GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   ...   112
Avtoservis - 2010 a

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



GİRİŞ 
 
Avtomobil nəqliyyatı keyfiyyət və kəmiyyətcə sürətlə inkişaf 
edir. Hazırda dünyada avtomobillərin sayı 1 mlrd ədədi keçmişdir. 
Respublikamızda isə avtomobil parkının sayı 930 mindən çoxdur. 
Avtomobil parkı dünyanın aparıcı, iri avtomobil istehsalçılarının 
yeni, mükəmməl konstruksiyalı, etibarlı, təhlükəsizlik və ekoloji 
baxımdan daha mükəmməl avtomobilləri ilə daim yeniləşir və 
komplektləşdirilir, yəni başqa sözlə intensiv avtomobilləşmə 
prosesi gedir.
İntensiv avtomobilləşmə prosesi ilə yanaşı avtoservis 
xidmətlərinin növləri və həcmi də artmalıdır. Bu isə öz növbəsində 
avtomobil servis müəssisələrinin (ASM), o cümlədən texniki 
xidmət stansiyalarının (TXS), avtomobil yanacaqdoldurma 
stansiyalarının (AYDS), müxtəlif növ rahat avtomobil 
duracaqlarının, avtomobillər, ehtiyat hissələri və istismar 
materiallarının satış mağazaları, müxtəlif təyinatlı anbarlar
 
şəbəkələrinin genişləndirilməsi və təkmilləşdirilməsi yönümündə 
problemlərlə bağlıdır. Avtoservis sisteminin inkişafı və 
təkmilləşdirilməsi yeni obyektlərin tikilməsini, yeni texnika və 
mütərəqqi texnologiyanın, istehsalatın və əməyin təşkilinin 
səmərəli forma və metodlarının geniş tətbiq edilməsini nəzərdə 
tutur. 
Bu sahədə elmi-texniki tərəqqinin əsas istiqamətlərindən 
aşağıdakıları qeyd etmək olar: 

yeni tikilməsi nəzərdə tutulan avtoservis müəssisələrinin 
ən müasir tələblər səviyyəsində texniki-iqtisadi 
əsaslandırılması; 

mütərəqqi texnoloji proseslərin tətbiq edilməsi

istehsalat proseslərinin avtomatlaşdırılması və mexanik-
ləşdirilməsi səviyyəsinin yüksəldilməsi; 

maddi-texniki təminatın təşkilinin təkmilləşdirilməsi; 

əsas istehsalat fondlarından istifadənin səmərəliliyinin 
yüksəldilməsi, material və əmək tutumunun azaldılması; 

müasir xidmət formalarından istifadə edilməsi; 

texnoloji və tikinti baxımından daha mükəmməl 
layihələrin (məsələn, iş növlərinə olan faktiki tələbatın 



nəzərə alınması, mərhələlər üzrə inkişafın mümkünlüyü və 
s.) tətbiq olunması; 

idarəetmədə mütərəqqi sistemlərin tətbiq edilməsi; 

reklam fəaliyyətinin təkmilləşdirilməsi; 

avtoservis xidmət növlərinin keyfiyyət təminatının 
yüksəldilməsinə yönəldilmiş tədbirlərin işlənməsi. 
Avtomobilləşmə prosesi ilə bağlı yaranan problemlərin həlli 
müəyyən normativ-texniki, texnoloji, təşkilati, iqtisadi və digər 
tədbirlərin elmi yanaşma ilə yerinə yetirilməsini tələb edir. 
Sadalanan tədbirlər çərçivəsində ən önəmli məsələlərdən biri 
avtomobillərin mövcud istismar şəraitinin tələbləri ilə müəyyən 
edilən və daim yüksələn etibarlılıq səviyyəsinin təmin edilməsidir. 
Burada, eyni zamanda nəzərə almaq lazımdır ki, avtomobil 
nəqliyyatı inkişaf etdikcə avtomobillərin konstruksiyalarında yeni 
və konstruktiv olaraq daha mürəkkəb qurğular quraşdırılır. Qeyd 
olunanlar avtoservis işçilərinin ixtisas səriştəsinin yüksəldilməsinə, 
əmək şəraitinin yaxşılaşdırılmasına, sanitar-gigiyena xidmətinin 
yüksəldilməsinə, onların əmək prosesində sağlamlığının və 
təhlükəsizliyinin təmin olunmasına tələbləri artırır.
Bu isə öz 
növbəsində avtomobillərin TQ və təmiri üçün daim artan tələblərə 
cavab verən və ASM-in ən geniş yayılmış növü olan universal, 
müasir tipli texniki xidmət stansiyalarının yaradılmasını zəruri edir.
Bu proses nəinki yeni texniki xidmət stansiyalarının 
istifadəyə verilməsi, həm də eyni zamanda istehsalatın 
intensivləşdirilməsi, əmək məhsuldarlığının və rentabelliyin 
artırılması, avtomobillərə TQ və təmirin keyfiyyətini yeni texnika 
və müasir texnologiyalar tətbiq etmək hesabına yaxşılaşdırmaqla 
həyata keçirilməlidir.
Hazırda Respublikada əhaliyə məxsus avtonəqliyyat 
vasitələrinin TQ və təmiri sovet dövründən miras qalmış, fiziki və 
mənəvi aşınmış TXS-lərdə, son illərdə xeyli artmış kustar tipli 
xırda profilaktoriyalarda, dünya miqyaslı avtomobil firmalarının və 
başqa firmaların avtoservis müəssisələrində həyata keçirilir. Son 10 
ildə avtoservis sisteminin müəssisələr şəbəkəsi xeyli genişlənmiş 
və onların istehsalat gücü artmışdır. Lakin, ümumilikdə, avtoservis 
xidmət növlərinin keyfiyyəti hələ də tələb olunan səviyyədə 
deyildir. 



Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 
Respublikamızda böyük bir dövr ərzində avtoservis sahəsinin 
formalaşmış və mövcud olan istehsalat-texniki bazası vardır. Buna 
görə də yeni, müasir avtoservis müəssisələrinin yaradılması ilə 
yanaşı təşkil və texnologiya sahəsində elmi-texniki tərəqqinin 
qabaqcıl nailiyyətlərini geniş tətbiq etməklə avtoservisin 
Respublikadakı mövcud istehsalat-texniki bazasından və fəaliyyət 
təcrübəsindən daha səmərəli istifadə etmək olar. 
Qeyd olunanları nəzərə almaqla təqdim olunan kitab 
avtoservis sistemi üçün geniş nəzəri biliklərə və praktiki vərdişlərə 
malik olan müasir mütəxəssislərin hazırlanması üçün nəzərdə 
tutulub və eyni zamanda avtoservis mütəxəssislərinə praktiki 
fəaliyyətlərində faydalı vəsait ola bilər. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə