7
GİRİŞ
Avtomobil nəqliyyatı keyfiyyət və kəmiyyətcə sürətlə inkişaf
edir. Hazırda dünyada avtomobillərin sayı 1 mlrd ədədi keçmişdir.
Respublikamızda isə avtomobil parkının sayı 930 mindən çoxdur.
Avtomobil parkı dünyanın aparıcı, iri avtomobil istehsalçılarının
yeni, mükəmməl konstruksiyalı, etibarlı,
təhlükəsizlik və ekoloji
baxımdan daha mükəmməl avtomobilləri ilə daim yeniləşir və
komplektləşdirilir, yəni başqa sözlə intensiv avtomobilləşmə
prosesi gedir.
İntensiv avtomobilləşmə prosesi ilə yanaşı avtoservis
xidmətlərinin növləri və həcmi də artmalıdır. Bu isə öz növbəsində
avtomobil servis müəssisələrinin (ASM), o cümlədən texniki
xidmət stansiyalarının (TXS), avtomobil yanacaqdoldurma
stansiyalarının (AYDS), müxtəlif
növ rahat avtomobil
duracaqlarının, avtomobillər, ehtiyat hissələri və istismar
materiallarının satış mağazaları, müxtəlif təyinatlı anbarlar
şəbəkələrinin genişləndirilməsi və təkmilləşdirilməsi yönümündə
problemlərlə bağlıdır. Avtoservis sisteminin inkişafı və
təkmilləşdirilməsi yeni obyektlərin tikilməsini,
yeni texnika və
mütərəqqi texnologiyanın, istehsalatın və əməyin təşkilinin
səmərəli forma və metodlarının geniş tətbiq edilməsini nəzərdə
tutur.
Bu sahədə elmi-texniki tərəqqinin əsas istiqamətlərindən
aşağıdakıları qeyd etmək olar:
yeni tikilməsi nəzərdə tutulan avtoservis müəssisələrinin
ən müasir tələblər səviyyəsində texniki-iqtisadi
əsaslandırılması;
mütərəqqi texnoloji
proseslərin tətbiq edilməsi;
istehsalat proseslərinin avtomatlaşdırılması və mexanik-
ləşdirilməsi səviyyəsinin yüksəldilməsi;
maddi-texniki təminatın təşkilinin təkmilləşdirilməsi;
əsas istehsalat fondlarından istifadənin səmərəliliyinin
yüksəldilməsi, material və əmək tutumunun azaldılması;
müasir xidmət formalarından istifadə edilməsi;
texnoloji və tikinti baxımından
daha mükəmməl
layihələrin (məsələn, iş növlərinə olan faktiki tələbatın
8
nəzərə alınması, mərhələlər üzrə inkişafın mümkünlüyü və
s.) tətbiq olunması;
idarəetmədə mütərəqqi sistemlərin tətbiq edilməsi;
reklam fəaliyyətinin təkmilləşdirilməsi;
avtoservis xidmət növlərinin keyfiyyət təminatının
yüksəldilməsinə yönəldilmiş tədbirlərin işlənməsi.
Avtomobilləşmə prosesi ilə bağlı yaranan problemlərin həlli
müəyyən normativ-texniki, texnoloji,
təşkilati, iqtisadi və digər
tədbirlərin elmi yanaşma ilə yerinə yetirilməsini tələb edir.
Sadalanan tədbirlər çərçivəsində ən önəmli məsələlərdən biri
avtomobillərin mövcud istismar şəraitinin tələbləri ilə müəyyən
edilən və daim yüksələn etibarlılıq səviyyəsinin təmin edilməsidir.
Burada, eyni zamanda nəzərə almaq lazımdır ki, avtomobil
nəqliyyatı inkişaf etdikcə avtomobillərin konstruksiyalarında yeni
və konstruktiv olaraq daha mürəkkəb qurğular quraşdırılır. Qeyd
olunanlar avtoservis işçilərinin ixtisas səriştəsinin yüksəldilməsinə,
əmək şəraitinin yaxşılaşdırılmasına, sanitar-gigiyena xidmətinin
yüksəldilməsinə, onların əmək prosesində sağlamlığının və
təhlükəsizliyinin təmin olunmasına tələbləri artırır.
Bu
isə öz
növbəsində avtomobillərin TQ və təmiri üçün daim artan tələblərə
cavab verən və ASM-in ən geniş yayılmış növü olan universal,
müasir tipli texniki xidmət stansiyalarının yaradılmasını zəruri edir.
Bu proses nəinki yeni texniki xidmət stansiyalarının
istifadəyə verilməsi, həm də eyni zamanda istehsalatın
intensivləşdirilməsi, əmək məhsuldarlığının və rentabelliyin
artırılması, avtomobillərə TQ və təmirin keyfiyyətini yeni texnika
və müasir texnologiyalar tətbiq etmək hesabına yaxşılaşdırmaqla
həyata keçirilməlidir.
Hazırda Respublikada əhaliyə məxsus avtonəqliyyat
vasitələrinin TQ və təmiri sovet dövründən miras qalmış, fiziki və
mənəvi aşınmış TXS-lərdə, son illərdə xeyli artmış
kustar tipli
xırda profilaktoriyalarda, dünya miqyaslı avtomobil firmalarının və
başqa firmaların avtoservis müəssisələrində həyata keçirilir. Son 10
ildə avtoservis sisteminin müəssisələr şəbəkəsi xeyli genişlənmiş
və onların istehsalat gücü artmışdır. Lakin, ümumilikdə, avtoservis
xidmət növlərinin keyfiyyəti hələ də tələb olunan səviyyədə
deyildir.
9
Eyni zamanda onu da qeyd etmək lazımdır ki,
Respublikamızda böyük bir dövr ərzində avtoservis sahəsinin
formalaşmış və mövcud olan istehsalat-texniki bazası vardır. Buna
görə də yeni, müasir avtoservis müəssisələrinin yaradılması ilə
yanaşı təşkil və texnologiya sahəsində elmi-texniki tərəqqinin
qabaqcıl nailiyyətlərini geniş tətbiq etməklə avtoservisin
Respublikadakı mövcud istehsalat-texniki bazasından və fəaliyyət
təcrübəsindən daha səmərəli istifadə etmək olar.
Qeyd olunanları nəzərə
almaqla təqdim olunan kitab
avtoservis sistemi üçün geniş nəzəri biliklərə və praktiki vərdişlərə
malik olan müasir mütəxəssislərin hazırlanması üçün nəzərdə
tutulub və eyni zamanda avtoservis mütəxəssislərinə praktiki
fəaliyyətlərində faydalı vəsait ola bilər.
Dostları ilə paylaş: