Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə47/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

 
189 
Bundan əlavə, öz əmisi qaziqumuqlu Məhəmməd xandan üz 
döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi 
olmuşdu. O, yersiz və münasibətsiz danışıqları  və  hərəkətləri ilə 
üsminin  ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini ha-
zırlayıb, öz bacısı  oğlu olan Təbərsəran qazisi Rüstəm Mürtəzaəli 
oğlunu qüvvətləndirdi. Bu zaman, mirzə  oğlu  Şeyx  Əli bəy, Mə-
həmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü mə-
sumluğa keçdi. Lakin onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə 
xalq üsyan qaldırıb, onu çıxartdı. O da, Fətəli xanın yanına gəldi. 
Bundan sonra, yuxarıda adı çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy 
məsumluğa təyin edildi. Bu, lal olduğu üçün, anası Xanım, kişi kimi 
hökmranlıq edirdi. O, məsumlar nəslindən Qaraxanın qızı idi. 
Hicri 1181-ci (=1767) ildə  Fətəli xan Şəki xanı Hüseyn xanla 
birlikdə iki tərəfdən gəlib, Məhəmməd Səid xan və  Ağası xanın 
yenidən abad etdikləri qədim  Şamaxı  şəhərini mühasirə etdilər. 
Məhəmməd Səid xan çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə, 
Hüseyn xanın yanına getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli 
xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbəndə göndərdi, şəhə-
ri də Ağsuya köçurdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölkəni 
iki hissəyə böldülər. Sədari və  Qəsani mahalları Hüseyn xana, 
Şirvanın qalan hissəsi isə, Fətəli xana çatdı. 
Bir neçə vaxt keçdikdən sonra, Fətəli xan bütün Şirvan ölkəsini 
aldı və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında, Kote-
van qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası 
xan Hüseyn xana pənah apardı. Hüseyn xan, Avar xanzadələrindən 
Budaç və Məhəmməd mirzənin sərkərdəliyilə Avardan qoşun götu-
rüb Şirvana, Fətəli xanın üstünə gəldi. İki qoşun qarşılaşdığı zaman, 
araya barışıq məsələsi düşdü. Gözlənilmədən, hər iki tərəfdən bir 
neçə  nəfərin birdən-birə  çəkişməsi nəticəsində arada şiddətli dö-
yüş  və vuruşma başladı. Bu müharibədə Bulaç və  Məhəmməd 
mirzə öldürüldü, Hüseyn xan məğlub olub Şəkiyə, Ağası xan da 
yenə Kotevana getdi. 
 
190
Hicri 1187-ci (=1773) ildə, Şamxal Xasfulad xan vəfat edərkən, öz 
bacısı  oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə  təyin 
etdi. Xasfulad xan zabitəli, igid və səxavətli bir əmir idi. O öz qohum-
əqrabasilə pis rəftar edirdi. Onun qardaşı oğlu  və Qazanış əmiri ağıllı 
və cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə çəkişməyə başladı. İndiri 
əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və Əmir Həmzə üsminin 
köməkliyilə gəlib Mürtəzaəlini Tarxu və Buynaqdan çıxarıb, şamxallığa 
oturdu. Mürtəzaəli şamxal Qoysuboy və Aqquşa mahallarında yaşa-
yan əhalinin köməyilə, bir aydan sonra gəlib, məmləkəti təsərrüfünə 
keçirdi. Bu mahalların əhalisi həmişə böyük işlərdə şamxala tabe olub, 
onun müavini hesab edilirdi. Yeni şamxal təyin edildiyi zamanda, 
onların iştirakı lazım idi. Dişsiz şamxal və ondan sonra oğlu Xasfulad, 
əvvəlki kimi, Qazanış əmirliyinə qane oldular. 
Hicri 1188-ci (=1774) ildə Ağası xan, Fətəli xanın qan düşməni 
və Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib, 
Şamaxı  şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun 
toplayıb, bakılı  Məlikməhəmməd xanla birlikdə onlara qarşı 
müharibəyə girdi və müharibədən qalib cıxdı. Ağası xan qaçdı, 
Novsal xan isə, qədim  şəhərin yuxarı hissəsində  çıxılmaz və  çətin 
bir sığınacaqda gizləndi. Axırda, Fətəli xan aman vədəsilə Novsal 
xanı öz yanına gətirdi, Xanların hər üçü bir yerdə oturmuşdular. Bu 
zaman, Aqquşa qoşunu toplaşıb, Fətəli xandan yanlarına gəlməsini, 
Novsal xan ilə keçmişdə ədavətləri olduğu üçün, onun öldürülmə-
sini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb, əmr verdi ki, çadırın arxa 
tərəfini yarıb, Məlikməhəmməd xanı bayıra çəksinlər. Novsal xanı 
isə, öz tərəfdarları ilə birlikdə öldürdülər. Əmir Həmzə üsmi, belə 
bir firsəti qənimət saydı. Dişsiz Məhəmməd  şamxal və damadı 
qaziqumuqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı mü-
haribəyə  çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası 
xan onun getməsindan istifadə edib Şirvanı tutdu, 
Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə 
əhd bağlamış iki qoşun məğlub edilmək ərəfəsində ikən, yuxarıda 
adı çəkilən üsminin oğlu Əli bəy, bir dəstə igidlə özünu qoşunun 


 
191 
mərkəzinə yetirdi. Zəfər yenə  də onun şücaət və  mərdanəliyilə 
birləşdi, Dişsiz şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və 
Şeyx Əli məsum iki tərəfdən öldürüldü. Məğlub olan Fətəli xan da 
Qubada qalmağı münasib görməyib Səlyana getdi, Üsmi şamxalın 
nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli 
xanın öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini 
tələb etdi. Tutu bikə ona inanmayıb özü gecə-gündüz burcların 
üzərində qalanı mühafizə etməyə  məşğul oldu. Məhəmməd xan 
Qubanı aldı, Üsmi də Bakının üzərinə yürüdü. Qalanı almaq müm-
kün olmadığından, Məlikməhəmməd xanın ilxısını  və  kəndlərin 
mallarını qarət edib geri qayıtdı. 
Fətəli xan, himayə edilmək xahişilə dərbəndli Mirzə bəy Bayatı 
elçi olaraq Rusiya imperatoriçəsi II Yekaterinanın dərbarinə gön-
dərdi. Özü isə, gizlincə Şabrandan və Müskürdən keçib Dərbəndə 
gəldi. Bir az keçincə, tərəfdarları onun ətrafında toplaşmağa başla-
dılar. Bu zaman, Məhəmməd xan Qubanı  tərk edib, öz mülkünə 
qayıtmağa məcbur oldu. 
Bir il sonra, hicri 1189-cu (=1775) ildə, general-mayor De-
Medemin komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana 
köməyə gəldi. Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmeli-
ni həbsə aldırıb, öldürmüş  Əmir Həmzə üsmini cəzalandırmağa 
məmur edilmişdi. Üsmi Başlının bir ağaclığında bütün qoşunu ilə 
ruslara hücum etdi. Lakin məğlub oldu, qoşunun çox hissəsi öldü-
rüldü. Fətəli xanın qoşunu da tərəkəmə kəndlərini qarət edib yan-
dıraraq, Dərbəndə qayıtdı. Bundan sonra, Kürə nahiyəsində  Mə-
həmməd xanın külli qoşununu məğlub etdi. Onları qarət etdikdən 
sonra, Yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq adlı yerə yürüş 
etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq meşələrə 
çıxdılar və  məğlubiyyətdən sonra tabe oldular. Həmin il Rusiya 
qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın  şöhrətli 
iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu. 
Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edə-
rək, onunla dost olmaq istədilər. Bunun nəticəsində, 7 ildən bəri  
 
192
A. Bakıxanovun kitabxanasına məxsus       
«Gülüstani-İrəm»in əlyazmasından bir səhifə. 
 
 
 
Dərbənddə dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu 
şəhərində hakimliyə başladı, Ağsu xan da Əlvənddə oturub, bütün 
Şirvana hökmran oldu. Bu zaman, Əmir Həmzə üsmi 3000 igid 
qoşunla Dərbənd, Quba və  Şirvan ölkələrindən keçib, Ərdəbilə 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə