GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   40   41   42   43   44   45   46   47   ...   112
Avtoservis - 2010 a

3.3. OTAQLARIN TƏRKİBİNİN VƏ
SAHƏSİNİN TƏYİNİ 
 
Otaqların tərkibi və sahəsi xidmət sahəsinin ölçüsü və 
görülən işlərin növü ilə müəyyən olunur. Bu mərhələdə sahələr 
ümumiləşdirilmiş xüsusi göstəricilər əsasında təqribi hesablanır. 
Sonradan, TXS-in planlaşdırma həllində otaqların sahələri 
dəqiqləşdirilir.
TXS-in sahələri öz funksional təyinatına görə aşağıdakı kimi 
bölünür: 

istehsalat (post işləri zonaları, istehsalat sahələri); 

anbarlar; 


93 

texniki otaqlar (kompressor otağı, transformator otağı, el-
ektrik şəbəkəsi, suölçən qovşaq, istilik məntəqəsi, nasos 
otağı, və s.); 

inzibati-məişət (ofis otaqları, qarderob, tualetlər, duşxanalar 
və s.); 

müştərilərə xidmət otaqları (sifarişçi otağı, bar, kafe), ehtiyat 
hissələri və avtoləvazimatların satış otaqları, tualet və s.); 

avtomobillərin satışı otağı (satılan avtomobillərin sərgi-sa-
lon, saxlanma zonaları və s.). 
İşçi və köməkçi postlarla, gözləmə və saxlama avtomobil-
yerlərilə tutulan istehsalat sahəsi aşağıdakı kimi müəyyən edilir:
𝐹 = 𝑓
𝑎
∙ 𝑋 ∙ 𝐾
𝑃
, 𝑚
2
burada 
𝑓
𝑎
− avtomobilin planda tutduğu sahədir (qabarit ölçülərinə 
görə), m
2

X
– postların sayı; 
K
P
 
– postların yerləşdirilməsinin 
sıxlığı əmsalıdır.
K
P
 
əmsalı avtomobillərin, yolların, keçidlərin, işçi sahələrin 
tutduğu sahənin avtomobillərin planda proyeksiyalarının cəmini 
ifadə edir. 
K
P
 
əmsalı başlıca olaraq postların yerləşməsindən 
asılıdır. Postlar bir tərəfdə yerləşdirildikdə 
K
P
 
= 6...7, postlar iki 
tərəfli yerləşdirildikdə 
K
P
 
= 4...5. 
İstehsalat şöbələrinin sahələrini işçilərin sayına görə təqribi 
olaraq hesablamaq olar: 
𝐹
ş
= 𝑓
1
+ 𝑓
2
(𝑃
𝑇
− 1), 𝑚
2
burada
f
1
– birinci işçi üçün sahə, m
2

f

– sonrakı hər bir işçi üçün 
sahə, m
2

P
T
 
− ən çox yüklənmiş növbə üçün texnoloji tələb olunan 
fəhlələrin sayıdır. 
TXS-lərin layihələndirmə təcrübəsindən çıxış edərək texniki 
otaqların sahəsini istehsalat otaqlarının sahəsinin 5...10 %-i, 
anbarların sahəsini isə 7...10 %-i qədər götürmək olar.
Bir işçi üçün inzibati-məişət otaqlarının sahəsi stansiyanın 
ölçüsündən asılıdır və təqribi olaraq ofis otaqları üçün 6...8 m
2

məişət otaqları üçün isə − 2...4 m
2
təşkil edir.
Müştərilərə xidmət otaqlarının sahəsi (sifarişçi otağı, 
avtomobillərin, ehtiyat hissələrinin, avtoləvazimatların satışı 
otaqları və s.) stansiyanın ölçüsündən və konkret şəraitdən asılı 
olaraq fərdi qəbul edilir (investor tərəfindən). 


94 
Digər bərabər şəraitlərdə bu otaqların sahəsi orada eyni 
zamanda olan müştərilərin sayından asılıdır.
Müştəri otağının sahəsi təqribi olaraq bir işçi post üçün 
1,0...3,0 m
2
qəbul edilə bilər, ehtiyat hissələrinin və avtoləvazi-
matların satışı otaqları – müştəri otağının 30 %-i qədər götürülə 
bilər. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə