GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


İstehsalçı-müəssisənin (avtomobil zavodunun) təminat



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə9/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   5   6   7   8   9   10   11   12   ...   112
Avtoservis - 2010 a

1.4.2. İstehsalçı-müəssisənin (avtomobil zavodunun) təminat 
öhdəliklərinin yerinə yetirməsi ilə bağlı olan təminatlı xidmət
 
 
Avtomobilin istismarının təminatlı dövrü istehsalçı-zavod 
tərəfindən vaxta və yürüşə görə müəyyən edilir və texniki 
şərtlərdə və istismar üzrə Təlimatda göstərilir.
Bu dövrün 
hesablanması avtomobilin satış tarixindən başlanır, bu tarix isə 
hesab-arayışda, texniki pasport və ya servis kitabçasında qeyd 
olunur. Avtomobillərin təminatlı xidmətinin təşkil qaydaları, 
istehsalçı-zavodların funksiyaları və öhdəlikləri, təminatlı xidmət 
yerinə yetirən məntəqələrin və TXS-in funksiyaları, avtomobillərə 
təminatlı xidmət dövründə xidmət edən müəssisələrin xidmətindən 
istifadə edən avtomobil sahiblərinin hüquqları müvafiq normativ-
texniki və hüquqi sənədlərlə müəyyən edilir və reqlamentləşdirilir 
(Nizamnamələr, Əsasnamələr, Təlimatlar, Müqavilələr və s.). 
Təminatlı xidmət
– istehsalçı-müəssisənin təminat öhdə-
liklərinin yerinə yetirməsi ilə bağlı olan və 
təminatlı xidmət 
dövründə
məmulatın istehsalçı-müəssisənin müəyyən etdiyi 
istismar xarakteristikaları çərçivəsində tam işləmə qabiliyyətinin 
təmin edilməsinə yönəldilmiş işlər (əməliyyatlar) kompleksidir. 
Təminatlı xidmətə daxildir: 

istismarın təminatlı dövründə avtomobillərə TQ; 


17 

avtomobillərin və əsas aqreqatların təminatlı təmiri 
(dəyişdirilməsi). 
Təminatlı TQ 
− istehsalçı-müəssisənin təminat öhdəlikləri-
nin yerinə yetirməsi ilə bağlı olan və 
təminatlı xidmət dövründə
imtina və nasazlıqların, ətraf mühitin zərərli təsirinin qarşısının 
alınmasına və məmulatın istehsalçı-müəssisənin müəyyən etdiyi 
istismar xarakteristikaları çərçivəsində tam işləmə qabiliyyətinin 
təmin edilməsinə yönəldilmiş işlər (əməliyyatlar) kompleksidir.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə