Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə50/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

 
201 
Əsgər xanın hökmranlığından 6 ay keçmişdi. Təbiətindəki süst-
lüyə görə, Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin höku-
mət başına keçməsində ittifaq etdilər. Əsgər xan bu müddət dustaq 
olub, sonra Şəkiyə qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hü-
cum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. O, 
əhəmiyyətsiz şeylərə çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr 
ilə sinif arasında təfavüt qoymurdu. Bu cəhətdən, şirvanlılar ondan in-
cimişdilər, o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə 
və sovqat göndərərək, Məhəmməd  şamxalın oğlu  Şahbaz bəyi bir 
dəstə ləzgi ilə gətirdib, xalqa məsləhət etdi. O bu hərəkətilə hökuməti 
əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək fikrində idi. 
Nəhayət, hicri 1206-cı (=1792) ildə, Şirvan əyanının və xüsusilə 
Yüzbaşı  bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy  Əl-
vənddən gəlib  şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan 
isə, öz tərəfdarlarından bir dəstə ilə  Qəbələ yolundan Qubaya 
getdi. 
Həmin ildə Ustar xan üsmi vəfat etdi. Əli bəy  Əmir Həmzə 
oğlu üsmi oldu. Səxavətli, lakin bərk ürəkli bir əmir olan bakılı 
Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa 
Hacı Əliqulu ağa oğlu, bir neçə bəyin-dayısı oğlu və damadı Qasım 
bəy Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət 
başına keçdi. Mirzə Məhəmməd xan , Quba qoşunu ilə yenə Bakı 
üzərinə gəldi. Hüseynqulu xan şəhərdə, mirzə Məhəmməd xan isə 
kəndlərdə gah müharibə, gah da sülh edib, ölkəni və mədənləri öz 
aralarında bölüşdürdülər. 
Bu zaman, Mustafa xan Göyçayın kənarına və Surxay xan da 
Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar.  Ərəşli 
Şəhabəddin sultan da qarabağlılardan bir dəstə gətirdib, Məhəm-
mədhəsən xanın  əleyhinə qaldırdı. Lakin Məhəmmədhəsən xan 
özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı  və 
qarabağlıları tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlər-
lə ölkəni aram etməklə məşğul oldu. 
 
202
Şəhabəddin sultan, qalanın möhkəmliyinə və qonşu əmirlərin 
himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş  və  Ağdaş 
mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə 
onun üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda, Şəhabəddin 
sultan təslim olmaq və Məkkəyə getmək arzusu ilə, Məhəmməd-
həsən xanın yanına gəldi. Övlad və əqrabasından bir çoxu ilə bəra-
bər öldürüldü. 
Hicri 1208-ci ildə (=1794) ildə, Məhəmmədhəsən xan və Şeyx 
Əli xan, Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir 
neçə aylıq mühasirədən sonra, bir gün güclü yağış və şiddətli sel-
dən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Müha-
sirədəkilər Sədari Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, 
mühasirə edənləri məğlub etdilər.  Şeyx  Əli xan və  Məhəmməd-
həsən xan öz mülklərinə qayıtdılar. Qasım xan da Quba ilə  Şəki 
arasında olan Qaraburqa dağında özünə oturaq seçdi. 
Hicri 1209-cu (=1795) ildə, cəsarətli və saf qəlbli üsmi Əli bəy 
vəfat etdi. Mamay ləqəbilə  məşhur olan Rüstəm xan ibni-Sultan 
ibni-Xan Məhəmməd ibni-Əhməd xan üsmi əmirliyə oturdu. II Mirzə 
Məhəmməd xan, arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt 
mülkü işlərlə  məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə 
edərək bir gecə Şirvan qoşununun köməyilə gizlicə gəlib, neft mə-
dəni olan Bəlxanı qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xa-
nın hökumət mərkəzi idi. Mirzə Məhəmməd xan yenə Qubaya getdi. 
Cənubi Qafqaz ölkələri iğtişaş və inqilab məhəlli olmuşdu. Belə 
qarışıq bir zamanda, İran ölkəsinin hökmranlığı şövkətli Qacar sü-
laləsinə keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi... 
Əbdürrəzzaq bəy «Məasiri-sultaniyyə»
1
 adlı  əsərində deyir: 
Abaqa xanın əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər, 
                                                 
1
 Məasiri-sultaniyyə - qacar tarixi haqqında yazılmış ilk əsərlərdən biridir. Müəllifi 
Əbdürrəzzaq bəy ibni-Nəçəfquludur. «Məasiri-sultaniyyə» mətbəə üsulilə İranda 
çıxan birinci kitablardan olub, hicri 1241-ci (= 1825/26) ildə Təbrizdə çap 
olunmuşdur. 


 
203 
Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda əmirülü-
məra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu 
onun nəslindəndir. Onlardan (Qacarlardan) bir çoxu da zaman keç-
dikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan 
50.000 ailəni gətirib  İrəvan, Gəncə  və Qarabağ nahiyələrində 
yerləşdirdi. Onlar gündən-günə artıb, cah və  cəlal sahibi oldular. 
Qacar  əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı höku-
mət adamları olub, Ermənistan və  Şirvanda yüksək iqtidara malik 
idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qara-
bağ hakimləri də Ziyad oğlu ləqəbi ilə, Xudafərin körpüsündən 
başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə  qədər 
hökmranlıq edirdilər. Bunlar, Muğanın böyük şurasında Nadir şa-
hın səltənətinə razılıq verməyib Səfəviyyə dövlətinin bərqərar ol-
masını  tələb edirdilər. Buna görə, Nadir şah  İran səltənəti taxtına 
oturunca, onların  əzəmət və iqtidarını  qırmaq istəyərək, Qarabağ 
əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşat və Xəmsə məlik-
lərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı... 
Qazax və Borçalı mahalı  əhalisini Gürcüstan valisinin ixtiyarına 
verdi. Bu səbəblə  həmin xanlar çox zəif düşüb, ancaq Gəncə  ət-
rafının hökmranlığı ilə kifayətlənirdilər. 
Hicri 1218-ci (=1804) ildə, Rusiya sərdarı knyaz Sisiyanov hü-
cum ilə Gəncəni aldı... İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlə-
rinin çoxu, Qacar nəslindən olduğu üçün,onlar çox vaxt Şirvan 
ölkəsində sakin və hökmran olmuşlar. Buna görə, Dağıstan əhalisi 
bu hüdud sakinlərinə indi də qacar deyirlər. 
I  Şah Abbas Səfəvi 30.000 qacar ailəsini buradan köçürdüb, 
Xorasanın Mərv nayihəsində  və Astarabadın Mübarəkabad qalası 
ətrafında yerləşdirdi. İranda hökumət sürən indiki şahların sülaləsi 
Astarabad qacarları  nəslindəndir. Doğrudur, «Məasiri-sultaniyyə» 
müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır, 
lakin bunların babalarının Gəncə  Şəmkiri  ətrafından olmaları xalq 
arasında məşhurdur.  Şəmkir  şəhəri xarabalarının aşağı  tərəfində, 
 
204
çayın sol sahilində, onların yurdları, ev və  səkilərinin yeri Mehdi-
bəyli adı ilə indi də görünməkdədir. 
Bu sülalədən olan Fətəli xan, Şah Təhmasibin yanında çox cah 
və cəlala, əzəmət və iqtidara malik idi. Nadir şah, Şah Təhmasibə 
yaxınlaşınca,  şahın məzacını ondan çevirdi. Hətta hicri 1139-cu 
(=1726) ildə onun işini bitirdi. Onun iki oğlu qaldı. Biri Məhəm-
mədhəsən xan idi. Nadir şah dövründə Astarabad nahiyələrində 
üsyan qaldırıb məğlub oldu və türkmən çöllərində dolanmağa baş-
ladı. O, Nadir şah öldürüləndən sonra gəlib Təbəristan,  İraq və 
Azərbaycanı aldı, sərdarlıq ləqəbi ilə sikkə  və xütbə sahibi oldu, 
Azad xan və Kərim xan Vəkil ilə müharibə etdi. Axırda, hicri 1178-ci 
(=1759) ildə, öz nökərlərinin  əlində öldürüldü. Kicik qardaşı  Mə-
həmmədhüseyn xandan iki oğlan qalmışdı: biri Ağa Məhəmməd 
xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil, girov adı ilə bunları 
həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin vəfatından sonra, 
Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə cah-cəlalını 
və  səltənət büsatını artırdı. Zəndiyyəyə qalib gəlib, tədricən  İraq, 
Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi. Hicri 1209-cu 
(=1795) ildə Qarabağı fəth etmək məqsədilə Xudafərin körpüsünü 
təmir edib, Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim 
xan İran qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu 
körpünü xarab etmişdi. Ağa Məhəmməd xan Topxana mənzilində 
yerləşib, qalanı mühasirə etməyə başladı. Təqribən bir aydan sonra 
Gürcüstana hərəkət etdi. Qətl və qarətdən və Tiflis şəhərini xarab 
etdikdən sonra, qayıdıb Muğanın Çehilnam adlı yerində  qışladı. 
Şirvan, Bakı, Şəki, Quba və Dərbənd hakimləri ərizə və hədiyyələr 
göndərib sədaqət izhar etdilər. Şəki hakimi Məhəmmədhəsən xan 
Hüseyn xan oğlu, Ağası xanın oğlu Mustafa xanın əleyhinə təbliğat 
aparmaq üçün, öz inanılmış adamı, Hacı Seyid bəy adlı bir nəfəri 
Ağa Məhəmməd xanın hüzuruna göndərdi. Lakin o, Məhəmməd-
həsən xanın özündən  şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa 
xan Dəvəli, Mustafa xanı  cəzalandırmaq üçün təyin olundu. Mə-
həmmədhəsən xan da Şəki qoşunu ilə zahirdə onun köməyinə tə-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə