10
1. FƏRDİ İSTİFADƏ AVTOMOBİLLƏRİNİN TEXNİKİ
QULLUQ VƏ TƏMİR SİSTEMİ
1.1. TEXNİKİ XİDMƏT STANSİYASININ
TƏYİNATI VƏ FUNKSİYASI
Avtoservis
müəssisəsi
1
(texniki xidmət stansiyası
−
TXS)
istismar olunan avtomobil nəqliyyatı
vasitələrinə texniki xidmət
üçün nəzərdə tutulur.
Avtoservis müəssisəsi avtomobil nəqliyyatı
hərəkət
tərkibinin TQ və təmiri üzrə istehsalat funksiyalarını yerinə yetirir.
Təcrübə göstərir ki, istehsalatın səmərəsi ilk növbədə, onun
iriləşdirilməsi hesabına yox, daha çox istehsalatı çevik, yəni
avtomobillərin TQ və cari təmirinin iş növlərini müasir tələblərə tez
uyğunlaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. Çevik istehsalatın
qurulması isə avtoservis müəssisəsinin yeni, daha effektiv texnika
və avadanlıqla
təchiz edilməsi, əl əməyinin payının azaldılması
hesabına mümkündür.
Avtoservis müəssisəsinin istehsalat
gücünü müəyyən edən
əsas amillər işçi postların sayı, xidmət olunacaq hərəkət tərkbinin
sayı və onların mövcud texniki vəziyyətidir. Məsələn,
şərti
avtoservis müəssisəsi 13 işçi post ilə ildə təqribən 1200 ... 1500
avtomobilə xidmət edir. Müəssisədə
istehsalat zona və sahələri
müasir texnoloji avadanlıqla qismən təchiz olunmuşdur. İşçilərin
əmək şəraitinin tələb olunan səviyyədə olması
üçün sanitar-
gigiyenik normalara və istehsalat prosesi tələblərinə əməl olunur.
Lakin
təhlil göstərir ki, bu sahədə əlavə
tədbirlərin görülməsinə
ehtiyac var. Avtoservis müəssisəsinin fəaliyyətinin müasir tələblərə
cavab verən, daha yüksək səviyyəyə çatdırılması və texnoloji layihə
sənədlərinin hazırlanması məqsədi ilə iş aparılmalıdır.
Dostları ilə paylaş: