GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Plastik kütlədən hissələrin təmiri sahəsi



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   33   34   35   36   37   38   39   40   ...   112
Avtoservis - 2010 a

2.2.5.9. Plastik kütlədən hissələrin təmiri sahəsi 
Avtonəqliyyat vasitələrinin istehsalında olduğu kimi 
təmirində də bir çox detallar plastik kütlələrdən hazırlanır. Plastik 
kütlələr yüksək molekullu polimer materiallara aiddir. Metallarda 
yerinə yetirilən bəzi proseslər (qaynaq etmək, presləmək və s.) bu 
materiallarda da tətbiq edilə bilir. Onların istifadə edilməsi 
tamamilə yeni, səmərəli texnoloji proseslərin (avtomobil 
elementlərinin bərpası baxımından) yaranmasına imkan verir. Artıq 
bir sıra kuzov detallarının, qapıların, yük yerinin, kapotun 
elementlərinin hazırlanmasında plastik kütlələrdən istifadə edilir.
Plastik kütlələrin temperatura dayanıqlığı qənaətbəxşdir. Bu 
xarakterli sintetik materiallar aşağıdakı temperatur sərhədlərində 
normal 
işləmə 
qabiliyyətini 
saxlayırlar: 
termoplastlar

50°…+80°S; reaktoplastlar +120°S-yə qədər. Xüsusi tərkibli 
plastik kütlələr isə +500°S temperatura da dözümlüdürlər. Bu 
materialların əksəriyyəti atmosferin mənfi temperaturlarında 
elastikliyini itirərək kövrəkləşir. 
Plastik kütlələrin istilikötürmə qabiliyyəti metallara görə 
həddindən artıq azdır. Kifayətdir desək ki, metallarda bu göstərici 
500 … 600 dəfə çoxdur. 
Plastik kütlələrin metal materiallara nəzərən korroziyaya 
davamlılığı çox yüksəkdir. Onlar turşuların, qələvilərin, duzların və 
müxtəlif əridicilərin (həll edicilərin) mənfi təsirlərinə yüksək 
dərəcədən müqavimət göstərə bilirlər. 
Plastik kütlələr elektrik keçirməyən materiallara (dielek-
triklərə) aiddirlər. 
Plastik kütlələrin sürtünmə keyfiyyətləri də irəli sürülən 
tələblərə cavab verir. Sintetik materiallar aşağı sürtünmə əmsalına 
və yüksək yeyilmə davamlılığına malik olduğundan, yastıqlarda və 
müxtəlif sürtünmə düyünlərində tətbiq edilir. 
Yuxarıda göstərilənlərdən başqa plastik kütlələr atmosfer 
təsirlərinə də (nəmliyin, işığın, suyun və s.) kifayət qədər 
müqavimət göstərə bilirlər. 


79 
Şöbədə iş yerlərini və texnoloji avadanlığı yerləşdirdikdə 
texnoloji ardıcıllığa riayət olunmalıdır. Əmək məhsuldarlığını və 
işlərin keyfiyyətini yüksəltmək üçün əsas iş növləri üzrə texnoloji 
və post xəritələri (təlimatlar) olmalıdır. İşlərin yerinə yetirilməsi 
müəyyən texnoloji ardıcıllıqla aparılır. 
Xidməti və istehsalat otaqlarında əmək şəraiti normativləri:
 
İşçi otaqda tək işçi yerinin sahəsi, m

4,5-dən az 
olmamalıdır 
İzolə edilmiş kabinənin sahəsi, m
2
4 … 8 
Xidmət otağının minimal hündürlüyü, m 
2,5 
İstehsalat otağının minimal hündürlüyü, m 
− 
Havanın nəmliyi, % 
40 … 60 
Havanını temperaturu,
°

xidmət otaqları 
18 
istehsalat otaqları 
18 
Avtomobillərə texniki xidmət otaqları 
16 … 18 
Avtomobillərin örtülü dayanacaqları 

Havanın dəyişilmə tamlığı 
- xidmət otaqları 
− 
- istehsalat otaqları 
1:1 
- texniki xidmət otaqları 
1:1 
- avtomobillərin örtülü dayanacaqları 
1:1 
Havada buraxıla bilən normalar, mq/m
3
- dəm qazı 
30 
- benzin buxarları 
300 
- aseton buxarları 
200 
- kerosin buxarları 
300 
- qurğuşun buxarları 
0,01 
İşıqlanma (az olmayaraq), lk 
xidməti otaqlar üçün: 
- ümumi 
150 … 200 
- yerli 
300 … 350 
istehsalat otaqları üçün:
- yanacaqlar və yanacaq doldurucular 
750 


80 
- texniki xidmət çilingərləri üçün 
500 
- yuma və təmizləmə işləri üçün 
400 
Avtomobillərin dayanacaqları üçün 
- örtülü 
10 
- açıq 

Səsin buraxıla bilən səviyyəsi, db 
İnzibati korpuslarda işçi yerlər üçün (aşağı 
tezlikli) 
60 
İstehsalat otaqlarında işçi yerlər üçün
 
- aşağı tezlikli 
90 
- orta tezlikli 
85 
- yüksək tezlikli 
75 
İşçi yerlərinin isidicilər sistemindən uzaqlığı, m 

1,0 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə