GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   28   29   30   31   32   33   34   35   ...   112
Avtoservis - 2010 a

2.2.5.3. Üzçəkmə sahəsi 
 
 
Üzçəkmə sahəsi
avtomobillərin kuzovunun daxili səth 
örtüyünün və oturacaqların örtüyünün təmiri və hazırlanması üzrə 
işləri yerinə yetirmək üçündür. 
Üzçəkmə sahəsində aşağıdakı işlər aparılır: kuzovun 
oturacaqlarının yastıqlarının və söykənəcəklərinin üzlüyünün 
çıxarılması və quraşdırılması; oturacaqların yastıqlarının sökülməsi 
və yığılması; kuzovun oturacaqlarının söykənəcək və yastıqlarının 
təmiri; kuzovun daxili üstlüyünün yeni detallarının hazırlanması və 
yığılması; kuzovun, oturacaqların yastıq və söykənəcəklərinin 
üzlüyünün dəyişdirilməsi; avtomobil oturacaqları üçün çexolların 
və mühərriklər üçün izolə çexolların hazırlanması. 
Örtüyün korlanmaması üçün çıxarma və quraşdırma 
texnologiyasına dəqiq əməl olunmalı, təmir işləri keyfiyyətlə 
yerinə yetirilməlidir. Oturacaqların yastıqları və söykənəcəkləri 
tozu təmizləmək üçün hava təmizləyici qurğu ilə təchiz olunmuş 
xüsusi verstakda sökülür. Oturacaqların zədələnmiş metal 
çərçivələri təmir üçün kuzov şöbəsinə göndərilir. Oturacaqların 
yastıqlarının və söykənəcəklərinin yığılması zamanı zəifləmiş
əyilmiş yaylar yeniləri ilə əvəz edilir. 


67 
Çirklənmiş üzlüyü ilıq sabunlu su ilə və ya xüsusi 
hazırlanmış məhlulla yumaq olar. Avtomobil kuzovunun örtüyü 
təmirin başlanmasına qədər müvəqqəti olaraq stellajda saxlanılır. 
Üzçəkmə şöbəsinin əsas və ən böyük əmək tutumlu işi 
oturacaqların yastıqlarının və söykənəcəklərinin təmiridir. Bu isə 
aşağıdakı əsas mərhələlərdən ibarətdir: sökmə, qüsurlaşdırma, 
nişanlama, biçmə, tikmə, oturacaqların yığılması. 
Nişanlama təbaşirlə şablon üzrə və ya təmir edilən 
qovşaqların çıxarılmış köhnə hissəsi üzrə aparılır. Nişanlanmış 
materialların biçilməsi (kəsilməsi) üçün dərzi qayçılarından istifadə 
edilir. Örtük tikiş maşınında tikilir. Örtüyün birləşdirilən detalları 
kənarlardan verilmiş məsafədə, astar tərəfdən, tikişin müəyyən 
addımı gözlənilməklə bir və ya iki qat tikişlə tikilir. Tikilmiş örtük 
hamar olmalı, üz səthində rənglənmələr, qırışlar və zədələr 
görünməməlidir.
Kuzovun təmir edilmiş və hazırlanmış örtüyü, həmçinin 
oturacaqları müvəqqəti olaraq rəflərdə saxlanılır və ya avtomobildə 
quraşdırılmaq üçün bilavasitə CT və ya kuzov təmiri zonasına 
göndərilir.

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə