GöZƏlov s. K., MƏMMƏdov r. T., Namazov b. F. AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 4,09 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix28.11.2023
ölçüsü4,09 Mb.
#137804
1   ...   34   35   36   37   38   39   40   41   ...   112
Avtoservis - 2010 a

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. TEXNOLOJİ HESABAT 
(Avtoservis müəssisəsinin texnoloji hesababatı üçün


81 
metodik göstərişlər) 
Texnoloji layihələndirmə 
 
Layihələndirmə prosesi başlayana qədər sifarişçi layihə-
ləndirmə tapşırığının işlənməsində, razılaşdırılmasında və təsdiq 
edilməsində də iştirak edir. Layihələndirmə tapşırığı layihələn-
dirilən obyektin əsas parametrlərini və ona olan tələbləri müəyyən 
edir, aşağıdakı əsas məlumatları özündə əks etdirir: 
- layihələndirməyə əsas – müvafiq əmr və ya qərar, sərəncam; 
- müəssisənin təyinatı və funksiyaları; 
- onun tikinti yeri (tikiləcəyi yer, ərazi); 
- tikintinin növbəliyi; 
- tikintinin təxmini müddətləri və qiyməti; 
- elektrik enerjisi, su, istilik, qaz ilə təchizat mənbələri; 
- layihələndirmənin mərhələləri; 
- digər spesifik şərtlər. 
Layihə, adətən, iki mərhələdə yerinə yetirilir, birinci mərhələ 
– texniki layihə, ikinci mərhələ – işçi cizgilərin (çertyojların) 
hazırlanması. 
Çox da böyük olmayan (kiçik) obyektlərin layihəsi bir 
mərhələdə – texno-işçi layihə şəklində yerinə yetirilə bilər (məs., 
nəzarət-texniki məntəqənin binası, avtomobillərin yığma zona-
sının tikilisi, kiçik avtomobil dayanacaqlarının binası və sairə). 
Layihənin yerinə yetirilməsi prosesində müəlliflər bir sıra 
əsas sənəd və materiallardan istifadə edir: 
- avtomobil nəqliyyatının inkişafı, layihələndirmə və tikinti 
məslələləri ilə bağlı direktiv qərarlar (Dövlət qərarları); 
- hərəkət tərkibinin istismarı və təmiri üzrə əsasnamalər və 
təlimatlar; 
- tikinti normaları və qaydaları; 
- əvvəllər yerinə yetirilmiş tipləşdirilmiş layihələr; 
- layihənin texniki-iqtisadi göstəriciləri; 
- texnoloji avadanlıq cədvəlləri; 
- avtonəqliyyat müəssisələrinin tipləşdirilmiş ştat cədvəlləri; 
- avtomobillərin texniki qulluğu və təmiri, layihələndirmə və 
tikinti, texnoloji avadanlıq və s. üzrə ən yeni məlumatları özündə 
əks etdirən ədəbiyyat və başqa informasiya mənbələri. 


82 
Layihə bir neçə hissədən ibarət olur, hər bir hissə, adətən, 
ayrı-ayrı albomlar şəklində hazırlanır: 
- ümumi və texnoloji hissə; 
- arxitektor-inşaat hissəsi; 
- sanitar-texniki hissə; 
- elektrotexniki (energetika) hissə; 
- smeta-maliyyə və iqtisadi hissə. 
Texnoloji hissədə verilir: 
- hərəkət tərkibinin yerləşdirilməsi və onun ərazidə (sahədə)
hərəkət yollarının göstərilməsi ilə obyektin baş planının sxemi; 
- əsas binaların prinsipial planları (komponovkası); 
- otaqların avadanlıq düzülüşü ilə planları. 
İzahat (hesabat) – yazı hissəsində verilir: 
- avtonəqliyyat müəssisəsinin təyinat və fəaliyyətinin təş-
kilini xarakterizə edən əsas məlumatları; 
- hərəkət tərkibinin tipajı və onun istisma rejimləri haqqında 
məlumatlar; 
- ümumi texnoloji prosesin təsviri; 
- istehsalat proqramı və istehsalat fəhlələrinin kontingenti; 
- işçi yerlərin təşkili, əmək mühavizəsi və ətraf mühitin qo-
runması; 
- istehsalat və anbar binalarının sahələri; 
- inzibati-məişət binasının otaqlarının sayı, təyinatı və sahə-
ləri; 
- texnoloji avadanlığın spesifikasiyası (texniki xarakteristika 
və çəkisi göstərilməklə); 
- layihənin digər bölməlri üçün tapşırıqlar; 
- digər məlumatlar. 
Layihənin işçi cizgilərinə aiddir: 
- sahə üçün avadanlığın düzülüş sxemi və montaj cizgiləri 
(müvafiq qabarit ölçülər, yerləşmə və montaj ölçüləri, binanın 
elementləri və avadanlıqlar arasında məsafələr, işçi yerlər, enerji, 
su, buxar, sıxılmış hava işlədiciləri, əmək mühafizəsi, yanğından 
mühafizə vasitələri, sanitar-gigiyena vasitələri, kanalizasya ele-
mentləri, ventilyasiya yerləri və s.) göstərilməklə; 
- mürəkkəb texnoloji avadanlıq olan şöbələrdə, zonalarda, 
sahələrdə istehsalat otağının planı və kəsikləri; 


83 
- avadanlığın montajı üçün tələb oluna biləcək detalların və 
qurğuların cizgiləri (tələb olunduqca); 
- digər cizgilər (sifarişçi ilə əlavə razılaşma əsasında). 

Yüklə 4,09 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə