GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ


Texnoloji hissə üzrə işlər qurtarana qədər və onun layihə



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   36   37   38   39   40   41   42   43   ...   112
Avtoservis - 2010 a

Texnoloji hissə üzrə işlər qurtarana qədər və onun layihə 
təşkilatının elmi-texniki şurasında müzakirəsinə qədər layihənin 
başqa hissələri işlənmir. 
Texnoloji hissə tərtib edildikdən sonra layihə işini istehsalat 
davam etdirir. 
İnşaat hissəsində
bina və qurğuların bütün tikinti element-
ləri: fundament, divarlar, dam örtükləri, keçidlər, pilləkənlar və b. 
seçilir və hesablanır. Bu hissədə bina və otaqların inşaat ölçüləri və 
həcmləri verilir, həmçinin konstruksiyanın bu və ya digər 
elementlərinin düzəldiləcəyi (hazırlanacağı) materiallar göstərilir. 
Hesabat-izahat yazısına texnoloji hissənin cizgiləri əsasında 
tərtib olunmuş müvafiq inşaat cizgiləri əlavə edilir. 
Layihənin 
sanitar-texniki
hissəsində müəssisənin bütün 
köməkçi texnoloji avadanlığının: qızdırıcı sistemin, su təchizatının, 
kanalizasiyanın, ventilyasiyasının təsviri və hesabla-malar əhatə 
edir. Yazı hissəsində əvvəlcə sərf olunan materialların (hava, 
yanacaq, su və s.) miqdarının ətraflı əsaslandırılması verilir, sonra 
uyğun avadanlıq (məs., qazanxana qurğuları, qızdırıcı batareyalar, 
borular) seçilir və onun yerləşdirilməsi göstərilir. Bu hissəni 
santexnik-mütəxəssislər işləyib hazırlayır. 
Layihənin 
energetika 
hissəsini mühəndis-energetiklər tərtib 
edir. Onlar müəssisənin və onun ayrı-ayrı bölmələrinin güc və işıq 
elektrik enerjisinə olan tələbatını müəyyən edirlər: bütün elektrik 
cərəyanı işlədicilərinin (qəbuledicilərinin) sayını, gücünü və 
yerləşmə nöqtələrini dəqiqləşdirir, müəssisənin elektrik enerjisi ilə 
təchizat mənbələrini və onun səfrini təyin edirlər. İzahat yazısına 
əlavə olunan cizgilərdə elektrik kommunikasiyası, elektrik 
cərəyanı qəbulediciləri (işlədicilər), qoşma-ayırma açarları və 
elektrik avadanlığının digər elementləri göstərilir. 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə