GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   ...   112
Avtoservis - 2010 a

 
1.3. AVTOMOBİLLƏRİN SATIŞDAN QABAQ 
HAZIRLANMASI 
 
Satış zamanı avtomobilin keyfiyyəti istehsalçı-zavodun 
texniki şərtlərinin və müəyyən olunmuş qaydada təsdiq edilmiş 
digər normativ-texniki sənədlərin tələblərinə uyğun olmalıdır. 
Satışdan qabaq hazırlığın aparılması istehsalçı-zavodun 
öhdəliklərinin (təhəddüdlərinin) təmin olunması üçün məcburi 
şərtdir. Bu barədə servis kitabçasında və ya onu əvəz edən sənəddə 
müvafiq qeydiyyat aparılır. 
Zavoddan satış üçün mağazaya gətirilən avtomobilə lak-rəng 
örtüyünü qorumaq məqsədilə qoruyucu antikorroziya tərkibi 
çəkilir. Satışdan qabaq bu tərkib avtomobildən təmizlənməlidir. 
Nəqletmə zamanı avtomobilin kuzovunun səthi və salonun daxili 
çirklənir və onların yuyulması, təmizlənməsi tələb olunur. Satışdan 
qabaq avtomobil diqqətlə texniki baxışdan keçirilir, lazımi 
nizamlama və yoxlama-nəzarət işləri yerinə yetirilir. Bu zaman 
hərəkət təhlükəsizliyini təmin edən sistem və qovşaqların diqqətlə 
yoxlanmasına xüsusi fikir vermək lazımdır. Aşkar olunmuş bütün 
imtinalar və nasazlıqlar aradan götrülməlidir ki, alıcı istehsalçı-
zavodun texniki şərtlərinə müvafiq saz avtomobilə sahib olsun. 
Minik avtomobillərinin satışdan qabaq hazırlanması üç növ 
kompleks işlərin aparılmasını nəzərdə tutur: 

məcburi işlər; 

tələbata görə nasazlıqların aradan qaldırılması; 

alıcının arzusuna görə yerinə yetirilən və onun özü 
tərəfindən haqqı ödənilən əlavə işlər. 
Məcburi işlər
kompleksinə daxildir: 


14 

konservasiya 
(qoruma) örtüyünün çıxarılması və 
yığışdırma-yuma əməliyyatlarının aparılması; 

satış sənədlərindəki (malı müşayiət edən) nömrələrin 
avtomobilin mühərriki, şassisi və kuzovunun nömrələri ilə uyğun 
gəldyinin (üst-üstə düşdüyünün) yoxlanması; 

texniki sənədlərin, komplektləşdirici hissə və ləvazi-
matların yerində olmasının yoxlanması; 

hərəkət təhlükəsizliyini təmin edən qovşaq və sistemlərin 
yoxlanması; 

mexaniki zədələrin aşkar edilməsi (məsələn, kuzovdakı 
cızıqlar və batıqlar). 
Avtomobilin modelindən asılı olaraq bu işlər kompleksinin 
tövsiyə olunan əmək tutumu təqribən 4 adam·saatdan çox olmur. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə