GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Texniki layihənin tərkib hissələri



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   35   36   37   38   39   40   41   42   ...   112
Avtoservis - 2010 a

Texniki layihənin tərkib hissələri 
 
Texniki layihənin birinci (ilkin) və əsasını təyin edən elementi 
texnoloji hissədir. 
Texnoloji
hissədə əvvəlcədən aparılmış 
araşdırmalar, təhlillər, tədqiqatlar əsasında gələcək avtonəqliyyat 
müəssisəsinin bütün əsas parametrləri və göstəriciləri hesablanır. 
Hesabat-izahat yazısında aşağıdakı əsas məsələlər əhatə 
olunur: 
- avtonəqliyyat müəssisəsinin bütün zona və bölmələrinin 
tərkibi və iş rejimi; 
- əsas başlanğıc normativlərin seçilməsi və əsaslandırılması; 
- əsas texnoloji prosesin sxemi; 
- istehsalatın təşkilinin forma və metodları; 
- avtonəqliyyat müəssisəsinin texniki xidmət bölməsinin 
strukturu; 
- avtomobillərin texniki qulluğu və təmiri üzrə istehsalat 
proqramının hesablanması; 
- müəssisənin hər bir istehsalat bölməsi üçün işçi qüvvənin 
hesablanması; 
- TQ və təmir zonalır üçün işçi postların tipləri və sayı; 
- bütün istehsalat-anbar, inzibati-məişət və köməkçi otaqla-
rın sahələrinin ölçüsü; 
- hər bir istehsalat bölməsinin texnoloji prosesi, avadanlığın 
seçilməsi və hesablanması; 
- avtonəqliyyat müəssisəsinin qəbul olunmuş ümumi 
planlaşdırılması həllinin əsaslandırılması və əsas binaların 
planlaşdırılması; 
- tikinti üçün ayrılmış ərazidə binaların ayrı-ayrı xidmət 
sahələrinin yerləşdirilməsi (baş planın işlənməsi); 
- müəssisənin gözlənilən texniki-iqtisadi göstəricilərinin 
hesablanması; 
- digər sahə mütəxəssislərinə (inşaat-arxitektor, elektrik, 
santexnik və b.) layihə tapşırığı. 


84 
Hər bir maddə üzrə bütün materiallar və hesablamalar 
əsaslandırılmalı və yekun nəticələr verilməlidir. Hesabat-yazı 
hissəsinə layihənin birinci mərhələsinin cizgiləri: binaların 
prinsipial planı və bütün müəssisənin baş planı əlavə olunur. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə