GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   10   11   12   13   14   15   16   17   ...   112
Avtoservis - 2010 a

 
 
2.1.1. İstehsalat prosesinin əsas anlayışları 
 
Avtoservis müəssisəsində istehsalat prosesi
− avtonəqliy-
yat vasitələrinin texniki qulluğu və təmiri üzrə işlərin yerinə 
yetirilməsində iştirak edən istehsalat işçilərinin və vasitələrinin 
texniki təsirlərinin məcmusudur. 
Texnoloji proses
− istehsal prosesinin bir hissəsi olub
texniki şərtlərə müvafiq qaydada yerinə yetirilən işlərin və ya 
əməliyatların müəyyən olunmuş texnoloji ardıcıllığıdır və onların 
yüksək keyfiyyətlə və minimal xərclərlə yerinə yetirilməsini təmin 
etməlidir. Başqa sözlə 
texnoloji proses
 

avtomobil (aqreqat) 
üzərində zaman və fəzada yerdəyişmə üzrə planlı və ardıcıllıqla 
yerinə yetirilən əməliyyatlar toplusudur. Texnoloji proses istehsalat 
üçün qanun hesab edilir və ondan kənara çıxma halları texnoloji 
prosesin pozulması hesab edilməlidir.
Avtomobilin, onun aqreqat və qovşaqlarının təmiri və ya 
texniki qulluğu müəyyən 
texnologiya
ilə aparılır. Avtomobilin 
TQ və 
CT texnologiyası
– onun işləmə qabiliyyətinin təmin edilməsi 


28 
məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi metodlarının, 
üsullarının toplusudur.
Əməliyyat
− avtonəqliyyat vasitəsinin aqreqat, qovşaq, 
mexanizm və sistemlərinin texniki xidmətlərinin yerinə yetirilməsi 
üzrə ardıcıl hərəkətlər kompleksidir (məsələn, mühərrikin 
karterində 
yağın 
dəyişdirilməsi, 
tormoz 
mexanizminin 
nizamlanması və s.). 
TQ
− nasazlıqların yaranmasının qarşısını almaq (etibarlılığı 
yüksəltmək) və hissələrin yeyilməsini azaltmaq (ömüruzunluğunu 
artırmaq), bununla da, avtomobili uzun müddət texniki saz və 
işləmə qabiliyyətini saxlamaq məqsədilə yerinə yetirilən profilaktik 
əməliyyatların (yığışdırma, yuma, bərkitmə, nizamlama, yağlama 
və b.) məcmusudur. 
Təmir
− işləmə qabiliyyətini itirmiş avtomobilin texniki 
vəziyyətinin bərpasına yönəlmiş texniki təsirlərin (sökmə-yığma, 
mexaniki, termiki, qalvanik və s. üsullarla emal) məcmusudur. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə