GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   4   5   6   7   8   9   10   11   ...   112
Avtoservis - 2010 a

 
1.4. AVTOMOBİLLƏRƏ TƏMİNATLI XİDMƏT 
 
1.4.1. Avtonəqliyyat vasitələrinə verilən zəmanətlər 
və texniki təminatlar 
 
Avtonəqliyyat vasitələrinin istismarı ilə bağlı aşağıdakı 
təminat növləri mövcuddur: 

istehsalçı-zavod tərəfindən istehsal olunan yeni 
avtomobillərin istismar keyfiyyətlərinə zavod tərəfindən verilən 
zəmanət (yürüş və ya istismar müddəti ilə). Bu zəmanət zavod 
tərəfindən avtomobil üçün müəyyən olunmuş istismar qaydaları və 
texniki şərtlər gözlənilməklə avtomobilin istifadəsinə verilən 
zəmanətdir. Zəmanət dövründə təminatlı texniki xidmət istehsalçı-
zavodun firma avtoservis müəssisəsində və ya təmsilçisində 
aparılır. 

avtomobillərin istismarı prosesində (zəmanət dövründən 
sonra) servis müəssisələri tərəfindən yerinə yetirilən texniki 
xidmətin keyfiyyətinə təminat.
Bu təminat öz növbəsində aşağıdakı formalarda ola bilər: 

firma avtoservis müəssisəsində və istehsalçı-zavodun 
təmsilçisi 

dileri olan avtoservis müəssisələrində, həmçinin 
istehsalçı-zavodla həmin zavodun avtomobillərinə təminatlı texniki 
xidmət aparmaq barədə müqaviləsi olan üçüncü tərəfin avtoservis 
müəssisəsində yerinə yetirilən texniki xidmətlərin keyfiyyətinə 
verilən təminat. Bu təminat istehsalçı-zavod tərəfindən 
reqlamentləşdirilən normativ-texniki sənədlərlə müəyyən edilir və 


16 
xidmət sahələrində keyfiyyət təminatını dövlət tərəfindən 
tənzimləyən mövcud normativ hüquqi sənədlərlə müəyyənləşir; 

avtomobil sahibi (istehlakçı) və avtoservis müəssisəsi 
arasında, avtomobil xidmətə qəbul olunduqda
,
bağlanan müqavilə 
(müqavilədə təminat müddəti, şərtləri və digər zəruri məlumatlar 
göstərilməlidir, bu zaman istehsalçı-zavodun təminatlı xidmət 
şərtləri də əsas götürülə bilər) əsasında yerinə yetirilən texniki 
xidmətin (TQ və təmir) keyfiyyətinə verilən təminat. Yerinə 
yetirilən xidmətin keyfiyyətinə təminat xidmət göstərilən 
avtomobilin istismar qaydalarında (istismar kitabçasında, servis 
kitabçasında, həmin avtomobilin istehsalçısı olan zavodun istismar 
üçün tövsiyələrində və s.) qeyd olunmuş normativ-texniki şərtlərlə 
və xidmət sahələrində dövlət tərəfindən keyfiyyət təminatını 
tənzimləyən mövcud normativ hüquqi sənədlərlə müəyyənləşir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə