Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə51/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

 
205 
yin edildi. Şirvanlı Mustafa xan, Xançobanı tayfasını toplayıb, Ağsu 
şəhərini Fit dağına köçürməyi  əmr verdi. Yaşayış  vəsaitinin azlı-
ğından və soyuğun şiddətindən əhalinin bir çoxu fəlakət və zillətə 
məruz qaldı, bir çoxu da Qubaya və Dərbəndə dağıldı. Sərdar gəlib 
şəhərdə qalan malları qarət etdi. Bundan sora o, Ağdaş mahalına, 
buradan da Xaçmaz mahalına gəlib, Tərkəş  kəndində dayandı. 
Məhəmmədhüseyn xanın qardaşı  Səlim ağa bu hadisədən 8 ay 
qabaq Cara qaçmışdı. O, Car və Avar qoşunu ilə Əliskəndər Hüzza-
tinin sərkərdəliyi ilə Şəkini almağa hərəkət etdi. Məhəmmədhəsən 
xanı məğlub edib, şəhəri Gələsən-Görəsən adlanan yerə köçürdü. 
Məhəmmədhəsən xanın yeddi oğlunu öldürtdü. Bunlardan biri 
qubalı  Fətəli xanın bacısı  oğlu idi. Öz bacısını qarabağlı  İbrahim 
xana verib, onun qızını da özü üçün aldı. Məhəmmədhəsən xan 
yardım almaq ümüdiylə, Sərdarın yanına gəldi. Sərdar,  əksinə 
olaraq, Məhəmmədhəsən xanın gözlərini çıxardıb, dustaq olaraq 
Təbrizə göndərdi, çünki qabaqcadan Ağa Məhəmməd xan Şəki 
əhalisinin şikayətinə və Hacı Seyid bəyin böhtan və iftirasına görə, 
Məhəmmədhəsən xanı kor etmək xüsusunda ona fərman göndər-
mişdi. Bu hadisədən xəbər tutmaq üçün Ağa Məhəmməd xan onu 
öz yanına çağırdı. O da, 200 və ya 300 nəfərlə orduya gedərkən bir 
dəstə şirvanlıya rast gəldi. Sərdar döyüşdə öldürüldü. 
Bu zaman, rus qoşununun gəlməsi xəbəri alındı. Quba, Səlyan 
və Dərbənd hakimi Şeyx Əli xan, dərbəndli Xızır bəy Hacı bəy oğlu 
Qorçunu göndərib, Ağa Məhəmməd xandan kömək istədi. Lakin 
onun qoşunu azuqə azlığı, heyvanlarvn qırılması və qışın şiddətin-
dən çox pərişan bir halda idi. Həm də, ola bilsin ki, bəzi mülahizə-
lərə görə ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasanı 
almaq məqsədilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana 
daxil oldu. 
Bu hadisənin təfsilatı belədir: Nadir şah ilə sülh bağladıqdan 
sonra, Rusiya ilə  İran dövlətləri arasında həmişə dostluq əlaqəsi 
vardır. Rus imperatriçəsi Anna İvanovna, hicri 1152-ci (=1740) ildə 
təşrini-əvvəlin (oktyabrın) 17-də  vəfat etdi. Sonra Böyük Pyotrun 
 
206
qardaşının qız nəvəsi III İvan iki aylıq uşaq ikən səltənətə  təyin 
edildi. Anası Anna, oğlunun əvəzində dövlət işlərini idarə etməyə 
başladı. 7 ay keçəndən sonra, Böyük Pyotrun qızı Yelizaveta ona 
qarşı üsyan qaldırıb, bölüklərin köməyilə taxta oturdu. Anna oğlu 
və  əri ilə  bərabər həbsə alındı. Yelizaveta 20 ildən artıq öLkənin 
abadlığına və millətin asayişinə çalışıb, Rusiya padişahı oldu. Hicri 
1174-cü (=1761) ildə kanuni-əvvəlin 25-də  vəfat etdi. Vəliəhdi, 
Böyük Pyotrun qızı Annadan olan III Pyotr taxta oturdu. 6 aydan 
sonra onun arvadı II Yekatrina padişahlığa keçdi. O, ölkənin mülki 
vəziyyətini və qanunlarını aqilanə bir tərzdə möhkəmləndirdi. Sülh 
və müharibə  işlərini nizama salmaqla, öz dövlətinin  əzəmət və 
iqtidarını artırdı. 
Qafqazın cənub tərəflərində asayişi bərpa etmiş olan Fətəli xan 
öləndən sonra, hər bir işdə iğtişaş əmələ gəldi. Bu zaman, İranda 
yüksək bir iqtidara malik olan Ağa Məhəmməd xan Qacar, bu 
ölkəni tutmaq fikrinə düşdü. Gürcüstana girib qətl-qarətə başladı. 
Hicri 1210-cu (=1796) ildə, imperatriçə  İran ilə müharibəyə 
başladı. Qraf Zubovun baş komandası altında güclü bir qoşun 
göndərdi. General-mayor Sobolev, itaət edib, yanına gəlmiş olan 
Məhəmməd xan Şamxal, Rüstəm xan üsmi və  Təbərsəran qadisi 
Rüstəm ilə  bərabər Dərbəndin 8 ağaclığına gəldi. Keçən il Rusiya 
dövlətinə ixlas göstərmək mərasimini təzələmiş olan Şeyx  Əli 
xandan tabe olmağı tələb etdi. O isə, gözlənilmədiyi halda müxali-
fət göstərdi. General həmin il şübatın (fevralın) 11-də  Dərbəndin 
xaricinə çatıb, şimal tərəfdən mühasirəyə başladı. 
Bundan bir zaman keçəndən sonra Şeyx  Əli xan, Kürə  və 
Qaziqumuq hakimi Surxay xan, süvari və piyada olaraq, 20 min 
qoşun hazırlayıb, rus ordusuna hücum etmək istədilər. General, 
mühasirəni faydasız görüb, neysanın (aprelin) ikinci gecəsi qayıda-
raq, Dərvaq çayı kənarında yerləşdi. Neysanın (aprelin) axırında, rus 
sərdarı qraf Zubov külli qoşunla Dərvaq çayı kənarına yetişdi. Ertəsi 
gün Dərbənd üzərinə  hərəkət etdi. Quba və  Dərbənd süvariləri 
şəhərin bir ağaclığında kazaklarla müharibəyə girişdilər, məğlub 


 
207 
olub geri qayıtdılar.  Şəhər dərvazalarını bağlayıb, qalanı müdafiə 
etməyə başladılar. Təbərsəran qadisi Rüstəm, general-mayor Bul-
qakovu 10 min qoşunla Təbərsəranın ortasından, Dərvaq dərəsin-
dən və bərk meşəlik yollardan keçirmişdi. O, mayısın (mayın) 3-də 
Dərbəndin cənub tərəfində göründü. Şimal tərəfində  də  Şeyx  Əli 
xanın tikdirdiyi böyük burc hücumla alındı. Burada dərbəndlilərdən 
bir çoxu öldürüldü və yerdə qalanları qaçdılar. 
Ertəsi gün iki tərəfdən şəhərə top, tüfəng gülləsi və qumbara-
lar yağmağa başladı. Dərbənd əhalisi müqavimət göstərə bilməyib, 
Xızır bəy Hacı bəy oğlu Qorçunu camaat tərəfindən vəkil göndər-
dilər. O da aman istəmək üçün sərdarın hüzuruna gəldi, xahişi 
qəbul olundu. Qraf Zubov, Şeyx Əli xanı Dərbənd və Qubanın əyan 
və mötəbər adamları ilə hüzuruna çağırdı. O bir neçə nəfərlə gəlib 
orduda saxlandı. 6 gündən sonra, Fətəli xanın qızı Pəricahan xanım 
Dərbənd və Qubanın müvəqqəti hakimi təyin edildi. Xızır bəyin 
təhrikilə Dərbəndin mötəbər adamlarından 10 nəfəri Hacı Tərxana 
göndərildi. General Sobolev Dərbəndi mühafizə etməyə  təyin 
edildi. Sərdar özü isə, Qubaya yola düşdü. Quba şəhərinin yarım 
ağaclığında, Təpələr adlı yerdə üç gün dayanıb Şabrana gəldi. 
Bir gün səfər zamanı, Pirə  Xəlil çölündə  Şeyx  Əli xan at 
çapmaq bəhanəsilə qoşunun içindən çıxıb qaçdı. Bu əhvalatdan 
Quba şəhərində həyəcan əmələ gəldi. Xanın köçü və ailəsi Buduq 
mahalında onunla birləşdi. Qraf Zubov general Bulqakovu 5 min 
qoşunla Quba əhalisini sakit etməyə göndərdi. Şəhərin və kəndlə-
rin əhalisi öz yurdlarına qayıtdılar. Şeyx Əli xan Qrız kəndinə gəlib, 
buradan Qəbələ yolu ilə Axtıya və Miskincəyə getdi. Rus sərdarı 
Bakıya getdi. Oranın hakimi Hüseynqulu xan pişvaza çıxıb təltif 
edildi. Şəhərin mühafizəsi üçün bir dəstə saldat təyin olundu. Sər-
dar özü isə, Şirvana hərəkət etdi. Şirvan hakimi Mustafa xan, ona 
tabe olmayaraq, Ağsu  şəhərini Fit dağına köçürtdü. Şirvanın qa-
baqkı hakimi Qasım xan, öz damadı Yüzbaşı bəy Səfərli bəy oğlu 
Hövzinin köməyilə Qaraburqa dağından enib gəldi. Mustafa xan 
qarşı dura bilməyib, Qarabağa getdi. İbrahim xan buna razı deyil-
 
208
disə də, oğlu Məhəmmədhəsən ağa onun tərəfini saxlayırdı. Qasım 
xan ölkənin mötəbər adamlarını toplayıb, Kür çayı kənarında Rusi-
ya sərdarının hüzuruna gəldi. Bu xidməti əvəzində Şirvan hökumə-
tinə təyin edildi. 
Pəricahan xanım da sərdarın əmrilə, öz ana qohumlarının ya-
nına, İlisuya getmiş olan kiçik qardaşı Həsən ağanı Qubaya gətirdi. 
Ölkənin  əyanlarilə  bərabər sərdarın hüzuruna göndərdi.  İmpera-
torun  əmri mucibincə, ona qiymətli daşlar nəsb edilmiş  cıqqa 
verildi və Quba hökumətinə təyin edilərək geri qayıtdı. 
Bu zaman Şeyx Əli xan Surxay xanın köməyilə 10 min nəfərlə 
Quba şəhərinin yarım ağaclığında olan Alpan kəndinə gəldi. Bulqa-
kov onun qarşısına min nəfər saldat və bir neçə top göndərdi. Ara-
larında şiddətli döyüş oldu. Mövqeyin çətin olması üzündən hər iki 
tərəfdən bir çoxu öldürüldü, ruslar geri çəkildilər... 
General Bulqakov Həsən xanla birlikdə Qubadan, Sobolev isə, 
Rüstəm xan üsmi, Məhəmməd  şamxalın oğlu Mehdi bəy və Rüs-
təm qadi ilə bərabər Surxay xanı cəzalandırmaq qəsdilə Dərbənd-
dən Samur kənarına gəldilər. Surxay xan naçar qalıb, aman istədi 
və sədaqətlə rus dövlətinə itaət edəcəyinə and içib söz verdi. Qraf 
Zubov Kür çayı kənarında qışladı, oradan Gəncəyə bir dəstə qoşun 
göndərdi. Ora hakimi Cavad xan Ziyad xan oğlu tabe olmaq fikrilə 
qabağa çıxıb, qalanı təslim etdi. Qarabağlı İbrahim xan və şəkili Sə-
lim xan da, elçilər və məktublar göndərməklə ixlas və itaət göstər-
dilər. 
Həmin il təşrin-saninin (noyabrın) 9-da, imperatriçə II Yekatri-
na vəfat etdi. Oğlu I Pavel rus səltənəti taxtına oturdu. Onun, 
səltənət işlərini nizama salmaq uğrundakı tədbirlərindən, dövlətin 
xarici və daxili məsələlərindəki dəyişikliklərindən biri də bu idi ki
İran ilə müharibəni dayandırdı və qoşuna geri qayıtmaq əmri verdi. 
Hicri 1211-ci (=1797) ilin baharında, vəzifədən kənar edilmiş 
olan Qraf Zubov, İran taxtına keçmək arzusu ilə, bu səfərində 
onunla yoldaşlıq edən Mürtəzaqulu xan Qacar ilə bərabər, Bakıdan 
gəmi ilə Hacı  Tərxana getdi. General Bulqakov bütün qoşunu ilə 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə