GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


TQ və CT üzrə işlərin illik həcminin iş növləri və yerinə



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   38   39   40   41   42   43   44   45   ...   112
Avtoservis - 2010 a

3.1.3.

TQ və CT üzrə işlərin illik həcminin iş növləri və yerinə 
yetirilmə yerinə görə paylanması
 
Müasir dövrdə avtoservis müəssisələrində avtomobillərin TQ 
və təmiri hazır detallar, qovşaqlar və mexanizmlər bazasında 
aparılır. Buna görə də TQ və təmir üzrə işlər (xidmətlər) əsasən işçi 
postlarda aparılır. Ayrılıqda istehsalat sahələri (işçi postları olan), 
adətən, yığışdırma – yuma işləri (YYİ), kuzov, rəngləmə və 
korroziyaya qarşı emal işləri yerinə yetirmək üçün nəzərdə tutulur. 
Elektrotexniki, avtomobildən çıxarılmış qida sistemi 
cihazlarının təmiri, akkumulyator batareyalarının qulluğu, 
şinmontaj, təkərlərin balanslaşdırılması, kamerlərin təmiri və digər 
belə işlər müvafiq texnoloji avadanlıqla təchiz edilmiş, yanğına 
qarşı və sanitar-gigiyena üzrə zəruri tələblərə əməl olunması şərti 
ilə işçi postlar zonasında və ya ayrı otaqlarda nəzərdə tutula bilər. 
Bu və ya digər variantın seçilməsi işlərin həcmi, işləyənlərin sayı, 
planlaşdırmanın komponovka həlləri və işlərin təşkili üsulları ilə 
müəyyənləşdirilir. 
İri texniki xidmət stansiyalarında aqreqatların (mühərrik, 
ötürmələr qutusu və b.) təmiri üzrə, üzçəkmə işləri və digər belə 
işlər üçün ayrı istehsalat sahələri təşkil oluna bilər. Bu zaman bu iş 
növlərinin proqramı, əmək tutumu və istehsalat fəhlələrinin sayı, 
işlərə olan tələbat əsas götürülməlidir. 
TXS-də TQ və təmir üzrə işlərin illik həcminin iş növləri və 
yerinə yetirilmə yerinə görə paylanması işçi postların sayından asılı 
olaraq «ОНТП-01-91» üzrə qəbul oluna bilər. 
Fəaliyyət göstərən TXS-də işlərin həcminin paylanması 
tələbata uyğun olaraq mövcud şəraitə görə müvafiq əsaslandırma 
ilə korreksiya oluna bilər. 


87 
TQ və CT üzrə illik iş həcminin iş növü və yerinə 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə