GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


İSTEHSALAT SAHƏSİNİN VƏ YA İŞÇI POSTUN



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə47/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   43   44   45   46   47   48   49   50   ...   112
Avtoservis - 2010 a

3.8. İSTEHSALAT SAHƏSİNİN VƏ YA İŞÇI POSTUN 
TEXNOLOJİ PLANLAŞDIRILMASI
 
Texnoloji planlaşdırmada aşağıdakılar öz əksini tapır: 

yerinə yetirilən işin təyinatı, növü (işçi postda və ya 
istehsalat sahəsində), fəhlə sayı və onların ixtisas və dərəcələrinə 
görə işçi yerdə yerləşməsi; 

tətbiq olunan texnoloji avadanlığın xarakteristikası; 

istehsalat otağının sahəsi; 

digər istehsalat sahələri və işçi postlarla texnoloji bağlı-lığı, 
təbii işıqlanmanın olması və s.; 

işlərin təşkili, normativ və texniki şərtlər, texnoloji prosesin 
təsviri. Yerinə yetirilən TQ və CT işlərinin texnologiyası 
avtomobillərin TQ və CT üzrə texniki sənədləri (məlumat kitabları, 
servis kitabçaları) əsasında müəyyənləşdirilir və aparılır. 
TQ və CT zonalarında tətbiq olunan əsas texnoloji avadanlıq 
(qaldırıcılar, stendlər və s.) müvafiq plan cizgilərində sxematik 
göstərilir. İşçi postlarda və digər avtomobil-yerlərdə avtomobilin 
qabarit konturu normativ məsafələr gözlənilməklə göstərilir.
Planda avtomobillərin hərəkət yolu (istiqaməti) texnoloji 
prosesin ardıcıllığına uyğun olaraq oxlarla göstərilir. Plan tərtib 
olunduqda əsas inşaat ölçüləri (sütunların addım və aşırımları), 
binanın qabarit ölçüləri, inşaat oxları, TQ və CT postlarında 
avtomobillər arasında, həmçinin avtomobillərlə bina elementləri 
arasında normalaşdırılan texnoloji məsafələr (bax cədvəl D
Əlavələr), postların yerləşmə bucaqları, keçidlərin eni və s. 
göstərilir. Planda ölçülər mm-lə verilir. 
Planda binanın en kəsikləri və digər üçölçülü görünüşləri 
verilmişdir. İnşaat konstruksiyalarının elementlərinin hündürlük 
səviyyələri m-lə göstərilir. 
Zona və sahələrin planlarında texnoloji avadanlıq texnoloji 
prosesin sxeminə uyğun, təhlükəsizlik texnikası şərtləri, 


98 
avadanlığın montaj və xidmət rahatlığı nəzərə alınmaqla 
düzülməlidir. Avadanlıqlar arasında, avadanlıqlarla binanın 
elementləri arasında normalaşdırılan məsafələr (bax cədvəl A
Əlavələr) gözlənilməli və stasionar avadanlığın montajının 
rahatlığı təmin olunmalıdır. 
İşçi yerlər, su, elektrik enerjisi, sıxılmış hava işlədiciləri
ventilyasiya yerləri və s. qəbul olunmuş şərti işarələrlə 
göstərilməlidir. 
İşçi postun (istehsalat sahəsinin) konfiqurasiyası TXS-in 
ümumi planına uyğun olmalıdır (girişlər, arakəsmələr, pəncərələr, 
divardakı yuvalar və s.) 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə