GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   42   43   44   45   46   47   48   49   ...   112
Avtoservis - 2010 a

3.6. TXS-in İSTEHSALAT OTAQLARININ 
PLANLAŞDIRILMASI
 
TXS-in planı tərtib edildikdə istehsalat prosesinin sxemi
otaqların tərkibi (siyahısı, sayı), binanın konstruktiv sxemi, 
həmçinin ayrı-ayrı zona və sahələrə qoyulan yanğına qarşı və 
sanitar-gigiyena tələbləri əsas götürülür. 
TXS-in plan həllinin işlənməsi üçün əvvəlcədən istehsalat, 
anbar, texniki, inzibati, məişət və başqa otaqların texnoloji 
hesablama nəticəsində alınmış və qəbul edilmiş sahələri və 


96 
istehsalatın partlayış və yanğın təhlükəliliyi üzrə kateqoriyası 
göstərilməklə eksplikasiyası tərtib olunur. 
Otaqların ümumi sahəsi məlum olduqdan sonra sütunlar 
şəbəkəsi, inşaat sxemi və binanın qabarit ölçüləri seçilir. TXS-in 
tikintisində dəmir-beton və metal konstruksiyadan ibarət tipləş-
dirilmiş və ya fərdi inşaat elementləri istifadə oluna bilər. 
TXS-in otaqlarının planlaşdırılmasının komponovka həllə-
rində texnoloji, yanğına qarşı və sanitar-gigiyena tələblər nəzərə 
alınmaqla variantlar işlənir. 
İşlənmiş variantlardan stansiyanın avtoservis xidmətlərinə 
tələbat artdıqda mümkün ola biləcək genişlənməsi, texnoloji 
proseslərin və istehsalatın təşkilinin dəyişdirilməsi və s. nəzərə 
alınmaqla optimal hesab olunan variant seçilir. 
3.7.
 
OTAQLARIN KOMPONOVKASI ÜZRƏ 
TÖVSİYƏLƏR
 
TXS-də əsas otaq TQ və CT-nin işçi postlar zonasıdır. 
İstehsalat prosesinin xarakterinə görə bu zona digər bütün 
istehsalat-anbar otaqları ilə əlaqəli olmalıdır. İstehsalat sahələri 
(işçi postları olan), məsələn, yığışdırma – yuma işləri (YYİ), kuzov, 
rəngləmə və korroziyaya qarşı emal işləri yerinə yetirmək üçün 
sahələr adətən ayrılıqda nəzərdə tutulur. 
Müştərilərə xidmətlə bağlı otaqların yerləşdirilməsinə xüsusi 
diqqət verilir. Sifarişlərin qəbulu otağı (müştəri otağı), ehtiyat 
hissələrinin satışı otağı, kassa, qəbul-təhvil postları, adətən, bir-
birinə yaxın, əlaqəli yerləşdirilir. Kafe, bar və s. bu otaqlar qrupuna 
aiddir. Belə yerləşmə müştərilər və xidmət personalı üçün rahatdır. 
Qəbul-təhvil postlarına diaqnostika postları yaxın olmalıdır. 
Müştəri otağı və diaqnostika sahəsinin də bir-birinə yaxın olması 
məqsədəuyğundur. 
Texnoloji hesabat nəticəsinə görə qəbul-təhvil postlarının 
sayı çox kiçik alındıqda avtomobillərin qəbulu və təhvilini texniki 
xidmətin aparılacağı işçi postda təşkil etmək məqsədəuyğun olar. 


97 
Qeyd olunan otaqlar bloku stansiyanın ön hissəsidir və 
müştəri buraya sərbəst daxil ola bilər. Bu hissədə, adətən, əsas giriş 
və çıxış yerləşdirilir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə