GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   31   32   33   34   35   36   37   38   ...   112
Avtoservis - 2010 a

 
 
 
2.2.5.6. Qida sistemi aparatlarının təmiri sahəsi 
Bu şöbədə TQ və CT postlarında avtomobildən çıxarılmış 
qida sistemi elementləri – elektron püskürməli sistemin yanacaq 
cihazları, karbüratorlar, yanacaq nasosları (yüksək və alçaq təzyiq 
nasosları), çökdürücülər, yanacaq və hava süzgəcləri, yanacaq 
boruları və başqaları təmir olunur. Şöbə lazımi texnoloji 
avadanlıqla təchiz edilir. 
Şöbədə işçi yerlərinin yerləşdirilməsi, həmçinin avadanlığın 
düzülməsi işlərin müəyyən olunmuş texnoloji ardıcıllıqla yerinə 
yetirilməsini təmin etməlidir (şəkil 2.24). 
Dərin yoxlama, nizamlamalar və ya təmir tələb edən qida 
sistemi cihazları təmir şöbəsinə TQ, CT və ya diaqnostika 
postlarından göndərilir. Şöbəyə daxil olan cihaz və qovşaqlar 
çirkdən təmizlənir, yoxlanılır və təmir olunur. Təmir olunmuş 
cihazlar və detallar sınaqdan sonra avtomobildə quraşdırılır, burada 
sonuncu dəfə təmirin keyfiyyəti bir daha yoxlanılır. Maksimum 
yanacaq qənaətliliyini və işlənmiş qazların minimal zərərliliyini 
təmin etmək üçün tələb olunan nizamlama işləri yerinə yetirilir. 
Şöbədə təmir olunması nəzərdə tutulan qida sistemi 
cihazlarının əsas texniki xarakteistikalarını göstərən cədvəllər, 
əyani vasitələr asılmalıdır. Burada, həmçinin avtomobil modelləri 
və əsas iş növləri üzrə texnoloji xəritələr (təlimatlar) toplusu 
olmalıdır. 
Qida sistemi cihazlarının gətirilməsi 
ЖТ зонасында хырда 
тямир, жищазларын 
чыхарылмасы вя 
гурашдырылмасы 
ТГ зонасында 
жищаз-ларын 
чыхарылмасы вя 
гурашдырылмасы 


73 
Şəkil 2.24. Qida sistemi cihazlarının təmiri sahəsində 
işlərin texnoloji prosesinin təşkili sxemi 
2.2.5.7. Akkumulyator batareyalarının təmiri sahəsi 
Şöbə TQ postlarında avtomobildən çıxarılmış akkumulyator 
batareyalarının texniki vəziyyətinin dərindən yoxlanması, onların 
təmiri və doldurulması üçün nəzərdə tutulur. Şöbə lazımi texnoloji 
avadanlıqla təchiz olunur. Sahənin otaqlarının sayı və 
avadanlığının tərkibi yerinə yetirilən işlərin həcmindən asılıdır. 
Təmir şöbəsi akkumulyator batareyalarının CT, doldurma şöbəsi – 
batareyaların doldurulması, elektrolit şöbəsi – elektrolit 
Хариждян тямизлямя 
Yoxlama-nizamlama 
Qovşaq və hissələri sökmə 
Говшаг вя щиссялярин 
йуйулмасы 
Йарарсыз
говшаг-лар вя
щиссяляр 
Нязарят вя 
чешидлямя 
Тязя говшаглар 
вя щиссяляр 
Cihazların 
yığılması 
Говшаг вя щис-
сялярин тямири 
Сынаг вя низамлама 
Анбар 


74 
hazırlamaq, texniki sulfat turşusu (cari növbəyə lazım olan 
miqdarda) və distilə edilmiş su saxlamaq üçün nəzərdə tutulur. 
Axırıncı iki, bəzən hər üç şöbəni bir otaqda yerləşdirmək olar. Bu 
halda batareyaların doldurulması, turşunun saxlanması və 
elektrolitin hazırlanması ventilyasiya ilə təchiz olunmuş xüsusi 
şkaflarda həyata keçirilir. 
Şəkil 2.25. Akkumulyator batareyalarının doldurulması və 
təmirinin texnoloji prosesinin təşkil sxemi 
AKB-nin TQ, təmiri və doldurulması sahəsinin göstərilən üç 
işdən təşkil olunduğu hal üçün texnoloji planlaşdırılması işlərin 
yerinə yetirilməsinin aşağıdakı qaydasını nəzərdə tutur. 
Akkumulyator batareyalarının gətirilməsi 
Аккумулйатор бата-
рейаларынын гябулу 
вя тящвил верилмяси 
Аккумулйатор батарейаларынын 
ТГ 
вя ЖТ зонасынын ишчи 
постларында чыхарылмасы вя 
гурашдырылмасы 
Тямир 
шюбяси 
Akkumulyator batareyalarının 
doldurulma şöbəsi 
Тязя 
щисс
яляр 
Sulfat turşusu 
Elektroilit
Дистиля едилмиш 
су 
Doldurma şöbəsi 
Nəzarət 
Elektrolit hazırlama şöbəsi 


75 
Sahəyə gətirilən AKB təmizlənilir, lazım gəldikdə 10% 
kalsiumlu soda məhlulu və ya naşatır spirti ilə yuyulur. Sonra 
elektrolitin sıxlığını ölçməklə və ya daha dəqiq yükləyici çəngəl 
vasitəsilə dolma dərəcəsini təyin edirlər. Boşalmış akkumulyator 
batareyalarını doldurmağa qoyurlar. Doldurmanın sonunda 
elektrolitin səviyyəsini və sıxlığını yoxlayıb düzəltdikdən sonra 
AKB-nin səthini neytrallaşdırır və quruyanadək silirlər. Gövdəsi 
zədələr almış AKB təmir edilə bilər. 
Bütün işlər müvafiq avadanlıq və alətlər tətbiq edilməklə 
texnoloji xəritələrə (təlimatlara) əsasən yerinə yetirilir. Bu zaman 
AKB-nin təmiri və doldurulması prosesinin təşkili sxeminə əməl 
olunmalıdır (şəkil 2.25). Bu sxem bir qədər dəyişdirilə bilər, lakin 
həmişə işlərin texnoloji ardıcıllıqla yerinə yetirilməsi və minimum 
yerdəyişmələr nəzərdə tutulmalıdır. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə