GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Tələbata görə aparılan işlər kompleksinə



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   2   3   4   5   6   7   8   9   10   ...   112
Avtoservis - 2010 a

Tələbata görə aparılan işlər kompleksinə
elə nasazlıqlar 
(imtinalar) aiddir ki, bunları birinci kompleksin nizamlama 
işlərinin yerinə yetirilməsi zamanı aradan qaldırmaq mümkün 
deyil. Təcrübə göstərir ki, bu işlər satılan avtomobillərin cüzi bir 
hissəsində aparılmalı olur və satış müəssisələrinin istehsalçı-
zavodlarla müqavilələrinə uyğun qaydada yerinə yetirilir. 
Əlavə işlər kompleksinə,
məsələn, avtomobildə əlavə 
güzgülərin, salonda təhlükəsiz bəzək elementlərinin, avtomobildə 
oğurlanmaya (qaçırılmaya) qarşı qurğuların və s. quraşdırılması. 
Satışdan qabaq hazırlıq işlərinin yüksək keyfiyyətlə 
aparılması üçün minik avtomobillərinin texniki xidmət 
stansiyalarından və ya ixtisaslaşdırılmış mağazalardan satılması 
məqsədəuyğundur. Buna görə də müasir, iri TXS-də yeni və köhnə 
(işlənmiş) avtomobillərin, ehtiyat hissələrinin, avtomobilə müxtəlif 
qulluq vasitələrinin (yuyucu vasitələr, parıldatma vasitələri və s.) 
və ləvazimatların satışı üçün mağazalar nəzərdə tutulur. 
Mağazalarda avtomobillərin satışdan qabaq hazırlıq işləri üçün işçi 
postlar, lazımi avadanlıq, cihazlar və alətlərlə təchiz olunmuş 
istehsalat sahəsi təşkil edilir. 
Satışa verilən yeni avtomobil istehsalat sahəsində lak-rəng 
örtüyündəki antikorroziya qatından təmizlənir, kuzovu yuyulur, 
salondan toz və çirk yığışdırılır. Nizamlama işləri kompleksi 
qaldırıcılar və digər lazımi avadanlıq, alətlər, tərtibatlar istifadə 
edilməklə yerinə yetirilir. Tənəkə-qaynaq və rəngləmə kimi həcmli 


15 
işlər TXS-in müvafiq istehsalat sahələrində (kuzov və rəngləmə 
şöbələrində) aparılır. Yoxlanmış və satışa hazırlanmış avtomobil 
saxlanma və təhvil zonasına göndərilir. 
Satışdan qabaq hazırlıq prosesində aşkar olunmuş imtinalar 
və nasazlıqlar haqqında tezliklə istehsalçı-zavoda məlumat verilir. 
Bu isə istehsalçı-zavoda avtomobillərin yığılma keyfiyyətini 
qiymətləndirməyə, həm də gələcəkdə belə nasazlıqların baş 
verməməsi üçün əvvəlcədən müvafiq tədbirlərin görülməsinə 
imkan verir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə