Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə54/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

 
217 
Sisiyanov Gəncəni almaq məqsədilə hərəkət etdi. Yuxarıda adı çə-
kilən  Əli Sultanın qardaşı  oğlu  şəmsəddinli Nəsib sultan onunla 
birləşdi. Cavad xan şəhərin xaricində müharibə edərək məğlub 
olub qalaya çəkildi. 
Hicri 1218-ci (=1804) ildə, kanuni-sani (fevral) ayının 3-də, 
Ramazan bayramı günü, sübh çağı qala hücum ilə alındı, Cavad 
xan bir neçə övladı, əhalidən bir çoxu ilə bərabər öldürüldü. Gəncə 
Yelizavetpol adı ilə adlandırıldı. Rus sərdarı, general-mayor Qul-
yakovu buradan Car nahiyəsinə göndərdi. O, çətin keçilən yerlərdə 
düşmənə hücum edib, məğlub edildi və özü də öldürüldü. Lakin 
bura ləzgilərinin gözü elə qorxmuşdu ki, bu hadisədən bir az 
sonra, Tiflisə vəkillər göndərib, üzr istədilər və səmimiyyət göstər-
dilər. Minqreliya, Abxaziya əmirləri və Başaçıq (İmeretiya) valisi 
Süleyman xan da sədaqətlə tabe oldular. İran dövləti bu cür fütu-
hatdan qorxuya düşüb, Gürcüstanı geri qaytarmaq ümidilə  İran 
dövlətinə  sığınan  İrakli xanın oğlu Aleksandr mirzəni,  əmirləri və 
əhalini üsyana qaldırmaq üçün Gürcüstana göndərdi. Onun işini 
qüvvətləndirməyi, İrəvan və Qarabağı mühafizə etməyi isə, Abbas 
mirzəyə tapşırdı. 
İrəvan hakimi Məhəmməd xan Qacar, batində  İran hökumə-
tindən narazı idi. İrəvan elatının çoxunu Rum ölkəsinə göndərdi, 
özü də qalaya çəkilib, Rusiyadan kömək istədi. Knyaz Sisiyanov 
İrəvanı almaq qəsdilə yola düşdü. Üçkəlisa (Eçmiadzin) yaxınlığın-
da, Qırxbulaq adlı yerdə, ruslardan dörd dəfə artıq qoşunu olan 
Abbas mirzəni məğlub etdi. Bu zaman, sədri-ə'zəm mirzə  Şəfi, 
İrəvan qalasına gedib Məhəmməd xanı cürbəcür nəsihətlərlə  İran 
dövlətinə tərəfdar etdi. Rus sərdarı qalanı mühasirəyə aldı. Müha-
ribəyə gəlmiş olan şah özü də, məqsədə nail olmadan geri qayıtdı. 
lakin bir tərəfdən mühasirə müddətinin uzanması və yürüş ilə bir iş 
görülməməsi, digər tərəfdən də, azuqə azlığı və cürbəcür qorxulu 
xəstəliklərin baş göstərməsi, Rusiya sərdarını hicri 1219-cu (=1805) 
ildə, eylul (sentyabr) ayının 3-də Gürcüstana qayıtmağa məcbur 
etdi. Bu hadisədən sonra ləzgilər, osetinlər və qabardinlər Alek-
 
218
sandr mirzəni təhriklə üsyan edib Gürcüstana hücum etdilər. Belə-
liklə, Rusiyanın yolu bağlandı. Knyaz Sisiyanov mərdanə fütuhatla 
hamısını sakit etdi və Rusiyanın yolunu açdı. Həmin il rus qoşunu 
dənizdən Rəşt üzərinə  gəldi. Lakin müharibədən sonra məqsədə 
çatmadan Bakı  bəndərinə qayıtdı. Hər iki tərəfdən top atışması 
başlandı. Nəhayət, ruslar sahilə çıxıb şəhəri mühasirəyə aldılar. 
Qubalı Şeyx Əli xan və qaziqumuqlu II Surxay xanın oğlu Nuh 
bəy, bir dəstə İran qoşunu ilə Hüseynqulu xanın köməyinə gəldilər. 
Rus qoşunları gəmilərə oturub Talışın Sarı cəzirəsinə getdilər. 
Bu zaman, Rüstəm xan üsmi vəfat etdi. Onun yerində Ustar 
xan oğlu Əli xan üsmi oldu. Araya ədavət düşdü. Mustafa xan Sə-
lim xanı Qarabağdan gətirdib, Şəkinin üzərinə getdi. Məhəmməd-
həsən xan qarşıya çıxaraq, vəziyyəti istədiyi kimi görməyib qoşunu 
azad etdi. Özü də Mustafa xanın yanına gəldi. Mustafa xan hər iki 
qardaşını Şirvana gətirib, əmisi oğlu Şeyx Əli bəyi Şəkidə naib tə'-
yin etdi. Lakin Şəki əhalisi üsyan qaldırdı. Onun qardaşı, Məhəm-
mədhəsən xan tərəfindən kor edilən Fətəli ağanı xanlığa qəbul 
etdilər. Üç aydan sonra, Mustafa xan çarəsiz qalıb, Səlim xanı Şəki-
yə hakim göndərdi və onun qızını özü üçün aldı. Məhəmmədhəsən 
xan Qubaya, Dərbəndə və buradan da Cara, axırda rusların yanına 
gedib, Hacı Tərxana göndərildi. O, cəsarətli, rəiyyətpərvər bir əmir 
olmaqla bərabər, mütəəssib və qan tökən bir adam idi. 
Hicri 1220-ci (=1805) ildə, şahın vəliəhdi Abbas mirzə, Naibüs-
səltənə ləqəbi ilə Azərbaycan hökmranlığına tə'yin edildi. O, qoşun 
və topxananı yenidən təşkil edərək, firəng (Avropa) üsulunda 
qalalar tikdirdi. Rus sərdarı Kürək çayı kənarında, qarabağlı İbrahim 
Xəlil xan ilə görüşdü. İbrahim Xəlil xan, bağlanan əhdnamə muci-
bincə, Rusiya dövlətinin himayəsinə daxil oldu və xərac olaraq hər 
il 10.000 əşrəfi verməyi öhdəsinə aldı. Özünü qorumaq üçün 50 
saldat götürüb Şuşa qalasında yerləşdirdi.  İmperator tərəfindən 
onun özünə general-leytenant rütbəsi, oğlanları Məhəmmədhəsən 
ağa və Mehdiqulu ağaya general-mayorluq və Xanlar ağaya da 
polkovniklik rütbəsi verildi. 


 
219 
Digər tərəfdən, Naibüssəltənə (Abbas mirzə) Qarabağı almaq 
qəsdilə, damğanlı  İsmayıl bəyi və  Şahsevən  Əliqulu xanı 10.000 
nəfər qoşunla Xudafərin körpüsündən göndərdi. Məhəmmədhə-
sən ağa rus qoşunu ilə onların qarşısına çıxdı. Cəbrayıllı bağlarında 
döyüşə başladı və Şuşaya qayıtdı. 
Şah özü Qarabağın Təxti-Tavus adlı yerinə  və Naibüssəltənə 
də  Ağoğlan və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. 
Naibüssəltənə Gəncədən bir dəstə saldatla Şuşaya gedən polkov-
nik Karyagin ilə döyüşə başladı. Polkovnik qayıdıb Şah bulağı ya-
nında olan Tərnaut qalasına gəldi. Buradan da gedib, Tərtər çayı 
kənarında yerləşmiş  və 2000 saldatla şahın müharibəsinə gedən 
knyaz Sisiyanov ilə birləşdi. 
Şahın oradan qayıtması  xəbərilə  əlaqədar olaraq rus sərdarı 
Şuşa qalasına gəldi. Naibüssəltənə də Gəncəyə getdi. Orada olan 
ruslar ermənilərin bir hissəsilə qalaya çəkildilər. Naibüssəltənə, 
Gəncə  əhalisini öz xahişlərinə görə köçürüb Qazağın Həsənsuyu 
yolu ilə Təbriz tərəfinə göndərdi. Özü də bir neçə gün Ağstafada 
qaldı. O, beləliklə, Qazaq, Bozçalı (Borçalı) mahallarını  və Gürcüs-
tanı öz tərəfinə  çəkmək istəyirdi. Lakin məqsədinə çatmadan İrə-
van tərəfinə qayıtdı. Qazaq əhalisi Dilican dərəsində onun qoşunu-
nun qabağını kəsib, qətl və qarətə başladılar. Knyaz Sisiyanov Şir-
vana gəlib zahirdə itaət göstərən Mustafa xan ilə görüşdükdən 
sonra Bakıya getdi. Sarıda olan ruslar da dəniz yolu ilə gəlib onun-
la birləşdilər. 
Bəzi xidmətlər göstərmiş olan II Mirzə Məhəmməd xanın qar-
daşı  Əbdürrəhim ağa, Qubadan Şirvana, sərdarın hüzuruna gəldi. 
O hərçənd Hüseynqulu xanın  İran tərəfdarı olduğunu söyləyirdi, 
lakin sərdar onun sözünü qərəzsiz sanmayıb qəbul etmirdi. 
Sərdar, hicri 1220-ci (=1806) ildə şübatın (fevralın) 2-də qala-
nın yanında, Hüseynqulu xan ilə  təslim olmaq haqqında danışıq 
apardı. Bu zaman sülh və müsalimət qanunu xilafinə olaraq iranlı-
ların təhriki və  ya  Hüseynqulu  xanın tapşırığı ilə onun bibisi oğlu 
İbrahim bəy ibni-Əli bəy ağa ibni-Məhəmmədhüseyn xan ibni-
 
220
İmamqulu xan Dərbəndinin  əlində öldürüldü. Başı qatilin atasilə, 
şahın hüzuruna göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə getdilər. 
Sərdar öldürüləndən sonra, Tarxu şamxalından başqa bütün 
xanlar üsyan qaldırdılar. Həmişə İran dövlətindən qorxuda olan və 
Rusiyanın himayəsini istəyən Talış Mir Mustafa xan, mirzə Büzürk 
Qaimməqam ilə görüşdükdən sonra, xatircəm olub ruslarla ziddiy-
yətə başladı. Şirvanlı Mustafa xan, ruslara tərəfdar olan Səlim xan 
ilə ədavət binasını qoydu. O, Gəncədən Şəkiyə, Səlim xana köməyə 
gedən bir dəstə rus qoşununa mane olmaq istədi, lakin məğlub 
olub geri qayıtdı. 
Başaçıq (İmeretiya) valisi Rusiyanın düşmənlərilə dostluq 
etməyə başladı.  İranlılar yenə Arazdan keçdilər. Osmanlılar da öz 
dövlətlərilə sülhün pozulduğunu görüb, Gürcüstana soxulmağa 
hazır oldular. General-anşef qraf Qudoviç sərdarlığa (baş koman-
danlığa) təyin edildi. 
Qarabağlı İbrahim xan bir çox ərizə göndərməklə İran dövlə-
tinə ixlas göstərdi. Onun xahişinə görə, oğlu Əbülfəth xan bir dəstə 
qoşunla Qapan yolundan Şuşa qalasının yanına gəldi. Naibüs-
səltənə özü də Xudafərin körpüsündən keçdi. Şuşada sakin olan 
rus qoşununun komandiri mayor Lisaneviç, hicri 1221-ci (=1806) 
ildə, həziran (iyun) ayının 2-də gecə yarısı qalanın xaricində köç və 
külfətilə yerləşən  İbrahim xanın üzərinə basqın edib onu arvadı, 
oğlu, qızı və bir çox əyan və xadimlərilə bir yerdə öldürdü. İbrahim 
xan hünərli, ədalətli, bərk ürəkli və sadə rəftarlı bir əmir idi. 
Həmin gün Əbülfəth xan geri qayıtdı.  İbrahim xan nəvəsi 
Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu Ordubadın yaxınlığına 
qədər onu təqib edərək, çoxlu qətl və qarət etdi. Mehdiqulu ağa 
atasının yerinə Qarabağ hökumətinə  təyin edildi. Neçə vaxtdan 
sonra,  Əbülfəth xan Şahsevən  Ətaulla xanın köməyilə  cəbrayıllı 
tayfasını  və Qarabağın sair elatını köçürüb Qapan ətrafına getdi. 
Bu zaman, ruslar və Cəfərqulu ağa cəbrayıllı elinin üsyan qaldırma-
sından istifadə edərək, iranlıları  çətin keçilən və meşəlik yerlərdə 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə