin istismar etibarlığının tələb olunan 
səviyyəsi aşağı düşür və nəticədə, əvvəldə qeyd olunan neqativ 
effektlər, yəni nəqliyyat prosesinin təşkili, hərəkət və ekoloji 
təhlükəsizliklə bağlı problemlər artır.
Avtomobil nəqliyyatının texniki vəziyyətinin səviyyəsi və 
tələb olunan istismar etibarlığının təmin edilməsi normativ-texniki 
bazaya əsaslanır. Keçmiş ittifaq məkanında mülkiyyət formasından 
asılı olaraq avtomobil nəqliyyatının istismarda texniki vəziyyətinin 
tələb olunan səviyyəsinin təmin olunmasının əsasları müxtəlif 
normativ sənədlərlə müəyyən olunurdu. Dövlət tabeçiliyində və 
fərdi istifadədə olan avtomobil nəqliyyatının TQ və təmiri müxtəlif 
əsasnamələrlə («Avtomobil nəqliyyatının hərəkət tərkibinin TQ və 
təmiri haqqında əsasnamə», «Vətəndaşlara məxsus minik 
avtomobillərinin 
TQ 
və 
təmiri 
haqqında 
əsasnamə») 
reqlamentləşdirilirdi. Bu «Əsasnamə»lər prinsip, metod və 
normativləri ilə kəskin fərqlənir və hal-hazırda formal olaraq ləğv 
edilməyib.
Sərbəst iqtisadi münasibətlər şəraitində mülkiyyət 
formasından asılı olmayaraq avtomobil nəqliyyatının texniki 
vəziyyətinə nəzarət vahid standart göstəricilər və üsullarla 



müəyyən edilməli, bu sahədəki normativ sənədlər tam sistem təşkil 
etməli və sertifikatlaşdırma sisteminin tələblərinə uyğun olmalıdır.
Yuxarıda göstərilən «Əsasnamə»lər qeyd edilən müasir 
tələblərə bütövlükdə cavab vermir. Bununla əlaqədar son dövrlərdə 
Respublikada avtomobil nəqliyyatının texniki vəziyyətinin 
səviyyəsinin təmin edilməsi ilə məşğul olan avtoservis 
müəssisələrinin fəaliyyətini reqlamentləşdirən bir sıra müasir 
normativ-texniki sənədlər işlənmiş və təsdiq edilmişdir. Bu 
normativ sənədlərə başlıca olaraq «Nəqliyyat vasitələrinə təminatlı 
texniki xidmət göstərilməsi haqqında», «Nəqliyyat vasitələrinə 
təminatlı texniki xidmət göstərən texniki təmir stansiyaları 
haqqında» və «Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət 
göstərən texniki təmir sahələri haqqında» Əsasnamələr aiddir. 
Lakin qeyd edilən bu Əsasnamələr müəssisələrin fəaliyyətinin bir 
sıra texniki və hüquqi aspektlərini müəyyən edir. Onların 
bütövlükdə 
texniki və 
texnoloji 
cəhətdən 
fəaliyyətini 
reqlamentəşdirən: istehsalat sahələrinin planlaşdırılmasını, 
müəssisələrin texnoloji avadanlıqlarının normativ siyahısını, 
avtomobillərin diaqnostik parametrlərinin nomenklaturasını, 
minik, yük avtomobilləri və avtobusların texniki qulluğu və 
təmirinin aparılma müddəti normalarını və s. müəyyən edən 
normativ sənədlərin işlənib hazırlanması zəruridir.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə