Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə46/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

 
185 
muğun) on ağaclığında olan Ketrux kəndində izlətə  və ibadətə 
çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat etdi, sücaət və  mətanətilə 
məşhur olan nəvəsi Əmir Həmzə Xan Məhəmməd oğlu onun ye-
rində üsmi oldu. Şamxal Xasfulad xan, öz hökmranlığında qaldı. 
Novsal xan Əmmə xan oğlu, Avar mülkünü müstəqil olaraq idarə 
edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi ki, onlar da bu 
qərar üzrə idi; Mehdi bəy Əhmədxan bəy oğlu Cenquqayi Mehdili 
əmirliyində bərqərar idi. O, Avar şahları dudmanı səcərəsindən və 
bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Hüseynxan bəy 
Zaxur və İlisu nahiyələrində əmir idi. Sultan övladı İndiri və Yaxsay-
da hökmranlıq sürürdü. Terlavın vərəsələri isə, Mıçıqıçda mülkədar 
idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu məsumluqda və Mürtə-
zaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar idilər. 
Buynaq  əmiri Mehdi Mürtəzaəli oğlu o zaman, Xasfulad xan 
ilə pis rəftar etdiyi və  cəkişdiyi üçün Nadir şah tərəfindən Asta-
rabada göndərilmişdi. Nadir şahın vəfatından sonra, Qıpçaq çölünə 
getdi. Oradan da kalmıq qoşunu ilə  gəlib Qazanışın yaxınlığında, 
iki çay arasında  şiddətli müharibə edərək qalib gəldi. Axırda 
Xasfulad xan ilə barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi. 
Hicri 1162-ci (=1749) ildə, Şahsevən Əhməd xan, Ali-Sərkarın 
oturağı olan qədim  Şamaxı  şəhəri üzərinə  gəldi. Ağa Rəzi bəy 
Əsgər bəy oğlu üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı 
öldürdü. Əhməd xan özü intiqam almaq üçün meydana atıldısa da 
Ağa Rəzi bəy tərəfindən bərk yaralandı, məğlub olub geri qayıtdı 
və şəhərin yarım ağaclığında vəfat etdi. 
Bu zaman, Gürcustan valisi İrakli xan, Hacı Çələbinin dəfi xüsu-
sunda məşvərət və məsləhət bəhanəsilə gəncəli Şahverdi xan, qara-
bağlı Pənah xan, qaradağlı Kazım xan irəvanlı Hüseynəli xan və nax-
çıvanlı Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb, hamısını bir 
yerdə yaxaladı və əsir etdi, Hacı Çələbi bu xəbəri eşidən kimi, şücaət 
və igidliyilə  Sərkar xanədanının hökmranlığına vasitə olan Ağa Rəzi 
bəylə ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin 
yarım ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin 
 
186
xanları xilas etdi. Sovra valini təqib edib Qazax və Borçalı mahallarını 
ələ keçirdi. Oğlu Ağakişi bəy, iki ilə yaxın bu hüdudda hökm sürüb, 
zülm etməklə məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar 
adlı yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur. 
Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairədən kömək alıb 
öz dəstəsini düzəldincə, Ağakişi bəy  Şəkiyə qayıtdı. Bir zaman 
keçəndən sonra, İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüs-
tandan aldığı Nikli tayfasını geri almaq üçün getdi. Hacı Çələbi, Car 
camaatinın köməyinə  gəlib, Qanıq çayının sol sahilində, çox 
şiddətli bir müharibəyə girişdi. Gürcüstan valisi əvvəlkindən daha 
ciddi məğlub olub geri qayıtdı. 
Hicri 1168-ci (=1755) ildə, Hacı  Çələbi külli qoşunla  Şirvanı 
almaq məqsədilə gəlib, Ağsu şəhərini mühasirə etdi. Burada olan 
Hacı  Məhəmmədəli xan Quba hakumi Hüseynəli xandan kömək 
istədi. 0 da 3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik 
olan Əmir Həmzə üsmi ilə bərabər iki düşməni barışdırmaq üçün 
gəldi. Hacı Çələbi, Hacı Piri adlı bir nəfəri elçi göndərib, onu hədə-
lədi və geri qayıtmağı ona təklif etdi. Beləliklə, iş müharibə ilə nəti-
cələndi. Şəkinin küllü qoşunu bu azacıq cammatın qarşısında məğ-
lub olub, qarət edildi və çoxu öldürüldü.  
Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzi-
nə qayıtdı və hicri 1169-cu (=1756) ildə oğlu  Fətəli ağanı qoşunla 
göndərib, ata-baba mülki olan Səlyan nahiyəsini, öz qohumu 
rüdbarlı İbrahim xanın əlindən geri aldı. 
Hüseynəli xan hicri 1171-ci (=1758) ildə vəfat etdi. O, cəsarətli, ali 
himmətli bir əmir idi. Həmişə ölkənin abadlığı və rəiyyətin asayişi fik-
rində idi. Şirvanlı Ağa Rəzi bəy Əsgər bəy oğlu dərhal gedib Qubanın 
Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli 
xanın oğlu Fətəli xan, qisas almaq məqsədilə  Şirvana hərəkət etdi. 
Ağa Rəzi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib 
öldürüldü. Fətəli xan, bir neçə aylıq müharibədən sonra, qətl-qarət-
dən əlavə öz elatının iki mislini götürüb geri qayitdi. 


 
187 
Dərbəndlilər, Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis 
rəftarından təngə  gəlmişdilər. Fətəli xan onların təşviqilə, hicri 
1172-ci (=1759) ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirə-
dən sonra oranı da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə 
Bakıda yurd saldı. 
Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mümtaz olan Hacı Çə-
ləbi, həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman 
sonra vəfat etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy höku-
mət başına keçdi. Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli 
Məlik  Əlinin təhrikilə  Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş  və 
məşvərət bəhanəsilə yanına çağırdı və öldürdü. Beləliklə, Şəki ölkə-
sini ələ keçirdi. Ağakişi bəyin əyalı olan öz qızını ilisulu Alxas bəyə 
verdi. Əhməd xan da bundan doğuldu. 
Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı Çələbi-
nin bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi. 
Hacı Çələbinin nəvəsi Ağakişi bəy öldürüldükdən sonra Huseyn 
ağa Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına 
getmişdi. Quba qoşununun köməkliyi və  Şəki  əyanının ittifaqilə, 
Məhəmməd xanı buradan çıxararaq öz mülkünə sahib oldu. Bu 
hadisədən üç il sonra hicri 1175-ci (=1762) ildə, Nadir şahın böyük 
əmirlərindən Fətəli xan Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası 
ilə Gəncə və Qarabağa hərəkət etdi. Pənah xan onunla itaət edər 
kimi sazişə girdi, oğlu  İbrahim Xəlil ağanı ona girov verdi, ərəşli 
Məlik  Əli də,  Şəki hakimiyyəti təmənnasilə onun hüzuruna getdi. 
Lakin bu zaman Hüseyn ağa, qutqaşınlı Kəlbəli sultan və sair tərəf-
darları ilə  Fətəli xanın yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb 
Məlik Əlini öldürdü. 
Hicri 1176-cı (=1763) ildə, Şirvanda və xüsusilə Ağsu şəhərin-
də şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf 
oldu. Bu zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsə-
dilə  gəldi. Qarabağlı  Pənah xan öz oğlunu xilas etmək üçün ona 
qoşuldu və Urmu şəhərini almaqda, həmçinin Fətəli xanı ölldür-
məkdə çox yardım göstərdi. 
 
188
Vəkil, Pənah xanın oğlu  İbrahim Xəlil ağanı xanlıq ləqəbilə 
Qarabağa göndərdi, özünü isə, həmişə yanında saxlayırdı. Pənah 
xan  Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki, 
Pənah xan cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur. 
Xülasə, Vəkil Kərim xan Azərbaycanı  ələ keçirdikdən sonra, 
məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari 
tayfasının təşviq və  təhriki ilə  İsfahana gəlmişdir. Vəkil Kərim xan 
bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan 
İsfahanın  əyanlarını köçürüb, Dəştə apardı. Nəzərəli xan Zənd, 
Vəkilin hökmü ilə gedib, ona qalib gəldi və Luristanın son hüdu-
duna qədər onu təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin töyləsinə 
pənah apardı və aman tapdı. 
Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan da 
Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu 
qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi. 
Hicri 1178-ci (=1765) ildə, Əsgər bəyin oğlanları Məhəmməd 
Səid xan və Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb, 
Ağsu şəhərini aldılar və cahi-cəlalı sevib dinc yaşamaq istəyən Hacı 
Məhəmmədəli xanı öldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə 
üsminin bacısı Tutu bikəni aldı. Üsmi də  Fətəli xanın Hüseyn xan 
Rudibarının qızından olan bacısı  Xədicə bikə üçün elçi göndərdi. 
Lakin Fətəli xan öz bacısını bakılı I Mirzə  Məhəmməd xanın oğlu 
Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı, atası öz sağ-
lığında hökumət başına keçirmişdi. 
Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasında 
ədavət düşdü. Bir zaman keçdikdən sonra, üsmi öz bacısını gör-
mək bəhanəsilə Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü. 
Fətəli xan bundan xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə 
gəldi. Üsmi üç gün top və tüfəng ilə müdafiəyə qalxmışdı. Axırda, 
müqavimət göstərə bilməyib, dayanmadan Carçı-qapıdan çıqxıb, 
öz mülkünə qayıtdı. Üsmi bu andan etibarən daima kin və ədavət 
saxlayıb, Fətəli xandan intiqam almaq pusqusunda idi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə